Təsirli deyilən ziyalı sözü öz təsirini göstərir



Yüklə 47,43 Kb.
tarix21.10.2017
ölçüsü47,43 Kb.
#8621

Diffamasiya haqqında» Qanun layihəsi hazırlamaqdansa

təhqirə, böhtana yol verilməməsi haqqında Qanun qəbul edilsin»
«Media forum» saytının suallarını

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri

Akif Əli cavablandırır.

2007-09-20 – 14:56:00

Akif Əli 1952-ci il fevralın 22-də Şuşada doğulub. Orta məktəbi Bakıda bitirib. M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun məzunudur.

1974-1978-ci illərdə bir neçə bədii filmdə əsas rollara çəkilib: «Uzun müharibədə qısa görüşlər»də («Tacikfilm») Rüstəm, «Tütək səsi»ndə Tapdıq, «Arxadan vurulan zərbə»də Fazil müəllim, «Əgər biz bir yerdəyiksə…» bədii televiziya filmində Məmməd obrazlarını yaradıb.

1978-1987-ci illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Radionun «Satira və yumor» şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri vəzifələrində işləyərkən bir neçə populyar Radio verilişinin («Sabahınız xeyir», «Molla Nəsrəddin», «Gülüş axşamı»), Televiziyanın Gənclər üçün proqramlar baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışarkən isə Televiziya proqramlarının («Zəriflik», «Aygün», «7 sual, 7 cavab» televiktorinası, «İdrak», «Tələbə dünyası», «Teleteatrda gənclər gecəsi», «Çay, çay, çay!», «Mənəvi dünyamız») yaradıcısı, müəllifi, yaxud redaktoru olub.

1989-cu ildə Bakı Ali Partiya Məktəbini bitirib.

1990-cı ildə «Vətən səsi» qəzetinin yaradılmasında iştirak edib və 1991-93 -cü illərdə həmin qəzetin baş redaktoru vəzifəsində çalışıb.

Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992-94) işləyib.

1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

Filologiya elmləri namizədidir. Ailəlidir, iki övladı var.

- Akif müəllim, sizə özünüzü təqdim etmək təklif olunsa, nə deyərdiniz? Kimdir Akif Əli? Yazıçı, jurnalist, ya dövlət məmuru? Hələ siz filmlərə də çəkilmisiniz, yəni aktyorluq da eləmisiniz. Hansı iş daha çox ürəyinizcə olub?

- Akif Əli ilk növbədə böyük millətpərvər, böyük vətənpərvər, böyük insanpərvər və böyük hüquqşünas Əli Məhərrəmovun oğludur. Elə ona görə də mən atama layiq övlad olmaq üçün rəsmi şəkildə familiyamı dəyişdirib onun adını soyadı kimi götürmüşəm. Hər zaman həyatda çalışmışam ki, ona layiq olum. O, erkən vəfat edib, artıq mən onun vəfat etdiyi yaş həddini də keçmişəm.

İxtisasca filoloqam, elmlər namizədiyəm. Hesab edirəm ki, həyatda özümü ifadə etməyimin ən məqbul forması elmi, ədəbi-bədii yaradıcılıqdır. Yazıçı peşəsini şərəfli hesab edirəm, yazı yazan adamın ömrü mürəkkəb və çətin keçər. Eyni zamanda bu mürəkkəb, çətin həyat yolundan məmnunam. Bu sahədə uzun illərdir çalışıram, radioda, televiziyada, qəzetdə işləmişəm, bir çox bədii yazılarım olub, onların arasında çox maraqlı, – oxucunun və ya tamaşaçının rəyinə görə deyirəm, – satirik nümunələr, miniatürlər, felyotonlar, ssenarilər də var.

Siz də qeyd etdiyiniz kimi, ilk gənclik illərində kinoda da işləmişəm. Hesab edirəm ki, filmlərdə yaratdığım bir neçə obraz yaradıcılıq ömrümün qızıl səhifələridir. Ancaq yenə də özümü elmi-ədəbi yaradıcılıq fəaliyyətində daha rahat hiss edirəm.

- Necə oldu ki, humanitar sferanın adamı olan Akif Əli Nazirlər Kabinetinin mətbuat xidmətinə rəhbər təyin olundu? Nazirlər Kabineti hər halda humanitar sferadan uzaq bir sahə təsiri bağışlayır…

- Prinsipcə, mənim həyatımda paralelliklər olub. Bir yandan mətbuat işilə məşğul olmuşam, digər yandan pedaqoji fəaliyyətlə. Ali məktəbdə kafedra müdiri işləmişəm, mühazirələr oxumuşam, başqa bir yandan dövlət idarəçiliyində çalışmışam, Bakı Ali Partiya Məktəbini ideoloji iş ixtisası üzrə bitirmişəm, belə deyək ki, dövlət idarəçiliyinin sirlərinə yaxından bələd olmuşam.

Mən 1989-93-cü illərdə SSRİ rəhbərliyinin müdafiə etdiyi erməni təcavüzünü gördükdən sonra rəsmi siyasi xəttə müxalif mövqedə durmuşam. Bunu publisistik yazılarımda da tam çılpaqlığı, kəskinliyi ilə bildirmişəm. Müasir Azərbaycan mətbuatında ilk müstəqil qəzetlərdən olan «Vətən səsi»nin yaradılmasında bilavasitə yaxından iştirak etmişəm, 1991-93-cü illərdə onun baş redaktoru olmuşam. Qəzetin əsas qayəsi erməni təcavüzünə məruz qalmış qaçqın soydaşlarımız haqqında həqiqətləri dünyaya yaymaq, onların ağrı-acısını mümkün qədər ovutmaq, eyni zamanda Azərbaycanda gedən siyasi proseslərə qiymət vermək və Azərbaycanın düşdüyu girdabdan çıxmağın yolunu göstərmək idi.

Bizim əsas ideya xəttimizə görə, Azərbaycanı düşdüyü bəlalardan xilas edəcək alternativsiz şəxsiyyət yalnız Heydər Əliyev idi. O zaman o, Naxçıvanda idi, Bakıda ona qarşı münasibət tamamilə başqa cür idi. Bunlara baxmayaraq əlaqələrimiz var idi, münasibətlərimiz davam edirdi. Onun haqqında materialları çap edib yayırdıq. Ulu öndər 1993-cü ildə həqiqətən də yenidən hakimiyyətə gəldi və Azərbaycanı, xalqı, dövləti uçurumdan xilas etdi.

Beləliklə, 1994-cü ildə mən böyük öndərimizin xeyir-duası ilə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olundum. Bu o vaxtlar idi ki, oktyabr hadisələri – dövlət çevrilişi cəhdləri baş verirdi, mürəkkəb bir dövr idi. Daha sonra 1995-ci ilin mart çevriliş cəhdləri oldu, yəni Azərbaycanın müstəqilliyinin sınağa çəkildiyi zamanlar idi. Mən çox məmnunam, şadam ki, o ağır illərdə böyük şəxsiyyətin Azərbaycanın dövlət müstəqilliyini necə qoruduğunu yaxından müşahidə etmək imkanım olub. İndiki gördüyümüz tam müstəqil, heç bir təhlükə gözlənilməyən, daxili sabitliyi, beynəlxalq nüfuzu olan Azərbaycan dövləti həmin ağrılı-acılı illərin nəticəsidir ki, bu tarixi işi yalnız Heydər Əliyev kimi qüdrətli bir şəxsiyyət bacara bilərdi, bacardı da.

Həmin illərdən Nazirlər Kabinetində çalışıram. Əsas vəzifəm ictimaiyyətlə, KİV-lə hökumət aparatı arasında əlaqə qurmaq, körpü yaratmaqdır. Mətbuatda qazandığım təcrübə işimdə köməyimə gəlir.

- Mətbuat xidmətinin rəhbəri kimi gününüz necə başlayır?

- Günüm səhər saat 6-da başlayır. Saat 8-də evdən çıxıram ki, saat 9-adək mütləq iş başında olum. Çünki günün birinci yarısında iş daha gərgin keçir. İlk növdəbə xidmətimizə gələn bütün qəzetlərlə tanış olmalı, rəhbərliyə məlumat verməliyəm. Bundan başqa poçta baxmaq, rəhbərliyin müxtəlif tapşırıqlırını icra etmək, daxili iclaslar, yazı-pozu, təşkilati işlər və sair olur.

Bütün bu işlərin arasında isə gün ərzində çoxsaylı müxbirlərdən, televiziya, radio, qəzet, agentliklərdən, ayrı-ayrı təşkilatlardan, vətəndaşlardan telefon zəngləri olur. Onların hamısının suallarına cavab verə bilməsəm də, çalışıram ki, imkanım, səlahiyyətim, gücüm daxilində istədikləri məlumatları tapım, deyim, çatdırım.

- Ümumiyyətlə, mətbuat xidmətinin rəhbəri Nazirlər Kabinetində kimə tabedir? Birbaşa Baş nazirlə işləyirsiniz, yoxsa başqa bir şəxsin kurasiyasındasınız?

- Hər bir idarənin işlərinə məsul təbii ki o idarənin birinci şəxsidir. Bütün xətt-hərəkəti o müəyyən edirsə, ən mürəkkəb sahələrdən biri olan informasiya siyasəti də birinci şəxslə əlaqələndirilməlidir. Bütün dövlət strukturlarında mətbuat xidmətləri birbaşa idarə rəhbərinə tabe olur. Eyni zamanda biz də bilavasitə Baş nazirin tabeçiliyində çalışırıq.

- Siz Azərbaycanda mətbuat xidməti institutunun vəziyyəti haqda nə deyə bilərsiniz? İndi irili-xırdalı bütün dövlət qurumlarının, şirkətlərin, idman federasiyalarının mətbuat xidməti strukturları yaradılıb. Azərbaycanda bu institut özünü tam təsdiq edə bilibmi? Yəni bizim mətbuat xidmətləri jurnalistlərlə dövlət qurumları arasında etibarlı vasitəçi ola bilirmi?



- Azərbaycanda bu institut yeni yaranıb və onu 100-200 illik tarixi təcrübəsi olan digər demokratik quruluşlu ölkələrin anaoloji xidmətləri ilə müqayisə etmək düzgün olmazdı. Biz tam formalaşmış, dünya standartları səviyyəsinə çatmasaq da, yarandığımız ibtidai mərhələdən xeyli irəli getmişik, bu illər ərzində respublikamızda bu institut çox təkmilləşib.

O ki qaldı, xırda qurumlara… Bir vaxt vardı, hamı «budka» açırdı, sonra hamı qəzet açmağa başladı, sonra şadlıq evləri tikdirməyə başladılar. Yəni bizdə bir dəbə uymaq
Yüklə 47,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin