Təsdiq edirəm: Kafedra müdiri prof. T.Ə. Abdullayev 16 sentyabr 2014-cü IL



Yüklə 52,51 Kb.
səhifə6/12
tarix10.01.2022
ölçüsü52,51 Kb.
#109320
1   2   3   4   5   6   7   8   9   ...   12
5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmalları


Həftə

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

I həftə

Mövzu№ 1

Antik abidələrə maraq və onların XIX əsrin əvvəlində bərpası

Tarixi dövrün cəmiyyətin keçmiş irsə münasibətini müəyyən edən amil kimi başa düşülməsi; humanizm və antik mədəniyyətin dəyərinin etiraf olunması; antik incəsənət abidələrinin öyrənilməsi və saxlanması üçün klassizmin əhəmiyyəti: İ.İ.Vinkelmanın fəaliyyəti; Arxeologiyanın bir elm kimi yaranması; Romanın antik tikililərinin bərpası (R.Stern və C.Valadye), onun fərqləndirici əlamətləri (orijinala üstünlük, təqliddən imtina etmək, materialın fərqlənməsi, yenidən yaradılan hissələrdə detalların sadələşdirilməsi).



2

15.09.14 

II həftə

Mövzu№ 2

Orta əsr abidələrinə olan maraq və onların bərpası

Romantizm və tarixi - bədii irsin dəyərinin dərk olunması; Fransada inqilab və abidələrin dövlət mühafizəsi sisteminin meydana gəlməsi; orta əsr abidələri bərpa fəaliyyətinin əsas abidələri kimi; bərpa nəzəriyyəsinin meydana gəlməsi (C.Röskin, L.Vite, P.Merime)




2

22.09.14

III həftə

Mövzu№ 3

«Üslub bərpası» nəzəriyyəsi

E.E.Violle – le - Dyukun praktik fəaliyyəti və nəzəriyyəsi; üslub restavrasiyanın prinsipləri və üsulları - yenidən yaratmanın tamlığı, analogiyalardan geniş istifadə etmək, əslini tam təqlid etmək. Avropa ölkələrində üslub bərpasının miqyası. Pyotrdan sonrakı dövrdə Rusiyada və Qərbdə abidələrin və onların bərpasının əhəmiyyətinin qiymətləndirilməsinə yanaşmanın ümumiliyi. XVIII əsrdə və Napoleonun hücumundan sonra Moskva Kreml abidələrinin bərpasına xüsusi münasibət; XIX əsrin ortalarında üslub restavrasiyası; XIX əsrin sonu və XX əsrin əvvəllərində bərpa fəaliyyətində yeni meyllər; 1918-1920-ci illərdə bərpa; İ.E.Qrabar və B.N.Zasıpkinin əsərlərində bərpa nəzəriyyəsi.





2

29.10.14

IV həftə

Mövzu№ 4

«Arxeoloji bərpa» nəzəriyyəsi

Üslub bərpasının tənqidi; abidələrə və bərpaya yeni münasibətin tarixi – mədəni şərtləri; yeni bərpa nəzəriyyəsi, abidələrin yeni təsnifatını və yeni bərpa növlərini yaratmaq cəhdləri (K.Boyto, A.Riql, Q.Covannoni); abidəyə ilk növbədə tarixi qaynaq kimi yanaşmaya əsaslanan bərpa prinsipləri; İtaliya bərpa Xartiyası və bərpaçiların Afinada keçirilən Beynəlxalq konqresinin qərarları.  




2

06.10.14

V həftə


Mövzu№ 5

İkinci Dünya müharibəsindən sonra bərpa

Abidələrin kütləvi sürətdə dağılması və itirilənləri yenidən yaratmanın mümkünlüyü problemi; yenidən yaratmanın miqyası (Varşava, Leninqradın ətrafı); müharibə dağıntılarını ləğv etməklə bağlı olan spesifik təcrübənin genişlənərək üslub bərpasının normalarına qayıtmaq təhlükəsi.




2

13.10.14 













VI həftə

Mövzu№ 6

Azərbaycanda bərpa

Yüklə 52,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin