EXW ( Franko zavod Ex – Works ) şərti. Bu şərtə görə satıcı öz müessisesində əmtəəni alıcıya təhvil verərək öz öhtəliyini yerinə yetirmiş olur.
FCA ( Franko – yük daşıyan ) şərti. Bu şərtə görə satıcı əmtəəni daşıma üçün gömrük rüsumlarını ödədikdən sonra razılaşdırılan məntəqədə yük daşıyana təhvil verir və öz öhtəliyini yerinə yetirmış olur.
FAS ( free alongside ship ) şərti. Bu şərtə görə satıcı əmtəəni limanda gəmi boyunca yerləşdirməlidir. Bu andan sonra satıcı öz öhtəliyini yerinə yetirmiş olur.
FOB ( free on board ) şərti. Bu şərtə görə satıcı limanda əmtəə daşıyan gəmini boşaltmağa təhvil verdiyi andan öz öhtəliyini yerinə yetirmiş hesab edir.
CFR ( cost and freight ) şərtinə görə sarıcı göstərilən təyinat limanına əmtəənin təchizatı üçün lazım olan məsrəfləri və fraxtı ödəməlidir.
CİF ( insurance , freight ) şərti CFR şərtində verilən öhtəlikləri və daşınma zamanı əmtəənin zədələnmələrdən və ya zay olmadan risklərin dəniz sığortalanmasını təmin edir.
CPT ( carriage paid to ) şərtinə görə satıcı göstərilən təyinat terinə qədər əmtəəni daşəmağa görə fraxt ödəyir. Əmtəənin yük daşıyana təhvil verildikdən sənra xərclərin istənilən artımı ilə bağlı risklərə görə öhtəlik satıcıdan alıcıya keçir.
DEQ ( delivered ex quality ) şərtinə görə liman körpüsündə təchizat şərtinə görə satıcı razılaşdırılmış təyinat limanının körpüsündə daşınması zamanı gömrük rüsumlarından təmizlənmiş əmtəələrin alıcıya təhvil verdiyi andan təchizat üzrə özünün öhtəliyini yerinə yetirilmiş hesab edir.