2009 –cu ildə Respublikada qeydə alınmış yol-nəqliyyat hadisələri.
Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində keçirilmiş profilaktik tədbirlər nəticəsində bütövlükdə respublika üzrə qəzalığın vəziyyəti nəzarətdə saxlanılmışdır.
Hesabat dövrü ərzində Respublika ərazisində 2792 YNH-si qeydə alınmış, nəticədə 930 nəfər həlak olmuş, 3044 nəfər yaralanmışır. Ötən illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 178 (5,9%), 122 (11,6%) və 188 (5,8%) azalmışdır.
DİN BDYPİ Yol Patrul Xidməti Alayının xidmət ərazisində hesabat dövründə 488 YNH-i qeydə alınmış, nəticədə 240 nəfər həlak olmuş, 544 nəfər yaralanmışdır. Ötən illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 122 (20%), 101 (19,6%) və 172 (24%) azalmışdır.
Bakı şəhəri ərazisində 1159 YNH-si qeydə alınmış və bunların nəticəsində 325 nəfər həlak olmuş, 1241 nəfər yaralanmışdır. Ötən illə müqayisədə YNH-nin həlak olanların və yaralananların sayı uyğun olaraq 233 (16,7%), 27(7,7%) və 293 (19,1%) azalmışdır.
Respublika üzrə qeydə alınmış YNH-nin 43,5%-i (1214) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 24,3%-i (680) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 6,7%-i (186) yolayrıclarını keçmə qaydalarının pozulması, 3,1%-i (87) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 39,6%-ni (1106), Bakıda isə 51,9 %-ni (602) piyadaların vurulması təşkil etmiş, nəticədə 349 piyada həlak olmuş, 837-i yaralanmışdır. Ötən illə müqayisədə bu kimi YNH-nin sayı respublika üzrə 2,3 % (28), Bakı şəhəri üzrə 7,6 % (56) azalmışdır. 151 YNH-si piyadaların YHQ pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-ləri nəticəsində 54 nəfər uşaq və yeniyetmə həlak olmuş, 221 nəfər yaralanmışdır. Ümumiyyətlə qeydə alınmış YNH-ləri nəticəsində həlak olmuş 930 nəfərdən 728-i kişilər, 202-i qadınlar, xəsarət almış 3044 nəfərdən isə 2300-ni kişilər, 744-nü qadınlar təşkil etmişlər.
2009-cu il ərzində respublika ərazisində 20 nəfərin həlak olması və 74 nəfərin yaranlanması ilə nəticələnmiş 90 YNH-si bağlı qalmışdır
Dostları ilə paylaş: |