“TƏSDİq ediRƏM”



Yüklə 55,88 Kb.
səhifə4/16
tarix01.01.2022
ölçüsü55,88 Kb.
#106941
1   2   3   4   5   6   7   8   9   ...   16
protokol

X.Bəşirli: Çox sağ olun, Nərmin xanım, mövzu ilə bağlı ətraflı məlumat verdiyinizə görə təşəkkür edirəm. Kimin sualı var? Buyurun, Nuranə xanım.

N.Əsədullayeva: Mənə maraqlıdır, M.Şəhriyarın hansı klassik şeir janrında əsərləri sizə məlumdur?

N.Əliyeva: Sualınıza görə təşəkkür edirəm. Bildiyimiz kimi, M.Şəhriyar klassik irsdən yaradıcı şəkildə bəhrələnmişdir. O, klassik poeziyanın populyar ədəbi janrlarında - qəzəl, qəsidə, rübai, məsnəvi və s. yazmışdır. Düzdü o sərbəst vəzndə, şere nou-da şeirlər yazmışdı .Lakin o, klassik ədəbiyyatdan uzaqlaşmamış, onun forma və qəliblərində, yəni qəzəl, qəsidə, qitə, məsnəvi, müstəzad, tərcibənd, tərkibbənd və s. son dərəcə gözəl və bitkin bədii nümunələr yaratmışdır. Bütün bunlara rəğmən, Şəhriyar fars şeirində daha çox qəzəlxan şair kimi tanınmışdır. Onun istər farsdilli yaradıcılığını, istərsə də anadilli yaradıcılığını nəzərdən keçirdikdə görürük ki, qəzəl janrında yazdığı şeirlər üstünlük təşkil edir. Şəhriyar ilk gənclik çağından bu janra meyl etmiş, onu öz nakam eşqinin ifadəsi üçün ən uyğun forma kimi qəbul etmişdir.


Yüklə 55,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin