3. Şagirdlərin idraki prosesinin inkişafını seçin.
1. təfəkkür 2. hafizə 3. şagirdin sosiaL-psixolojisi 4. diqqət
5. emosional-iradi inkişafı 6. təxəyyül prosesi 7. bilik, bacarıq vərdişləri
A) 2,3,5,6,7
B) 1,2,4,6,7
C) 1,2,3,4,5
D) 3,4,5,6,7
E) 2,4,5,6,7
4. Aşağıdakı fikirlərdən hansı tədqiqatın aparılması mərhələsinə aiddir?
A) Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.
B) İnsan təfəkkürünü hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir
C) Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.
D) Dərsdə əldə edilmiş bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır.
E) Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir.
5. Milli Kurikulum hazırlanarkən aşağıda göstərilən prinsiplərin hansı nəzərə alınmamışdır?
A) şəxsiyyətyönümlülük
B) tələbyönümlülük
C) nəticəyönümlülük
D) subyektivlik
E) inteqrativlik
Dostları ilə paylaş: |