“TƏSDİq ediRƏM”



Yüklə 55,88 Kb.
səhifə16/16
tarix01.01.2022
ölçüsü55,88 Kb.
#106941
1   ...   8   9   10   11   12   13   14   15   16
protokol

X.Bəşirli: Çox sağ olun, İlhamə xanım. Çıxışlarımız bitdi. Mən də yekun sözü olaraq bildirmək istəyirəm ki, Nərmin xanımın tədqiqat işi uğurlu, elə düşünürəm ki, Şəhriyarşünaslığa layiqli bir işdir. Rəsmi rəylərdə, çıxışlarda göstərilən qeydləri yəqin ki, dissertasiyanın sizə verdiyi imkan daxilində nəzərə alacaqsınız. Bəzi məqamlar var ki, siz onları növbəti mərhələyə qədər yerinə yetirməlisiniz. Aida xanımın dediyi ilə razılaşıram və mən də o fikirdəyəm ki, ağırlığı daha çox fars ədəbiyyatına deyil, Azərbaycan ədəbiyyatına verməlisiniz. Biz də müzakirəmizin nəticəsi olaraq ikinci “Azərbaycan ədəbiyyatı”(5716.01) ixtisas şifrinin verilməsini tövsiyə edirik. Rəsmi rəyçilər də bunu fikirləri ilə əsaslandırdılar.

Güman edirəm ki müzakirəmiz çox maraqlı keçdi. Biz açıq səsvermə yolu ilə müzakirəni yekunlaşdırıb qərar verməliyik. Əleyhinə yoxdur, hamı lehinədir. Deyilən qeydləri nəzərə almaqla Nərmin Əliyevanın “Məhəmmədhüseyn Şəhriyarın poeziyası klassik və müasir Şərq ədəbiyyatı kontekstində” dissertasiya işi növbəti mərhələyə buraxıla bilər.



Qərara alındı:

1. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin dissertantı Nərmin Nizaməddin qızı Əliyevanın “Məhəmmədhüseyn Şəhriyarın poeziyası klassik və müasir Şərq ədəbiyyatı kontekstində” mövzusunda 5718.01 –“Dünya ədəbiyyatı (İran ədəbiyyatı)” ixtisası üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün müzakirəyə təqdim etdiyi dissertasiyası yetkin, tam, elmi baxımdan nəzəri və praktiki dəyərə malik tədqiqat işi olaraq AAK-ın tələblərinə cavab verir.

2. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin dissertantı Nərmin Nizaməddin qızı Əliyevanın “Məhəmmədhüseyn Şəhriyarın poeziyası klassik və müasir Şərq ədəbiyyatı kontekstində” mövzusunda 5718.01 –“Dünya ədəbiyyatı (İran ədəbiyyatı)” ixtisası üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün müzakirəyə təqdim etdiyi dissertasiyası ilə bağlı yetərli sayda dərc olunmuş elmi məqalələri dissertasiyanın məzmununu tamamilə əhatə edir.

3. Azərbaycan ədəbiyyatının maraqlı və zəngin bir qolu olan Cənubi Azərbaycan ədəbiyyatına nüfuz edən sözügedən dissertasiya işinə 5718.01 – Dünya ədəbiyyatı (İran ədəbiyyatı) şifri ilə yanaşı 5716.01 – Azərbaycan ədəbiyyatı ixtisas şifrinin verilməsi də məqsədəuyğundur və işə əlavə ixtisas şifrinin (5716.01 Azərbaycan ədəbiyyatı) verilməsi tövsiyə edilir.



4. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin dissertantı Nərmin Nizaməddin qızı Əliyevanın “Məhəmmədhüseyn Şəhriyarın poeziyası klassik və müasir Şərq ədəbiyyatı kontekstində” mövzusunda 5718.01 –“Dünya ədəbiyyatı (İran ədəbiyyatı)” ixtisası üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün müzakirəyə təqdim etdiyi dissertasiyası növbəti mərhələyə buraxıla bilər.
İclasın sədri: AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi işlər üzrə direktor müavini, fil.ü.e.d., prof. X.B.Bəşirli

Katib: AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi” şöbəsinin elmi işçisi, fil.ü.f.d. İ.M.Gültekin
Yüklə 55,88 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin