NV-nin bazar dəyəri – rəqabət şəraitində açıq bazarda sövdələşmənin tərəflərin düşünərək hərəkət etdiyi , lazım olan bütün informasiyalara malik olduğu və həmçinin sövdələşmə qiymətinə hər hansı bir fövqalədə öhtəlik təsir etmədikdə , NV-nin satışının ən çox ehtimal olunan qiymətidir.
Məhdudlaşdırılmış bazarda NV-nin dəyəri - açıq bazarda satışı mümkün olmayan və ya NV-nin açıq satışının müraciəti üçün lazım olan xərclərlə müqayisədə əlavə xərclər tələb edən NV-nin qiymətidir.
Mövcud istifadəsinə görə NV-nin dəyəri – nv-nin dəyəri onun istifadə edilmə məqsədlərindən və mövcud şəraitindən asılı olaraq təyin edilir. Bu metod əsasən nadir NV-nin qiymətləndirilməsi üçün istifadə olunur.
NV- ləğvetmə dəyəri –müəssisənin balansında olan və onun ləğvi prosesində reallaşan NV-nin dəyəridir.
NV – util dəyəri – aldığı zədələnmələrdən sonra bərpa edilməsi mümkün olmayan NV-nin dəyəridir.