##Təsdiq edirəm: ##Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri


##num= 3// level= 1// sumtest=8 // name= Tarix təliminin məqsədləri //



Yüklə 1.45 Mb.
səhifə3/12
tarix09.02.2020
ölçüsü1.45 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12


##num= 3// level= 1// sumtest=8 // name= Tarix təliminin məqsədləri //


1. Tarix təliminin aşağıda göstərilən məqsədlərinə aid olanları seçin:

I. Təhsil məqsədi

II. Tərbiyə məqsədi

III. İnkişafetdirici məqsəd

1 - Şagirdlərdə tarixi hadisələrə müəyyən münasibət yaradılması

2 - Şagirdlərə tarixə dair elmi biliklərin verilməsi

3 - Şagirdlərdə tarixi hadisələrə qiymət vermək bacarığının formalaşdırılması

4 - Şagirdlərə aldıqları bilikləri tətbiq etməyin öyrədilməsi

5 - Şagirdlərin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi

6 - Şagirdlərdə tarixi təsəvvürlərin formalaşdırılması

7 - Şagirdlərdə tarixi xadimlərə münasibət formalaşdırmaq

8 - Şagirdlərə tarixi hadisələr arasındakı səbəb - nəticə əlaqələrini mənimsətmək

9 - İncəsənət əsərləri vasitəsilə şagirdlərin estetik hisslərini gücləndirmək

A) I – 2, 6, 8 ; II – 1, 5, 7; III – 3, 4, 9

B) I – 1, 2, 7 ; II – 1, 6, 9; III – 3, 4, 8

C) I – 1, 2, 6, 7 ; II – 1, 6, 7; III – 3, 4, 8

D) I –2, 6, 8 ; II – 1, 3, 7; III – 3, 4, 7

E) I – 1, 2, 6, 9 ; II – 2, 6, 7; III – 3, 4, 8

2. Şagirdlərdə tarixi hadisələrə müəyyən münasibət yaradılması təlim məqsədlərindən hansına aiddir?

A) Heç birinə

B) İnkişafetdirici məqsədinə

C) Təhsil məqsədinə

D) Tərbiyə məqsədinə

E) Təhsil və tərbiyə məqsədinə

3. Tarixə dair elmi biliklərin verilməsi təlim məqsədlərindən hansına aiddir?

A) İnkişafetdirici məqsədinə

B) Təhsil məqsədinə

C) Tərbiyə məqsədinə

D) Heç birinə

E) Tərbiyə və inkişafetdirici məqsədinə

4. Tarix təliminin inkişafetdirici məqsədinə aiddir.

A) Şagirdlərdə səbəb - nəticə əlaqələrini müəyyənləşdirmək bacarığının formalaşdırılması

B) Öyrənilən hadisə və təzahürlərin mühüm elementlərinin qısa ifadəsi

C) Konkret tarixi hadisələr haqqında məlumat verilməsi

D) Hadisənin yerinin və vaxtının göstərilməsi

E) Tarixi şəxsiyyətlərin zahiri görkəminin təsvir edilməsi

5. “Qərbi Avropada feodal dağınıqlığı” mövzusu (VII sinif) üzrə müəyyənləşdirilmiş təlim məqsədlərindən inkişafetdirici məqsədə aid bəndi göstərin.

A) Feodalların torpaq üzərində mülkiyyətinin möhkəmlənməsi və dövlətin funksiyalarının onlara keçməsi ilə əlaqədar feodallıqlara parçalanma baş verdiyini aydınlaşdırmaq

B) Şagirdlərdə feodallıqlara parçalanmanın səbəblərini müəyyən etmək bacarığını formalaşdırmaq

C) Feodal dağınıqlığı dövründə dövlətin vəzifələrini və xüsusiyyətlərini göstərmək

D) Feodal əxlaqı və ənənələri haqqında məlumat vermək

E) “Natural təsərrüfat” anlayışının mahiyyətini açmaq

6. “Qərbi Avropada feodal dağınıqlığı” mövzusu (VII sinif) üzrə müəyyənləşdirilmiş məqsədlərdən hansı təhsil məqsədinə aiddir?

A) Feodalların torpaq üzərində mülkiyyətinin möhkəmlənməsi və dövlətin funksiyalarının onlara keçməsi ilə əlaqədar feodallıqlara parçalanma baş verməsi faktını mənimsətmək

B) Şagirdlərdə qarşılıqlı səbəb - nəticə əlaqələrini müəyyən etmək bacarıqlarını formalaşdırmaq

C) Şagirdlərdə feodal əxlaqına qarşı ikrah hissi oyatmaq

D) Şagirdlərdə feodal əxlaqı və ənənələrinə qiymət vermək bacarığını inkişaf etdirmək

E) Təhsil məqsədinə aid bənd yoxdur

7. “Qərbi Avropada feodal dağınıqlığı” mövzusu (VII sinif) üzrə müəyyənləşdirilmiş təlim məqsədlərindən hansı tərbiyə məqsədinə aiddir?

