“TƏSDİq ediRƏM”


X.Bəşirli: Daha kimin sualı var? Buyurun, Natəvan xanım. N.Bağırova



Yüklə 55,88 Kb.
səhifə8/16
tarix01.01.2022
ölçüsü55,88 Kb.
#106941
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
protokol

X.Bəşirli: Daha kimin sualı var? Buyurun, Natəvan xanım.

N.Bağırova: Türkiyədə Şəhriyarın “Heydərbabaya salam” poeması ilə əlaqədar hansı tədqiqat işləri aparılmış, yaxud ona nəzirələr yazılmışdır?

N.Əliyeva: Sualınıza görə təşəkkür edirəm. Məlum olduğu kimi, Türkiyədə və bütün türk dünyasında “Heydərbabaya salam”ı ilk tanıdan Azərbaycan cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə olmuşdur. O, 1955-ci ildə Türkiyədə ilk dəfə “Azərbaycan” jurnalında çap etdirdiyi “Ədəbi bir hadisə” adlı məqaləsində bu əsərin Cənubi Azərbaycan, eləcə də türk dünyası üçün böyük əhəmiyyət kəsb etdiyini, şairin doğma dilinə və xalqına, vətəninə məhəbbətinin nəticəsi olaraq yazıldığını bildirirdi.

Rəsulzadədən sonra Əhməd Atəşin “Heydərbabaya salam” əsərini ətraflı müqəddimə ilə çap etdirərək Türkiyə ədəbiyyatında Şəhriyar mövzusunu bir daha gündəmə gətirdi. Bundan sonra Məhərrəm Erkin, Səadət Çağatay, Əhməd Qafaroğlu, Osman Fikri Sərtqaya, Əhməd Bican Ercilasun, Eldəniz Qurtulan, Yusif Gədikli, Orxan Aras, Həsən Almaz, İsa Özkan, Əhməd Polatlı və başqaları şairin yaradıcılığı, xüsusilə də, “Heydərbabaya salam” mənzuməs ilə bağlı ciddi tədqiqatlara başladılar. Əsərin dil xüsusiyyətlərini araşdıran Məhərrəm Ergin öz fikirlərini 1981-ci ildə İstanbulda nəşr etdiyi “Azeri türkcesi” adlı kitabında açıqlayıb.

Osman Fikri Sərtqaya isə Türkiyədə Şəhriyara və “Heydərbabaya salam”a yazılmış nəzirələri, Şəhriyara həsr olunmuş şeirləri toplayaraq nəşr etdirmişdir. Bu sahədə ən ciddi işlərdən biri isə “Heydərbabaya salam” poemasını tədqiq edən və şairin türkcə əsərlərini küll halında çap etdirən şəhriyarşünas alim Yusuf Gədikliyə məxsusdur. O, “Şəhriyar və türkcə bütün şeirləri” adı ilə sanballı bir kitab tərtib etmişdir.


Yüklə 55,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin