Təsdiq edirəm: Kafedra müdiri “13” yanvar 2015-ci il



Yüklə 68,02 Kb.
tarix20.01.2017
ölçüsü68,02 Kb.
#662
AZƏRBAYCAN RESPUBLİKASITƏHSİLNAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Kafedra müdiri_____________

( )

13” yanvar 2015-ci il


Fənn proqramı(sillabusu)

Kafedra:İnşaat materialları.

Fənnin adı:Kompozision oduncaq materiallarının texnologiyası
1. Fənn haqqında məlumat:

Kodu ____________

Tədris ili 2014-2015 semestr

Fakültə İnşaat - texnologiyası.

Qrup  M674a

Tədris yükü: mühazirə 45 saat, seminar (məşğələ) 30 saat,

Cəmi 75 saat.

Kredit:

Auditoriya: № 913

Saat: 140



2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi: dos.Hüseynova Leyla Heydər qızı

Kafedranın ünvanı: Ayna Sultanova 5, I korpus, 9-cu mərtəbə

Məsləhət saatları: _______________________________

E-mail ünvanı:

İş telefonu: 5391034



3. Tələb olunan dərslik və dərs vəsaitləri:



  1. Фокин С.В. Деревообработка . Растов на Дону. 2012.-340 с.

  2. Петри В.Н. Рлитные материалы и изделия из древесины. 1976. Москва. -359 с.

  3. Хухрянский П.Н. Прессование древесины. Москва. 1984.-351 с.

  4. Ağabəyli N.M. İnşaat materialları və məmulatları. Bakı. 2008

  5. Гомонай М.В. Производства топливных брикетов: древесное сырье, оборудование, технологии, режимы работы. Монография М.: 2006. 68 с.



4. Fənnin təsviri və məqsədi:

Fənn Kompozisiyon oduncaq materiallarının və məmulatların hazırlanma texnologiyasından, material sərfinin hesablanma qaydalarından və tələb olunan texniki sənədlərin tərtib olunma qaydalarını öyrədir.

Kompozisiyon oduncaq materiallarının məmulatlarının hazırlanması zamanı əsas etibarı ilə oduncaq materialları, polimer əsaslı yapışqanlardan və qeyri-üzvi mənşəli yapışdırıcı materiallardan istifadə olunur. İstifadə olunan materialların xassələri məmulatların formasına, onların möhkəmliyinə, uzunömürlülüyünə, emal keyfiyyətinə və s. təsir göstərir. Bu səbəbdən Fizika, Kimya, Oduncaqşünaslıq, Oduncağın hidrotermiki emalı, Ağackəsmə, Yapışdırılmış ağac məmulatlarının texnologiyası, Dəzgah və alətlər fənlərinin bilikləri fənnin öyrənilməsi uçun baza bilikləri hesab olunur.

Məmulatların hazırlanması üçün qədim konstruksiya materialı olan oduncaqla yanaşı AYT-ları, MDF, laminat və s. geniş istifadə olunur. Bu materialların hər birinin özünə məxsus istehsal texnologiyası mövcuddur. Bu da mütəxəssisdən hər bir materiala onun xassələrinə və texnoloji imkanlarına uyğun olaraq fərdi yanaşmanı tələb edir.

Kompozisiyon oduncaq materialları vəməmulatlarının istehsalının inkişafı üçün əsas faktor geniş profilli, yüksək ixtisaslı, müasir istehsalın mürəkkəb sistemlərini idarə edə bilən mühəndislərdir. Mühəndis hazırlığı insan təfəkkürünün inkişafının yeni formasıdıdır. Bunun üçün tələbələrdən tədris olunan fənni mükəmməl öyrənmək və ona verilən informasiyanı yaxşı mənimsəmək tələb olunur.
5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

I

Mövzu№ 1. Kompozisiya materialları haqqında ümumi məlumat, təsnifatı və kompozisiya materiallarının quruluşu.

Kompozision oduncaq materialları haqqında ümumi məlumat. Kompozision oduncaq materialları istehsalının inkişaf tarixi. Oduncaq tavaların istehsalının ümumi prinsipləri.



