KURSUN VƏZİFƏSİ - tələbəni tarixi və bədii dəyəri olan və cəmiyyət tərəfindən memarlıq abdələri kimi qəbul edilmiş tikililərin bərpasının təcrübi və elmi- nəzəri əsasları ilə tanış etməkdir.
MEMAR-BƏRPAÇININ PROFESSİONAL HAZIRLIĞINDA KURSUN YERİ. Kurs tələbənin professional hazırlığında ixtisasın baza fənlərindən biri kimi əhəmiyyət daşıyır. Burada müasir insanın dünyagörünüşü ilə cəmiyyətin həyatında abidələrin rolu, o cümlədən tikilini memarlıq abidəsi kimi qəbul etməyindən irəli gələn fəaliyyət proqramı kimi geniş dərk olunan bərpanın məqsədi və elmi-nəzəri əsasları haqqında təsəvvür arasında əlaqə yaradır. Bərpanın elmi- nəzəri əsasları insan mədəniyyətinin inkişaf prosesinin nəticəsi kimi nəzərdən keçirilir; mədəniyyət dəyişikliyə məruz qaldığı kimi, proses özü də bitib qurtarmır. Bu zaman bərpanın əsas məqsədi keçmiş dövrə aid abidənin ömrünü uzatmaq və onu gələçək nəsillər ücün saxlamaqdır.