Başına döndüyüm ay qəşəng Pəri,
Adətdi, dərərlər yaz bənövşəni.
Ağ nazik əlinlə dər, dəstə bağla,
Tər buxaq altında düz bənövşəni.
A) I və II B) II və III
C) III və IV D) heç birində
2) Ş. İ. Xətayinin “Bahariyyə”sinin mövzusu nəyə həsr edilib?
A) İctimai mövzuda B) Rüşvətxorluğun tənqidi
C) Vətənpərvərlik mövzusu
D) Bahar fəslinin gözəlliyi
3) X. Şirvani və N. Gəncəvi - onları birləşdirən cəhət nədir?
A) Hər ikisi Gəncədə doğulub
B) Hər ikisi fars dilində yazıb.
C) Ana dilində əsərləri var.
D) Hər ikisi “Xəmsə” yaradıb.
4) “Qurbani der, könlüm bundan sayrıdı,
Nə etmişəm, yarım məndən ayrıdı?!”
Hansı bədii ifadə vasitəsi var?
A) bədii sual B) mübaliğə
C) təkrir D) bədii təzad
5) Misraların ifadəli oxusunda səsdə hansı çalar duyulmalıdır?
Tanrı səni xoş camala yetirmiş,
Səni görən aşıq ağlın itirmiş.
A) kədər, təəssüf B) fərəh, heyranlıq
C) heyrət, qəzəb D) laqeydlik, soyuqqanlılıq
6) “Qəflətdə oynama, qeyrət vaxtıdır,
İndi hünər vaxtı, şöhrət vaxtıdır.
Ucalmaq istəsək, bir kamala çat,
Kamala ehtiram göstərir həyat”
Bu misralar kimindir?
A) X. Şirvani B) N. Gəncəvi
C) M. Gəncəvi D) M. Füzuli
7) Orta dövr Azərbaycan ədəbiyyatı hansı əsrləri əhatə edir?
A) XIII - XIX əsrlər B) XIV - XV əsrlər
C) XIII - XVII əsrlər D) XIV - XVI əsrlər