2

29.01.15

II

Mövzu№ 2. Kompozision oduncaq materiallarının təsnifatı: oduncaq yonqar tavalar; oduncaq lifli tavalar; modifikasiya olunmuş oduncaq tavalar.

2

04.02.15

II

Mövzu№3. Oduncaq tavalarının istehsal texnologiyası.Tava istehsalı zamanı həyata keçirilən texnoloji əməliyyatlar: oduncaq xammalının hazırlanması, oduncaq xammalından yonqarın alınması, yonqarın hazırlanması (qurudulması, seçilməsi, yapışqanla qarışdırılması), tavaların preslənməsi, tavaların yanlarının kəsilməsi, tavaların cilallanması.




05.02.15

III

Mövzu№ 4. Oduncaq yonqar tavalarının xassələri.Oduncaq yonqar tavalarının fiziki xassələri: xarici görünüşünün qiymətləndirilməsi, səthin hamarlıq səviyyəsi, forma qüsurları, sıxlığı, nəmliyi, suhopması, hiqroskopikliyi, şişməsi, istilik-fiziki xassələri.




12.02.15

IV

Mövzu№ 5. Tavaların mexaniki xassələri: statik əyilmədə möhkəmliyi, elastiklik modulu, dartılmada möhkəmliyi, zərbəyə dayanıqlılığı, səthin bərkliyi.

Tavaların xüsusi xassələri: biodayanıqlılığı və odadayanıqlılığı.Oduncaq yonqar tavaların gigienik xassələri.






18.02.15

IV

Mövzu№ 6. Texnoloji amillərin oduncaq yonqar tavaların xassələrinə təsiri: tavaların sıxlaşdırılması, yapışqanın növü və miqdarının təsiri, yonqarların forma və ölçülərinin təsiri, ağac cinsinin təsiri, yonqarın tərkibindəki toz hissəciklərinin tavanın xassələrinə təsiri.




19.02.15

V

Mövzu№ 7.Oduncaq kompozision materialları. Oduncaq. Şpon. Faner.Faner tavaları.Xarrat tavaları. Laminat və ya melamin tavalar. MDF. Ağac lifli tavalar.

2

25.02.15

VI

Mövzu№ 8. Ağac yonqar tavaları. Ağacyonqar tavaların təsnifatı.Ağacyonqar tavalarının ölçüləri və markaları. Ağacyonqar tavalarının xüsusi növləri.

2

04.03.15

VI

Mövzu№ 9. Ağacyonqar tavaların mebel sənayesində və tikintidə istifadəsinin əhəmiyyəti. Ağacyonqar tavaların təsnifatı: preslənmə üsuluna görə - səthi preslənmiş və ekstruzion preslənmiş; layların sayına görə - bir laylı və çoxlaylı (üçlaylı, beşlaylı və s.); sıxlığına görə - az sıxlıqlı, orta sıxlıqlı və yüksək sıxlıqlı; hidrofobluğuna görə - yüksək suyadayanıqlı, orta suyadayanıqlı və aşağı suyadayanıqlı; səthin emal üsuluna görə - cilallanmış və cilallanmamış.

2

05.03.15

VII

Mövzu№ 10. Ağacyonqar tavalar istehsalı üçün xammallar. Xammalarlın növü: oduncaq, lifli bitkilər və toxum tullantıları.

2

12.03.15

VIII

Mövzu№ 11. Tava istehsalında oduncaq xammalı kimi istifadə olunan materiallar: qeyri-işçi oduncaq materialı; kiçik ölçülü oduncaq tullantıları; ağackəsmə sənayesinin tullantıları; faner istehsalının tullantıları; ağacbiçmə dəzgahlarından alınan tullantıları.

2

18.03.15

VIII

Mövzu№ 12. Ağacyonqar tavaların istehsalında istifadə olunan yapışdırıcı və yapışqanlar: qeyri-üzvi və üzvi yapışqanlar. Ağac məmulatlarının istehsalında istifadə olunan yapışqanlar.

2

19.03.15

IX

Mövzu№13. Ağaclifli tavalar.Ağaclifli tavalar üçün ağac kütləsinin alınma üsulları. Oduncaq xammalının xırdalanma üsulları: asplund üsulu, rafiner üsulu. Ağaclifli tavaların preslənməsi. İsti presləmə. İsti presləmənin mərhələləri: sixlaşdırma, qurutma, bərkitmə. Ağaclifli tavaların alınması zamanı komponentlərdə baş verən kimyəvi çevrilmələr. Liflər arasında qarşılıqlı əlaqə.