A) Feodalların torpaq üzərində mülkiyyətinin möhkəmlənməsi və dövlətin funksiyalarının onlara keçməsi ilə əlaqədar feodallıqlara parçalanma baş verməsi faktını mənimsətmək

B) Şagirdlərdə qarşılıqlı səbəb və nəticə əlaqələrini müəyyən etmək bacarıqlarını formalaşdırmaq

C) Feodal dağınıqlığı dövründə dövlətin vəzifələrini və xüsusiyyətlərini şagirdlərə izah etmək

D) ”Natrual təsərrüfat”ın qapalı təsərrüfat olduğunu aydınlaşdırmaq

E) Şagirdlərdə feodal əxlaqına qarşı ikrah hissi oyatmaq

8. Təlim məqsədlərinin müəyyənləşdirilməsinə verilən bu tələblərdən hansı yanlışdır?

1 - Şagirdlərin təfəkkürünün inkişafı diqqətdə saxlanılmalıdır

2 - Müxtəlif inkişaf səviyyəsinə malik şagirdlərin təlim məqsədləri eyni olmalıdır

3 - Məqsədlər məktəb tarix məzmunundan irəli gəlməlidir

4 - Məqsəd şagirdlərin gücünə müvafiq olmalıdır

5 -Müxtəlif qabiliyyətə malik şagirdlərin təlim məqsədlərinin arasında fərq olmamalıdır

6 - Şagirdlərin elmi dünyagörüşünün formalaşması diqqətdə saxlanılmalıdır

A) 2, 5

B) 1, 3

C) 1, 4

D) 4, 6

E) 3, 4


##num= 4// level= 1// sumtest=18 // name= Tarix təliminin quruluşu və məzmunu //


1. Tarix təliminin məzmununa aid göstərilən materalları müvafiq qruplar üzrə müəyyənləşdirin:

I. Əsas və q/əsas faktlar

II. Təzahürlər

III. Nəzəri materiallar

1 - 1425 - ci ildə ingilislərAzenkur döyüşündə fransızlara qalib gəldilər.

2 - Qonşu icmasına keçid qədim alman tayfalarında bərabərsizliyin əsasını qoydu.

3 - Misir pramidaları müasir 20 mərtəbəli binalardan təqribən üç dəfə hündürdür.

4 - Londonda yaşayan 200 min adamın 50 mini avara və dilənçi idi.

5 - 1920 - ci illərdə sovet rejiminə qarşı baş vermiş üsyanların məğlub olmasının əsas səbəbi onların qeyri - mütəşəkkil olması idi.

6 - Manufaktura əl əməyinə, əmək bölgüsünə, muzdlu əməyə əsaslanan iri kapitalist müəssisəsidir.

7 - Sənaye çevrilişi

8 - Kəndli müharibəsi

A) I – 1, 3; II – 4, 7, 8; III – 2, 5, 6

B) I – 1, 3, 4; II – 7, 8; III – 2, 5, 6

C) I – 2, 4; II –5, 7, 8; III – 1, 3, 6

D) I – 1, 3, 6; II – 4, 8; III – 2, 5, 7

E) I – 2, 3, 4; II – 1, 7, 8; III –5, 6

2. Aşağıda göstərilənlərin tarixi biliklərin hansı komponentinə aid olduğunu təyin edin:

I. 1 - ci komponent

II. 2 - ci komponent

III. 3 - cü komponent

1 - Tarixi - coğrafi obyektlər

2 - Tarixi prosesin inkişaf qanunauyğunluqları

3 - Statistik məlumatlar

4 - Ümumi tarixi anlayışlar

5 - Hadisələr arasındakı qanunauyğun əlaqələr

6 - İdeoloji anlayışlar

7 - Əsas tarixi faktlar

A) I – 1, 2, 6; II – 4, 7; III – 3, 5

B) I – 1, 2, 6; II – 3, 5; III – 4, 7

C) I – 1, 3, 7; II – 4, 6; III – 2, 5

D) I – 1, 6; II – 3, 4, 5; III – 2, 7

E) I – 2, 3, 7; II – 4, 5; III – 1, 6

3. Tarix təlimində təhsilin məqsədlərinə aid olanları seçin:

I. Öyrədici məqsəd

II. Tərbiyə məqsədi

III. İnkişafetdirici məqsəd

1 - Şagirdlərdə tarixi hadisələrə müəyyən münasibət yaradılması

2 - Şagirdlərə tarixə dair elmi biliklərin verilməsi

3 - Şagirdlərdə tarixi hadisələrə qiymət vermək bacarığının formalaşdırılması

4 - Şagirdlərə aldıqları bilikləri tətbiq etməyin öyrədilməsi

5 - Şagirdlərin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi

6 - Şagirdlərdə tarixi təsəvvürlərin formalaşdırılması

7 - Şagirdlərdə tarixi xadimlərə münasibət formalaşdırmaq

8 - Şagirdlərə tarixi hadisələr arasındakı səbəb - nəticə əlaqələrini mənimsətmək

9 - İncəsənət əsərləri vasitəsilə şagirdlərin estetik hisslərini gücləndirmək

A) I – 1, 2, 6, 7 ; II – 1, 6, 7; III – 3, 4, 8

B) I – 1, 2, 7 ; II – 1, 6, 9; III – 3, 4, 8

C) I – 2, 6, 8 ; II – 1, 5, 7; III – 3, 4, 9

D) I –2, 6, 8 ; II – 1, 3, 7; III – 3, 4, 7

E) I – 1, 2, 6, 9 ; II – 2, 6, 7; III – 3, 4, 8

4. Hadisə və mürəkkəb faktları göstərin

1- Konstantinopolun fəthi

2- Maliyyə böhranı

3- Biyara getmək

4 -Qul üsyanları

5- Şimal müharibəsi

A) 4,5

B) 2,4

C) 3,5

D) 1,2

E) 1,5

5. Mürəkkəb faktdır:

A) Qanqunt yaxınlığındakı vuruşma

B) Poltava döyüşü

C) Şimal müharibəsi

D) Narva yaxınlığındakı döyüş

E) Rus donanmasının Qrenqam adası yaxınlığındakı qələbəsi

6. Faktik materiallar verilmiş bəndi göstərin.

1 - 1425 - ci ildə Azenkur döyüşündə fransızlar ingilislərə məğlub oldular.

2 - Türk xalqları arasında İslam dininin yayılması onların iqtisadi və mədəni əlaqələrinin artmasına səbəb oldu.

3 - Misir pramidaları müasir 20 mərtəbəli binalardan təqribən üç dəfə hündürdür.

4 - 15 sentyabr 1918 - ci il tarixdə Qafqaz İslam ordusu Bakıya daxil oldu.

5 - Qonşu icmasına keçid qədim alman tayfalarında bərabərsizliyin əsasını qoydu.

6 - Fransada mərkəzləşmiş dövlətin yaranması ölkədə təsərrüfatın inkişafını sürətləndirdi.

A) 1, 4

B) 2, 5

C) 3, 5

D) 3, 6

E) 2, 6

7. Aşağıdakılardan hansı təzahürdür?

A) Burjua inqilabı

B) 15 sentyabr 1918 - ci ildə Bakının azad edilməsi

C) Spartakın başçılığı ilə qulların üsyanı

D) X. Kolumbun Amerikanı kəşf etməsi

E) Konstantinopolun fəthi

8. Təzahürlər əks olunmuş bəndi göstərin.

1 - 15 sentyabr 1918 - ci ildə Bakının azad edilməsi

2 - Biyar

3 - Spartakın başçılığı ilə qulların üsyanı

4 - Kolumbun Amerikanı kəşf etməsi

5 - Burjua inqilabı

6 - Konstantinopolun fəthi

A) 2, 4

B) 1, 6

C) 3, 5

D) 3, 6

E) 2, 5

9. Bunlardan hansına nəzəri material deyilmir?

A) Fakta

B) Səbəb - nəticə əlaqəsinə

C) Qanunauyğun əlaqəyə

D) Nəzəri nəticəyə

E) Anlayışa

10. Nəzəri materialdır:

A) İngiltərədə deyirdilər ki, “qoyunlar adamları yeyirlər”.

B) XVI əsrin başlanğıcında İngiltərədə 3 milyona yaxın əhali var idi.

C) Manufaktura əl əməyinə, əmək bölgüsünə, muzdlu əməyə əsaslanan iri kapitalist müəssisəsidir.

D) Londonda yaşayan 200 min adamın 50 mini avara və dilənçi idi.

E) İspanlar 1919 - cu ildə Magellanın başçılığı ilə dünya səyahətinə çıxdılar.

11. Nəzəri materialların əks olunduğu bəndi göstərin.

1 - Manufaktura əl əməyinə, əmək bölgüsünə, muzdlu əməyə əsaslanan iri kapitalist müəssisəsidir.

2 - XVI əsrin başlanğıcında İngiltərədə 3 milyona yaxın əhali var idi.

3 - İngiltərədə deyirdilər ki, “qoyunlar adamları yeyir”.

4 - Londonda yaşayan 200 min adamın 50 mini avara və dilənçi idi.

5 - İspanlar 1919 - cu ildə Magellanın başçılığı ilə dünya səyahətinə çıxdılar.

6 - 1920 - ci illərdə sovet rejiminə qarşı baş vermiş üsyanların məğlub olmasının əsas səbəbi onların qeyri - mütəşəkkil olması idi.

A) 1, 6

B) 2, 5

C) 3, 4

D) 2, 3

E) 4, 5

12. Nəzəri nəticədir:

A) Zərdüştlük e. ə. VII əsrdə meydana gəlmişdir.

B) Astiaqın dövründə Midiyanın daxili və xarici vəziyyəti mürəkkəbləşdi.

C) Kəndlilərin var - yoxdan çıxması, qulların, yoxsulların və əsarət altına alınmış xalqların üsyanları Misir padşahlığını zəiflətdi.

D) I Dara e. ə. 486 - cı ildə 64 yaşında vəfat etdi.

E) 1492 - ci ildə X. Kolumb Amerikanı kəşf etdi.

13. Nəzəri nəticələr əks olunan bəndi göstərin.

1 -Kəndlilərin var - yoxdan çıxması, qulların, yoxsulların və əsarət altına alınmış xalqların üsyanları Misir padşahlığını zəiflətdi.

2 - 1492 - ci ildə X. Kolumb Amerikanı kəşf etdi

3 - Zərdüşltlük e. ə. VII əsrdə meydana gəlmişdir

4 - I Dara e. ə. 486 - cı ildə 64 yaşında vəfat etdi

5 -İmperialist ölkələri arasındakı ziddiyyətlərin kəskinləşməsi I dünya müharibəsinə gətirib çıxardı

6 - Astiaqın dövründə Midiyanın daxili və xarici vəziyyəti mürəkkəbləşdi

A) 1, 5

B) 2, 3

C) 3, 4

D) 2, 6

E) 2, 4

14. Tarixi biliklərin 1 - ci komponentinə aiddir:

A) Tarixi prosesin gedişindəki qanunauyğunluqlar

B) Müxtəlif ümumiləşdirmə dərəcəsinə malik tarixi anlayışlar

C) Xronoloji tarixlər

D) Sosioloji anlayışlar

E) Hadisələr arasındakı qanunauyğun əlaqələr

15. Tarixi biliklərin 1 - ci komponentinə aid bəndi göstərin.

1 - Müxtəlif vaxtlarda və müxtəlif yerlərdə baş vermiş hadisələr

2 - Tarixi prosesin gedişindəki qanunauyğunluqlar

3 - Tarixi - coğrafi obyektlər

4 - Müxtəlif ümumiləşdirmə dərəcəsinə malik tarixi anlayışlar

5 - Hadisələr arasındakı qanunauyğun əlaqələr

6 - Sosioloji anlayışlar

A) 2, 5

B) 2, 4

C) 1, 3

D) 5, 6

E) 4, 5

16. Tarixi biliklərin 2 - ci komponentinə aiddir:

A) Müxtəlif ümumiləşdirmə dərəcəsinə malik tarixi anlayışlar

B) Tarixi prosesin inkişaf qanunauyğunluqları

C) Xronoloji tarixlər

D) Hadisələr arasındakı qanunauyğun əlaqələr

E) Coğrafi obyektlər

17. Tarixi biliklərin 2 - ci komponentinə aid bəndi göstərin.

1 - Sosioloji anlayışlar

2 - İctimai inkişaf qanunauyğunluqları

3 - Xronoloji tarixlər

4 - Ümumi tarixi anlayışlar

5 - Hadisələr arasındakı qanunauyğun əlaqələr

6 - Tarixi - coğrafi adlar

A) 3, 6

B) 2, 3

C) 2, 5

D) 1, 4

E) 5, 6

18. Tarixi biliklərin 3 - cü komponentinə aiddir:

A) Tarixi prosesin gedişindəki qanunauyğunluqlar

B) Sosioloji anlayılar

C) Hadisə - faktlar

D) Coğrafi obyektlər

E) Xronoloji tarixlər



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə