X.Bəşirli: Daha kimin sualı var? Buyurun, Kəmalə xanım.
K.Nuriyeva: Nərmin xanım, siz dissertasiya işində Şəhriyarın müsahibələrinə geniş yer verirsiniz. Və bu müsahibələr Şəhriyarı təkcə bir şair kimi yox, həm də ədəbiyyat tənqidçisi, şeirşünaslığı, poetikanı yaxşı bilən bir insan kimi bizə təqdim edir. Necə bilirsiniz, bu müsahibələri Şəhriyarın ədəbi-tənqidi görüşləri şəklində ayrıca nəşr etdirmək elmə nə dərəcədə töhfə verə bilər?
N.Əliyeva: Təşəkkür edirəm. Doğrudur, dissertasiya işində M.Şəhriyarın müsahibələrində əksini tapmış ədəbi-nəzəri fikirlərə yer ayrılmış və onun öz təcrübəsinə əsaslanaraq şairin ədəbi görüşləri və poetik uğurları faktiki materiallar əsasında tədqiq olunmuşdur. Onun müsahibələrinin hamısını deyil, bir qismini Sabir Əmirov toplamışdır. Amma gələcəkdə toplanaraq kitab halında nəşr olunması əlbəttə ki, qənaətbəxş olardı.