AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:
Kafedra müdiri_____________
Sərdarov B.S.
“_____” sentyabr 2016-cı il
Fənn proqramı (sillabusu)
Kafedra – Yapışdırıcı materiallar və betonlar texnologiyası
Fənnin adı – İnşaat materiallarının texnologiyasının əsasları
1. Fənn haqqında məlumat:
Kodu: 050601
Tədris ili -2016-2017 semestr - payız
Fakültə - İnşaat-texnologiya
Qrup – 693a
Tədris yükü: mühazirə 30 saat, seminar (məşğələ) 30 saat,
laboratoriya 30 saat. Cəmi 90 saat.
Kredit: 6
Auditoriya: № ________
Saat: ________
2. Müəllim haqqında məlumat:
Adı, atasının adı, soyadı və elmi dərəcəsi- Abbasova Səidə İskəndər qızı, k.e.n.
Kafedranın ünvanı: Ayna Sultanova 11.
E-mail ünvanı:
İş telefonu: 539-10-25
3. Tələb olunan dərslik və dərs vəsaitləri:
-
N.M.Ağabəyli “İnşaat materialları və məmulatları, Bakı-2007.
-
Т.И.Клюковский «Общая технология строительных материалов», М., 1971, 390 с.
-
AZS 537-2011 “Təbii daşlar əsasında hazırlanan dekorativ tavalar”, texniki şərtlər.
-
AZS 476-2011 “Dağ suxurlarından divar daşları”, Texniki şərtlər.
-
B.S.Sərdarov, Xəlilov Y.X., Əhmədov M.M., Xəlilova M.İ. “Keramik divar materiallarının texnologiyası”, Bakı-2000, 194 səh.
-
Химическая технология керамики и огнеупоров. Под ред. П.П.Будникова. М.-1972, 551 с.
-
Л.Л. Кошляк, В.В. Калиновский «Производство изделий строителъной керамики», Москва -1979 .
-
B.S.Sərdarov, A.A.Quvalov, S.İ.Ağayeva “Yapışdırıcı materialların kimyəvi texnologiyası”, Bakı-2000, 306 səh.
-
İ.M.Yusifov “Beton və dəmir-beton məmulatlarının texnologiyası”,Bakı-1998,392 səh.
-
B.S.Sərdarov, N.N.Osmanov, R.A.Qurbanova, S.İ.Ağayeva “Çətinəriyən qeyri-metal və silikat materiallarının texnologiyasının əsasları”, Bakı-2006, 350 səh.
-
B.S.Sərdarov, A.A.Quvalov, S.İ.Abbasova “Polimer inşaat materialları və məmulatları”, Bakı 2011, 184 səh.
4. Fənnin təsviri və məqsədi:
“İnşaat materiallarının texnologiyasının əsasları” fənninin məqsədi tələbələrin tikintidə istifadə olunan inşaat materiallarının tərkibi, əsas fiziki-mexaniki xassələri, onların alınması üçün istifadə olunan xammal mateialları, onların əsas emal üsulları və istehsal texnologiyaları ilə bağlı biliklərinin artırılmasıdır. Bu fənnin tədrisi nəticəsində əldə edilmiş biliklər tələbələrə Universiteti bitirdikdən sonra istənilən inşaat materiallarını istehsal edən zavodda mühəndis kimi işləməsinə imkan verir.
5. Fənnin təqvim planı:
5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları
Həftələr
|
Mövzunun adı və qısa icmalı
|
Saat
|
Tarix
|
1
|
2
|
3
|
4
|
1
|
Mövzu№1
İnşaat materialları haqqında anlayış və onların əsas xassələri. İnşaat materiallarının təsnifatı. İnşaat materiallarının əsas fiziki-mexaniki xassələri.
|
2
|
15.09.2016
|
2
|
Mövzu№2
Təbii daşlardan inşaat materialları və onların əsas növləri. Çöküntü və vulkan mənşəli dağ suxurları. Təbii daş materiallarının əsas xassələri.Təbii daşlardan alınan üzlük məmulatlar.
