Təsdiq edirəm: Kafedra müdiri “ ” 20 IL

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 57.5 Kb.
tarix17.11.2018
ölçüsü57.5 Kb.

AZƏRBAYCAN RESPUBLİKASITƏHSİLNAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Kafedra müdiri_____________

( )

“___”____________20___ il


Fənn proqramı (sillabusu)

Kafedra Dizayn

Fənnin adı Layihələndirmə -2

1. Fənn haqqında məlumat:

Kodu ____________

Tədris ili 2013-2014 semestr 4

Fakültə Memarlıq

Qrup  161a

Tədris yükü: mühazirə 0 saat, seminar (məşğələ) 60 saat,

laboratoriya - 0 saat. Cəmi 60 saat.

Kredit: 4

Auditoriya: № 403

Saat: 12.10-13.40



2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi -Təranə Şaiq qızı Bəkirova, dosent

Kafedranın ünvanı: A.Sultanova küç.3, III korpus, IV mərtəbə, 402 otaq

Məsləhət saatları: _______________________________

E-mail ünvanı: Bakirova_tsh@rambler.ru

İş telefonu: 5391045(173)



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. Dizayn tarixi. Bəkirova T.Ş. Bakı,Şərq-Qərb.2012.

2. Dizaynın əsasları. Hacıyeva Y.Ə., Həsənov R.M., Bakı, 2005

3. Михайлов С. История дизайна. Т 1-2 –М,2003г.



4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)

Tələbəni bina daxili mühitin layihələndirilməsinə və təşkilinə düzgün yanaşmaqda yönəltmək, insan tələbatını bədii və estetik obrazlarda əks etdirmək, elmə, incəsənətə, estetika və mədəniyyətin nailiyyətlərinə köklənən təhlil, layihələndirmə, eksperimental-tədqiqat və istehsal sistemi ilə tanış etmək, yaradıcı prosesin vahid hissəsi olan interyer layihələndirilməsinin əsas problemləri və metodologiyası ilə tanış etmək, layihə prosesinin texnologiyasını məkan formalaşmasının ardıcıl mərhələləri kimi təqdim edilməsi, mühit obyektinin və interyerinin məzmunundan asılı bədii layihələndirilməsini təşkil etmək, obrazını aşkarlamaq, emosional başlanğıcının prinsip və üsullarını maddi-fiziki və bədii-dekorativ konstruksiyalarında reallaşması ilə tanış etmək kursun əsas məqsədidir.

Fənn “Dizayn” ixtisasının xüsusi fənlərindən biridir, həm nəzəri və həm də təcrübə məqsədli fənnin siklini tamamlayır. Fənn tələbəni interyerin dizayn layihələndirilməsinin ümumi aspektləri ilə tanış edir. Fənnin mənimsənilməsi tələbənin bədii-layihələndirilmə fəaliyyətində müstəqil iştirakını, professional etik mövqedən seçim etməsini, təlim təcrübəsi zamanı alınmış bilikləri tətbiq etmək bacarığını nəzərdə tutur.


5. Fənnin təqvim planı:
5.2. Məşğələ (seminar) dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№1

Yaşayış binalarında interyer anlayışı. Daxili məkanın sistemli layihələndirilməsi. Mövzu ilə bağlı material toplamı və araşdırılmalar aparılması.



4

27.01

2

Mövzu№2

Müxtəlif tipli yaşayış binaların interyer həlli. Məkan həllini təyin edən prinsip və üsullar. Yaşam tərzindən asılı və ya sosial məkanın mövzu üslub xüsusiyyətlərinin müəyyənləşdirilməsi.



4

03.02


3

Mövzu№3

Tapşırığın verilməsi: yaşayış binasının interyerinin dizayn layihələndirilməsi.Tapşırığın şərtləri. Tapşırığın verilməsi.

“şəhər mənzilinin interyer məkanının dizayn tərtibat həlli”


4

10.02

4

Mövzu№4

Bina və qurğuların interyerlərində məkanın dərinliyə doğru, frontal inkişafı. Yaşayış məkanlarda azd və mürəkkəb fəza quruluşu. Məkanın funksional-planlaşma həllinin göstərən eskiz və rəsmlərin tərtibi.



4

17.02

5


Mövzu№5

Daxili mühitin bölünməsi: ümumi və məhdud məkanlar. Yaşayış binaların funksiyasından, təyinatından asılı dəyişikliklər və tələblər. Kafe və ya restoran tərtibatını müəyyənləşdirən əsas səbəbləri açıqlamaq



4

24.02

6

Mövzu№6

İnzibati və yaşayış təyinatlı yerləşgələrin quruluşunu formalaşdıran prinsiplər və kompozisiya üsullarınln tətbiqi. Cəmiyyətin sosial zövq qruplarının interyer məkanı tərtibatında əsaslandırılması



4

03.03

7

Mövzu№7

Məkanın qavraması və insan hərəkətinin nəzərə alınması. Funksional-planlaşma həllində əsas mebel, avadanlıq və qurğuların dəqiq müəyyənləşdirilməsi.




4

10.03

8

Mövzu№8

Müxtəlif funksiyalı məkanı xarakterizə edən elementlərin təşkili. Məkanın təbii və süni işıqlanma şəraitinin müəyyənləşdirilməsi.



4

17.03

9

Mövzu№9

Yerləşgələrin mühit təşkilində formaların uyğunluğu (yerləşgənin ölçüsü, mühitdə forma və rəng, işıqlanma). Tavanın süni işıqlanma həlli.



4

24.03

10

Mövzu№10

Material və faktura. Təbii və süni materiallar. Məkanın tərtibatında istifadə olunan üzlük materialların klassifikasiyası.



4

31.03

11

Mövzu№11

Rəng və işıq. Rəngin təsiri. Hormonik uyğunluq. İşığın funksiyası. Məkanın ümumi rəng və faktura həlli.



4

07.04

12

Mövzu№12

Bədii vasitələrlə vahid mühit həlli. Üslub vahidliyi. Tərtibat və üzlük materialları göstərməklə divar açılış təsvirləri



4

14.04

13

Mövzu№13

Interyerdə yekun dekorlaşdırılma işlərinin müəyyənləşdirilməsi. Interyer məkanının perspektiv rakurs rəsmləri.



4

21.04

14

Mövzu№14

Yekun tərtibat işlərinin layihə hazırlığı. Memarlıq mühitində emosional təsir anlayışı. İnteryerin qavranılması xüsusiyyətləri. Bədii obrazın yaradılması.



4

28.04

15

Mövzu№15

Işin tamamlanması və təhvili. Miqyasın bədii ifadə vasitəsi kimi interyerdə rolu. Fəza və müstəvi formalarının təşkili üsulları, vasitələri. Antropoloji ölçülər. Fəza həllinin təşkilində əşya (mebel, məişət əşyaları, təhcizat) mühitinin rolu. İstehsal, texniki, informativ xüsusiyyətləri və vasitələri.

Tapşırığın təhvili. Müzakirəsi və sərgisi.


4

05.05

5.4. Kurs işləri (layihələri) dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№1

Tapşırığın verilməsi.“Şəhər mənzilinin interyer məkanının dizayn tərtibat həlli”




1

27.01

2

Mövzu№2

Mövzu ilə bağlı material toplamı və araşdırılmalar aparılması.



1

03.02


3

Mövzu№3

Yaşayış məkanının mövzu üslub xüsusiyyətlərinin müəyyənləşdirilməsi.



1

10.02

4

Mövzu№4

Məkanın funksional-planlaşma həllinin göstərən eskiz və rəsmlərin tərtibi.



1

17.02

5


Mövzu№5

Yaşayış binalarının tərtibatını müəyyənləşdirən əsas səbəbləri açıqlamaq



1

24.02

6

Mövzu№6

Cəmiyyətin sosial zövq qruplarının interyer məkanı tərtibatında əsaslandırılması



1

03.03

7

Mövzu№7

Funksional-planlaşma həllində əsas mebel, avadanlıq və qurğuların dəqiq müəyyənləşdirilməsi.



1

10.03

8

Mövzu№8

Məkanın təbii və süni işıqlanma şəraitinin müəyyənləşdirilməsi




1

17.03

9

Mövzu№8

Tavanın süni işıqlanma həlli.



1

24.03

10

Mövzu№8

Məkanın ümumi rəng və faktura həlli.



1

31.03

11

Mövzu№8

İnteryerin dekor həlli.



1

07.04

12

Mövzu№8

Interyer məkanının perspektiv rakurs rəsmləri.



1

14.04

13

Mövzu№8

Fəza həllinin təşkilində əşya (mebel, məişət əşyaları, təhcizat) mühitinin rolu.



1

21.04

14

Mövzu№8

İstehsal, texniki, informativ xüsusiyyətləri və vasitələri.



1

28.04

15

Mövzu№8

Tapşırığın təhvili. Müzakirəsi və sərgisi.




1

05.05

6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) və laborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması və müdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

Tələbənin semestr boyu dizayn tarixi kursunun qavraması yekun semestrdə imtahanla nəticənələnir. Tələbə kurs layihəsinin tapşırığından və mövzusundan asılı olaraq ardıcıllığı yerinə yetirməlidir: obyekt seçilir, ölçüləri və tipoloji xüsusiyyətləri təhlil olunur, sifarişçinin tələbindən asılı olaraq dizaynın obyektiv imkanları müəyyən olunur, oxşar obyektlərin dizayn-layihələrinin analoqları öyrənilir, yaradıcı düşüncənin, ideyaların ilkin eskizləri yerinə yetirilir, klauzuralar keçirilir, layihənin konsepsiyasının dəqiqləşməsi prosesi aparılır,layihənin məqsədyönlü istiqaməti təyin olunur,layihənin tərkibinə uyğun işçi layihə, konstruksiya həlləri yerinə yetirilir, uyğun dekorativ elementlər və koloristika tərtib olunur, izahat vərəqi tərtib edilir, layihə qrafik tərtibatla təqdim edilir;




10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Müəllim: Bəkirova T.Ş. ( )
_____”________________ 2015 il.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə