“TƏSDIQ EDIRƏM”
«Təşkilatın adı» MMC-nin direktoru
____________________ Malik Mamedov
“____” ________________ 200 -ci il
KEYFİYYƏTƏ NƏZARƏT ŞÖBƏSİ MÜTƏXƏSSİSİNİN VƏZİFƏ TƏLİMATI
1. ÜMUMI MÜDDƏALAR
1.1. Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi mütəxəssislər kateqoriyasına aiddir və «Təşkilatın adı» MMC-nin Direktorunun əmri ilə işə qəbul edilir və azad olunur.
1.2. Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi ali təhsilli, iş stajı tələb olunmadan şəxs təyin oluna bilər
1.3. Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi bilavasitə Keyfiyyətə nəzarət şöbəsinin rəisinə tabedir.
1.4. Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi bilməlidir:
- «Təşkilatın adı» MMC-nin Nizamnaməsini;
- Yerinə yetirilən işlər üzrə qüvvədə olan qanunverici və normativ-hüquqi sənədləri;
- Keyfiyyət sahəsindəki siyasəti;
- Daxili əmək nizamı qaydalarını.
1.5. Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi işində rəhbər tutur:
- müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələblərini;
- təşkilatda qüvvədə olan standartları;
- təşkilatda qüvvədə olan əməyin mühafizəsinin qayda və normalarını;
- təşkilatın daxili əmək nizamı qaydalarını, texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə təlimatları;
- rəhbərliyinin əmr və göstərişlərini;
- hazırkı vəzifə təlimatını.
2. VƏZIFƏ BORCLARI
2.1. «Təşkilatın adı» MMC-nin yerinə yetirilən işlərinin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə «Təşkilatın adı» MMC-nin qüvvədə olan standart və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilində və həyata keçirilməsində iştirak etmək.
2.2. «Təşkilatın adı» MMC-nin işlərinin (xidmətlərin) keyfiyyətinin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək.
2.3. Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək.
2.4. Cari işlərin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə üsul və təlimatların hazırlanmasında iştirak etmək.
2.5. Keyfiyyət menecmentinin sistemi (KMS) çərçivəsində Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi:
- Keyfiyyətə nəzarət şöbəsi rəisinin göstərişi ilə KMS-lə bağlı olan məsələlər daxil olmaqla «Təşkilatın adı» MMC-nin normativ sənədlərinin hazırlanmasında iştirak edir;
- «Təşkilatın adı» MMC-nin struktur bölmələrinin daxili auditində iştirak edir və daxili auidit proqramını əvvəlcədən marağlı tərəflərin nəzərinə çatdırır;
- Keçirilmiş daxili auidit üzrə hesabatların hazırlanmasında iştirak edir;
- Rəhbərlik tərəfindən KMS-in analizi üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi işində iştirak edir;
- Məlumatın analiz edilməsi, KMS proseslərinin və ümumilikdə KMS-in səmərəliyinin funksiyalaşdırılması prosesi haqqında hesabatların hazırlanmasında iştirak edir;
2.6. Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq yerinə yetirilən işlərin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə işdə iştirak etmək.
2.7. İşin (xidmətin) keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər və həmçinin iştirak edən bütün manqaların məsuliyyətinin artırılması üzrə zəruri tədbirlərin işlənib hazırlanmasını öyrənmək.
2.8. Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək.
2.9. Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək.
2.10. Kommersiya sirlərini qorumaq.
2.11. Əmək məhsuldarlığını artırmaq, işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq .
3. HÜQUQLARI
3.1. Normal iş şəraiti ilə təmin olunması.
3.2. Keyfiyyətə nəzarət şöbəsinin işini reqlamentləşdirən direktor tərəfindən təsdiq edilmiş Təlimat, Əmr və Əsasnamələri rəhbər tutmaq.
3.3. Keyfiyyətə nəzarət şöbəsinin rəisinə vəzifə borclarının icrası zamanı təşkilatın işində aşkar edilmiş çatışmamazlıqlar barədə məlumatlandırmaq.
3.4. Keyfiyyətə nəzarət şöbəsi rəisininin tapşırığına əsasən struktur bölmələrin rəhbərlərindən vəzifə borclarının yerinə yetirilməsi üçün zəruri olan məlumat və sənədləri tələb etmək.
3.5. Şöbə rəisindən və ya digər vəzifəli şəxslərdən vəzifə borclarının yerinə yetirilməsi üçün zəruri olan informasiyanı, material-texniki yaxud digər vasitələri almaq.
4. MƏSULIYYƏTI
4.1 Azərbaycan Respublikasının əmək qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada, bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş, vəzifələrin icra edilməməsi və ya lazımi səviyyədə icra edilməməsi.
4.2 Azərbaycan Respublikasının inzibati, cinayət və mülki qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada - fəaliyyətinin həyata keçirilməsi prosesi zamanı yol verilmiş qanun pozuntuları.
4.3 Azərbaycan Respublikasının əmək, cinayət və mülki qanunvericiliyi və həmçinin maddi məsuliyyət müqaviləsi tərəfindən müəyyən edilmiş qaydada - maddi ziyanın vurulması.
4.4 Təşkilatın mənafeyinin qorunmaması və məxfi informasiyanın və sənədlərin üçüncü şəxslərə verilməsi.
4.5 Daxili əmək nizamı qaydalarına, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyinə riayət edilməməsi.
4.6 «Təşkilatın adı» MMC-nin heyəti və müştəriləri ilə münasibətdə kobud rəftara görə məsuliyyət daşıyır.
4.7 İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşıyır.
Razılaşdırılmışdır:
Dostları ilə paylaş: |