|
2
|
22.09.2016
|
3
|
Mövzu№3
Keramika məmulatlarının istehsalında istifadə olunan xammallar. Keramik divar materiallarının təsnifatı. Keramik divar materiallarına qoyulan əsas tələblər.
|
2
|
29.09.2016
|
4
|
Mövzu№4
Kərpic və keramik daşların əsas istehsal üsulları. Plastik qəlibləmə üsulu ilə kərpic istehsalında xammalın hazırlanması və emalı. Yarımquru presləmə ilə kərpic istehsalında xammalın hazırlanması və emalı. Keramika məmulatlarının plastik üsulla istehsalı. Keramika məmulatlarının yarımquru üsulla istehsalı.
|
2
|
06.10.2016
|
5
|
Mövzu№5
Üzlük kərpic və keramik daşların istehsal texnologiyası. Anqob çəkilmiş üzlük kərpic. Effektiv kərpic və keramik daşlar.
|
2
|
13.10.2016
|
6
|
Mövzu№6
Binaların fasadları və daxili divarlar üçün keramika məmulatlarının istehsal üsulları. Binaların fasadlarının üzlənməsi üçün məmulatlar. Daxili divarların üzlənməsi üçün keramika məmulatları. Döşəmələr üçün keramika tavaları. Mayolika tavaları.
|
2
|
20.10.2016
|
7
|
Mövzu№7
Oduncaqdan alınan inşaat materiallarının növləri, əsas fiziki-mexaniki xassələri. İnşaatda istifadə olunan meşə materiallarının əsas növləri. İynəyarpaqlı ağac oduncaqları. Oduncaqdan hazırlanan məmulat və yarımfabrikatlar. Oduncağın qüsurları
|
2
|
27.10.2016
|
8
|
Mövzu№8
Yapışdırıcı materialların növləri. Gips yapışdırıcılarının istehsalı. Gips yapışdırıcılarının istehsalında xammallar. - yarımsulu gipsin istehsalı. - yarımsulu gipsin istehsalı.
|
2
|
03.11.2016
|
9
|
Mövzu№9
Havada bərkiyən əhəngin istehsalı. Havada bərkiyən əhəngin növləri və onlara qoyulan tələblər. Hava əhənginin istehsalı üçün xammallar. Hidravlik əhəngin istehsalı. Əhəng yandırma sobaları.
|
2
|
10.11.2016
|
10
|
Mövzu№10
Portlandsementin istehsal texnologiyası. Portlandsement istehsalı üçün xammallar. Portlandsementin istehsal üsulları.
Yaş üsulla sement istehsalının texnoloji sxemi. Quru üsulla sement istehsalının texnoloji sxemi.
|
2
|
17.11.2016
|
11
|
Mövzu№11
İnşaat məhlullarının təsnifatı. İnşaat məhlullarının növləri.
Məhlullar üçün plastifikatorlar. Məhlulların xassələri və növü. Məhlulların tərkibinin seçilməsi, hazırlanması və daşınması.
|
2
|
24.11.2016
|
12
|
Mövzu№12
Betonların təsnifatı. Yüngül betonların növləri. Məsaməli dolduruculu yüngül betonlar. Yüngül istilik-izolyasiya betonları.
|
2
|
01.12.2016
|
13
|
Mövzu№13
Əhəng əsasında alınan silikat məmulatlarının istehsal texnologiyası. Silikat-betonların istehsalı. Silikat-kərpicin istehsalı.
|
2
|
08.12.2016
|
14
|
Mövzu№14
Asbest-sement məmulatlarının istehsalı. Asbestsement məmulatların istehsal üsulları. Asbestin didilməsi. Asbestsement boruların bərkimə prosesi.
|
2
|
15.12.2016
|
15
|
Mövzu№15
Lak və boyaq materiallarının istehsalı. Lak və boyaq materiallarının tərkib hissələri. Piqmentlər. Yağlı və emal boyaları. Sintetik qətranlar əsasında alınan boya və laklar.
|
2
|
22.12.2016
|
5.2. Məşğələ (seminar) dərslərinin mövzuları və qısa icmalları
Həftələr
|
Mövzunun adı və qısa icmalı
|
Saat
|
Tarix
|
1
|
2
|
3
|
4
|
2;3
|
Mövzu№1
Təbii daş materiallarının istehsal texnologiyası. Təyinatına görə təbii daşların növləri.
|
4
|
20.09.2016
27.10.2016
|
4; 5
|
Mövzu№2
Kərpicin istehsal texnologiyası. Keramik kütlənin tərkibinin seçilməsi və hesablanması.
|
4
|
04.10.2016
11.10.2016
|
6;7
|
Mövzu№3
Keramika tavalarının istehsal texnologiyası.
Keramik kütlənin tərkibinin hesablanması. Texnoloji proseslərə nəzarət.
|
4
|
18.10.2016
25.10.2016
|
8;9
|
Mövzu№4
Gips yapışdırıcılarının istehsal texnologiyası. Xammal və yarıfabrikatlara təlabatın hesabatı.
|
4
|
01.11.2016
08.11.2016
|
10; 11
|
Mövzu№5
Əhəng yapışdırıcılarının istehsal texnologiyası. Yandırma prinsipindən və yanacağın növündən asılı olaraq şaxta sobaları növləri.
|
4
|
15.11.2016
22.11.2016
|
12;13; 14
|
Mövzu№6
Sementin istehsal texnologiyası. Portlandsement xammal qarışığının və xammalın xüsusi sərfinin hesabatı.
|
6
|
29.11.2016
06.12.2016
13.12.2016
|
15;16
|
Mövzu№7
Lak və boyaq materiallarının istehsal texnologiyası. Boyaq tərkiblərinin hazırlanması üçün köməkçi materiallar.
|
4
|
20.12.2016
27.12.2016
|
5.3. Laboratoriya dərslərinin mövzuları və qısa icmalları
Həftələr
|
Mövzunun adı və qısa icmalı
|
Saat
|
Tarix
|
1
|
2
|
3
|
4
|
1
|
Mövzu№1
Təbii daş materiallarının sınanılması. Həcm kütləsinin, sıxlığının, suhopmasının, şaxtayadavamlılığının və sürtülməsinin təyini.
|
4
|
16.09.16
23.09.16
|
2
|
Mövzu№2
Oduncağın sınanılması. Oduncağın qüsurları.Oduncağın nəmliyinin, həcm kütləsinin, quruyub yığışmasının, möhkəmlik həddinin təyini.
|
4
|
30.09.16
07.10.16
|
3
|
Mövzu№3
Keramika məmulatlarının fiziki-mexaniki xassələrinin təyini.Kərpicin suhopmasının, şaxtayadavamlılığının və möhkəmlik həddinin təyini.
|
4
|
14.10.16
21.10.16
|
4
|
Mövzu№4
Gipsin fiziki-mexaniki xassələrinin (həcm kütləsi, narınlığı, normal qatılığı, tutma müddəti, möhkəmliyi) təyini.
|
4
|
28.10.16
04.11.16
|
5
|
Mövzu№5
Əhəngin sınanılması. Əhəngdəki aktiv CaO+MgO-in miqdarının təyini. Əhəngin sönmə sürətinin təyini.
|
4
|
11.11.16
18.11.16
|
6
|
Mövzu№6
Betonun fiziki-mexaniki xassələrinin təyini.Təzə hazırlanmış beton qarışığının həcm kütləsinin təyini. Betonun sıxılmada möhkəmlik həddinin təyini.
|
4
|
25.11.16
02.12.16
|
7
|
Mövzu№7
Portlandsementin fiziki-mexaniki xassələrinin (həcm kütləsi, sıxlığı, narınlığı, normal qatılığı, tutma müddəti, həcminin müntəzəm dəyişməsi,möhkəmliyi) təyini.
|
4
|
09.12.16
16.12.16
|
8
|
Mövzu№8
Bitumun sınanılması. Bitumun bərkliyinin, uzanmasının, yumşalma və alışma temperaturlarının təyini.
|
2
|
23.12.16
|
5.4. Kurs işlərinin mövzuları və qısa icmalları
Həftələr
|
Mövzunun adı və qısa icmalı
|
1
|
2
|
1
|
Mövzu№1
Köpdürülmüş perlitin istehsal texnologiyası
|
2
|
Mövzu№2
Mineral pambıq materiallarının istehsal texnologiyası
|
3
|
Mövzu№3
Dam örtüyü üçün keramika məmulatlarının istehsal texnologiyası
|
4
|
Mövzu№4
Fasad üçün keramika tavalarının istehsal texnologiyası
|
5
|
Mövzu№5
Döşəmə tavalarının istehsal texnologiyası
|
6
|
Mövzu№6
Adi gil kərpicinin istehsal texnologiyası
|
7
|
Mövzu№7
Əhəng yapışdırıcısının istehsal texnologiyası
|
8
|
Mövzu№8
Portlandsementin istehsal texnologiyası
|
9
|
Mövzu№9
İnşaat gipsinin istehsal texnologiyası
|
10
|
Mövzu№10
Yüksək möhkəmlikli gips yapışdırıcısının istehsal texnologiyası
|
11
|
Mövzu№11
Keramzitin istehsal texnologiyası
|
12
|
Mövzu№12
Aqloporitin istehsal texnologiyası
|
13
|
Mövzu№13
Çınqılın istehsal texnologiyası
|
14
|
Mövzu№14
Qırmadaşın istehsal texnologiyası
|
15
|
Mövzu№15
Daxili divar tavalarının istehsal texnologiyası
|
16
|
Mövzu№16
Şüşə liflərdən izolyasiya materiallarının istehsalı
|
17
|
Mövzu№17
Beton qarışığının istehsal texnologiyası
|
18
|
Mövzu№18
Alüminat sementinin istehsal texnologiyası
|
5.5. Fənn üzrə sərəst işlərin mövzuları
Sıra
№-si
|
Mövzunun adı
|
1.
|
İnşaat materiallarının əsas fiziki-mexaniki xassələri
|
2.
|
Çöküntü və vulkan mənşəli dağ suxurları
|
3.
|
Keramik divar materiallarının təsnifatı və onlara qoyulan əsas tələblər
|
4.
|
Keramika istesalı üçün xammallar
|
5.
|
Keramika məmulatlarının plastik üsulla istehsalı
|
6.
|
Keramika məmulatlarının yarımquru üsulla istehsalı
|
7.
|
Fasad üçün keramika tavaları
|
8.
|
Daxili divarlar üçün keramika tavaları
|
9.
|
Döşəmələr üçün keramika tavaları
|
10.
|
İnşaatda istifadə olunan meşə materiallarının əsas növləri.
|
11.
|
Gips yapışdırıcılarının növləri və istehsal üsulları
|
12.
|
Havada bərkiyən əhəngin növləri və onlara qoyulan tələblər.
|
13.
|
Əhəng yandırma sobaları
|
14.
|
Portlandsement və onun istehsalında istifadə olunan xammallar
|
15.
|
Portlandsementin istehsal üsulları
|
16.
|
İnşaat məhlullarının növləri. Məhlulların xassələri
|
17.
|
Həcm kütləsinə görə betonların növləri. Yüngül betonların istehsalı
|
18.
|
Silikat betonların və Silikat kərpicin istehsalı
|
19.
|
Asbest-sement məmulatlarının istehsal texnologiyası
|
20.
|
Lak və boyaq materiallarının tərkib hissələri
|
6. Davamiyyətə verilən tələblər
Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.
7. Qiymətləndirmə.Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal; məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal. Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğələ (seminar) və laborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması və müdafiəsinə görə 10 bal verilir.
Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.
Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:
51 baldan aşağı – “qeyri-kafi” – F
51 - 60 bal – “qənaətbəxş – E
61 - 70 bal – “kafi” – D
71 - 80 bal – “yaxşı – C
81 - 90 – “çox yaxşı – B
91 - 100 – “əla” – A
8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.
9. Fənn üzrə tələblər, tapşırıqlar.
________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi. ________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Mühazirə və məşğələ rəhbəri : ______________dos. Abbasova S.İ.
Laboratoriya işlərinin rəhbəri : ____________ass.Əzimi M.Z.
“09” sentyabr 2016-cı il
Dostları ilə paylaş: |