“TƏSDİq ediRƏM”



Yüklə 55,88 Kb.
səhifə2/16
tarix01.01.2022
ölçüsü55,88 Kb.
#106941
1   2   3   4   5   6   7   8   9   ...   16
protokol

GÜNDƏLİK MƏSƏLƏ: AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 5718.01 – Dünya ədəbiyyatı (İran ədəbiyyatı) ixtisas şifri üzrə dissertantı Əliyeva Nərmin Nizaməddin qızının fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş “Məhəmmədhüseyn Şəhriyarın poeziyası klassik və müasir Şərq ədəbiyyatı kontekstində” adlı dissertasiya işinin müzakirəsi
EŞİDİLDİ:

X.Bəşirli: Hörmətli müzakirə iştirakçıları! Hamınızı salamlayıram.

Bu gün Nərmin Nizaməddin qızı Əliyevanın təqdim etdiyi fəlsəfə doktorluğu üzrə dissertasiyasının müzakirəsinə toplaşmışıq.

Əvvəlcə dissertant haqqında məlumat vermək istəyirəm. Əliyeva Nərmin Nizaməddin qızı 1986-cı ildə anadan olmuşdur. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin bakalavr və magistr pillələrini bitirmişdir. 2009-cu ildə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Ekspozisiyanın qorunması, izahı və audio-müşaiyətin təmini” şöbəsində fəaliyyətə başlamışdır. 2012-ci ildən “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi” şöbəsində elmi işçi vəzifəsində çalışır. 2013-cü ildə dünya ədəbiyyatı ixtisas şifri üzrə muzeyin dissertanturasına qəbul olunmuşdur. “Məhəmmədhüseyn Şəhriyarın poeziyası klassik və müasir Şərq ədəbiyyatı kontekstində” adlı dissertasiya mövzusu təsdiq edilmişdir. Elmi rəhbəri akademik Rafael Hüseynovdur.

Nərmin Əliyevanın ümumilikdə dissertasiya mövzusu ilə əlaqədar 16 elmi məqalə və tezisi nəşr olunmuşdur ki, çap olunmuş 16 işin 6-sı Beynəlxalq Konfranslarda təqdim olunmuş tezis, 10-u isə elmi məqalədir. Məqalələrdən 2-si xarici jurnallarda nəşr olunmuşdur. N.Əliyeva fəlsəfə doktorluğu üzrə minimum imtahanları vermişdir.

Mövzu ilə bağlı rəsmi rəyçilər filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli və filologiya üzrə elmlər doktoru, professor Kamil Allahyarovdur.

Dissertant tələb olunan sənədləri bizə təqdim etmişdir və sənədlər qaydasındadır.

Dissertasiya işinin əsas müddəaları ilə müzakirə iştirakçılarını tanış etmək üçün söz iddiaçıya verilir. Buyurun.


Yüklə 55,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin