4. Fənnin təsviri və məqsədi:
(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)
Ağac materiallarının hidrotermiki emalı dedikdə, oduncağa istilik, qazlar və mayelərlə təsir etməklə, onun fiziki-mexaniki və istismar xüsusiyyətlərini dəyişməyə yönələn texnoloji proseslər başa düşülür. Bu proseslər oduncaqla ətraf mühit arasında istilik və nəmlik ötrülməsindəki fiziki hadisələrə əsaslanır.Təyinatına görə bu hadisələr üç qrupa bölünür: istilik emalı prosesləri; qurutma prosesləri və oduncagın hopdurulma prosesləri.
Bu fənlə fizika, kimya, oduncaqşünaslıq sıx əlaqəlidir. Fənnin tədrisində məqsəd ölkəmizə gətirilən oduncaq xammallarının qurudulma texnologiyası, istifadə sahəsindən asılı olaraq hopdurulma texnologiyası və bu iki prosesi həyata keçirmək üçün xüsusi hallarda istiliklə emalını tələbələrə öyrətməkdir. Bu fənni öyrənərək tələbələr oduncağın tətbiq sahəsindən asılı olaraq hansı nəmliyə qədər qurudulmasını, qurutma üçün rejim seçməyi, hopdurma üçün hansı maddələrdən istifadə etməyi,hansı hallarda istiliklə emalın vacib olduğunu, emal agentinin parametrlərini İD diaqramdan asılı olaraq təyin etməyi öyrənəcəklər və verilən parametrlərə uyğun müəssisələrin layihələndirmə vərdişlərinə yiyələnəcəklər.
Dostları ilə paylaş: |