8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.
9. Fənn üzrə tələblər, tapşırıqlar.
Fənn üzrə tələbələr Respublikada ən geniş yayılan agacların cinslərinin müəyyən etməyi bacarmalı, onların meşəçilik-təsərrüfat əhəmiyyəti, meşə fondu, torpaq kateqoriyaları, qırıntı üsulları, meşələrin qorunması və mühafizəsi, agacların xəstəlikləri, agacın və meşəliklərin taksasiya göstəriciləri, meşələrin inventarizasiya qaydaları haqqında tədris edilən biliklərə yiyələnməlidir.
Meşələrin məhsuldarlıgının artırılması, qoruyucu xüsusiyyətlərinin gücləndirilməsi, dag meşələrində tətbiq edilən qırıntı texnika və tyexnologiyası, meşələrin qorunması və xəstəlikləri haqqındakı yerli və xarici nəşrli elmi və praktiki əhəmiyyətə malik əsərlərin izlənməlidir. Vaxtaşırı AMEA-nın Nəbatət bagında aparılan təsərrüfat tədbirləri ilə yaxından tanış olmaq lazımdır.
Dostları ilə paylaş: |