26.03.15

X

Mövzu№14. Ağaclifli tavaların fiziki xassələri: xarici görünüşünün qiymətləndirilməsi, səthin hamarlıq səviyyəsi, forma qüsurları, sıxlığı, nəmliyi, suhopması, hiqroskopikliyi, şişməsi, istilik-fiziki xassələri.




01.04.15

X

Mövzu№15. Ağacyonqar tavalar istehsalında isti presləmə üsulu. Adgeziya və koqeziya. Yapışqanların bərkiməsi. Relaksasiya.




02.04.15

XI

Mövzu№16. Tavaların mexaniki xassələri: statik əyilmədə möhkəmliyi, elastiklik modulu, dartılmada möhkəmliyi, zərbəyə davamlılığı, səthin bərkliyi.Tavaların xüsusi xassələri: biodayanıqlılığı və odadayanıqlılığı. Ağaclifli tavaların gigienik xassələri.




09.04.15

XII

Mövzu№17. Tavaların istehsalında istifadə olunan avadanlıqlar. Xırdalayıcı qurğular, ağac yonqarlarının saxlanılması üçün bunkerlər, quruducu qurğular, hidravlik preslər, ekstruderlər.




15.03.15

XII


Mövzu№18. Üzvi yapışqanlar – karbomidformaldehid qatranı və yapışqanları, fenolformaldehid qətranı və yapışqanları, melaminformaldehid qatranı və yapışqanları.

2

16.03.15

XIII

Mövzu№ 19. Karbomidformaldehid qatranlarının xarakteristikaları, onların tərkibləri və kompozison materialların istehsalında istifadəsi.

2

23.04.15

XIV

Mövzu№ 20. Karbamid-formaldehid əsaslı kompozisiya materialları. Karbamid-formaldehid əsaslı kompozisiya materiallarının istehsal texnologiyası və xassələri.

2

29.04.15

XIV


Mövzu№ 21. Fenolformaldehid qatranlarının xarakteristikaları, onların tərkibləri və istifadə sahələri. Sintetik yapışqanların tətbiqi zamanı təhlükəsizlik qaydaları.

2

30.04.15

XV


Mövzu№ 22. Poliefir qatranları əsasında kompozitlər. Poliefir qatranları əsasında kompozision oduncaq materiallarının alınma texnologiyası və xassələri. Epoksid qətranlarının xarakterstikası. Epoksid qətranları əsasında kompozisiya materiallarının alınma texnologiyası və xassələri.


2


07.05.15

XVI


Mövzu№ 23. Modifikasiya. Fiziki və kimyəvi modifikasiya. Modifikasiya yolu ilə oduncaq tavalarının toksiki xassələrinin yaxşılaşdırılması. Tava istehsalında formaldehid qatranlarının miqdarının azaldılma üsulları: digər polimerlərin istifadə olunması, qatranın sintez şəraitinin seçilməsi, texnoloji parametrlərin dəyişdirilməsi, formaldehidi neytrallaşdıran maddələrin istifadə olunması, tavaların səthinə qoruyucu örtüklərin çəkilməsi.

Modifikasiya yolu ilə ağac tavalarının suyadayanıqlılığının artırılması. Tavaların kimyəvi modifikasiya yolu ilə suyadayanıqlığının artırılması. Hidrofob əlavərlərlə oduncaq tavalarının modifikasiyası.Oduncaq tavalarının odadayanıqlılığının artırılması. Antipirenlər və onlara verilən tələblər.





2


13.05.15



5.2. Məşğələ (seminar) dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

I

Mövzu№ 1. Kompozisiya materiallarının fiziki mexaniki xassələrinin öyrənilməsi. Kompozisiya materiallarının fiziki xassələri: sıxlığı,suhopması,istilikkeçirməsi. Kompozisiya materiallarınında adsorbsiya.

2

29.02.15

II

Mövzu№ 2. Kompozisiya materiallarının mexaniki xassələri: əyilmədə və sıxılmada möhkəmliyi.

2

05.02.15

III

Mövzu№ 3. Kompozisiya materiallarının quruluşunun öyrənilməsi. Makro və mikro quruluşunun öyrənilməsi. Kompozision oduncaq materiallarında adgeziya prosesinin öyrənilməsi.

2

12.02.15

IV

Mövzu№ 4. Oduncaq yonqar tavalarının fiziki xassələrinin öyrənilməsi: sıxlığı,suhopması,istilikkeçirməsi

2

19.02.15

V

Mövzu№ 5. Oduncaq yonqar tavalarının mexaniki xassələrinin öyrənilməsi: əyilmədə və sıxılmada möhkəmliyi.

2

26.02.15

VI

Mövzu№ 6. Oduncaq lifli tavaların fiziki xassələrinin öyrənilməsi: sıxlığı,suhopması,istilikkeçirməsi.

2

05.03.15

VII

Mövzu№ 7. Oduncaq lifli tavaların mexaniki xassələrinin öyrənilməsi: əyilmədə və sıxılmada möhkəmliyi, elastiklik modulu, zərbəyə dayanıqlılıq.


2

12.03.15

VIII

Mövzu№ 8. Preslənmiş oduncaq tavalarının xassələrinin öyrənilməsi. Arbolitin fiziki və mexaniki xassələrinin öyrənilməsi.

2

19.03.15

IX

Mövzu№ 9. Ksilolitin fiziki və mexaniki xassələrinin öyrənilməsi

2

26.03.15

X

Mövzu№ 10. Fibrolitin fiziki və mexaniki xassələrinin öyrənilməsi.

2

02.04.15

XI

Mövzu№ 11. Oduncağın modifikasiya üsullarının öyrənilməsi: termomexaniki üsulla oduncağın modifikasiyası.

2

09.04.15

XII

Mövzu№ 12. Oduncağın kimyəvi mexaniki üsulla modifikasiya.

2

16.04.15

XIII

Mövzu№ 13. Termokimyəvi və kimyəvi üsulla oduncağın modifikasiyası.

2

23.04.15

XIV

Mövzu№ 14.MDF tavalarının fiziki xassələrinin öyrənilməsi: sıxlığı,suhopması,istilikkeçirməsi.

2

30.04.15

XV

Mövzu№ 15. MDF tavalarının mexaniki xassələrinin öyrənilməsi. əyilmədə və sıxılmada möhkəmliyi.

2

07.05.15

5.5. Fənn üzrə sərbəst işlərin mövzuları

Sıra

-si



Mövzunun adı

1.

Arbolit haqqında

2.

Ksilolit haqqında

3.

Fibrolit haqqında

4.

Modifikasiya olunmuş oduncaq tavalar

5.

MDF və laminatın fərqli və oxşar xüsusiyyətlərinin araşdırılması

6.

Ağac yonqar və ağac lifli materialların arasındakı fərq

7.

Mebel sənayesinə kompozision oduncaq materiallarının istifadəsinə dair

8.

Kompozision oduncaq materiallarının müasir istehsalda modifikasiya üsulları

9.

Tikintidə kompozision oduncaq materiallarının tətbiqinə dair

10.

Ağac emalı sənayesində istifadə olunan sintetik yapışqaqnlar.

Kazein yapışqanı




6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.
Ağac məmulatlarının hazırlanma texnologiyası fənni üzrə məşğələ, laboratoriya dərsləriüzrə verilən laboratoriya işləri, sərbəst mövzular və kurs layihəsi vaxtında yerinə yetirilib təhvil verilməlidir. ________________________________________________________________________________________________________________________________________________________________________________

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

Tələbələr ağac emalı və mebel müəssisələrində məmulatların istehsal prosesinin əhəmiyyətini başa düşür və bu fənnə xüsusi maraq göstərirlər. Fənnin daha yaxşı tədrisi üçün maddi texniki bazanın daha da yaxşılaşdırılmasını və laboratoriyanın lazımi texniki vəsaitlərlə təchiz olunmasını arzu edirlər.




Müəllim: dos. Hüseynova L.H _____________
13” yanvar 2015-ci il
Yüklə 68,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin