Təmir işlərinin dəyəri. Təmir içlərinin dəyərinin hesblanması zamanı kakulyasiyada aşağıdakı xərc maddələri nəzərə alınır :
zədələnmiş hissələrin bərpa və ya təmirinin dəyəri.
bir – birinə bağlanmış hissələrin açılması
zədələnmiş hissələrin dəyərinin dəyişdirilməsi üzrə işlərin dəyəri.
Göstərilən işlər zavod tərəfindən müəyyən edilmiş ciddi əmək tutumuna malikdır. İstənilən təyinatlı təmir – bərpa işlərinin kalkulyasiyasının tərtib edilməsi zamanı işlərin əmək tutumu heç bir səbədən dəyişdirilə bilməz. Kalkulyasiyada ANV – ni hazırlayan zavodun tərtib etdiyi siayhida verilməyən digər növ təmir işləri də ola bilər. Belə olduğu təqdirdə təmirin növü və əməm tutumunun əsaslandırılması qiymətləndiricinin məqsəd və vəzifəsi ola bilər.
Təmir – bərpa işlərinin dəyəri müxtəlif amillərdən asılıdır.Bura aşağıdakılardan ibarətdir :
təmir işlərinin növündən ( qaynaqçı , rəngsaz və s )
TXS – ni aparan zavoddan.
Təmir bərpa işlərinin dəyərinin hesablanması zamanı qiymətləndirici NV –nin zədələnmiş hissələrinin dəyərini qiymətləndirən zaman konkret olaraq texniki xidmət sevisində olan ( TXS ) avtomobil ustalarına müraciət edə bilər .Bu şərt isə qiymətləndirici ilə sifariıçı arasında bağlanmış müqavilədə öz əksini tapmalıdır.