TəŞKİlat və TƏŞKİlatçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə18/60
tarix01.06.2022
ölçüsü0,97 Mb.
#116498
1   ...   14   15   16   17   18   19   20   21   ...   60
Təşkilat

Müdirin v
əzifələri 
1. Tәşkilatı qorumaq 
Sizin işiniz təşkilatı yaxşı qorumaqdan ibarətdir. 
Onun sütunlarının laxlamasına imkan verməyin.
1
Komitənin etibarını qoruyun və tərəfkeşlikdən, 
tayfabazlıqdan çəkinin. Qoy bu qurum müharibə 
əlillərinə və məhrum təbəqələrə bir ümid yeri kimi 
qalsın və inşallah, heç bir özbaşınalığa yol 
verilməsin.
2
2. İşlәrdә rasionallıq 
Digər bir göstərici işlərdə rasionallıq məsələsidir; 
yəni mütəxəssis işi, düzgün araşdırma, hərtərəfli 
mülahizə, məsələnin bütün təsir və nəticələrini 
nəzərə almaq. Bəzən bir məmur, tribuna və minbər 
sahibi tərəfindən söylənən bir fikir elə mənfi təsir 
buraxır ki, onu aradan qaldırmaq üçün çox çalışmaq 
lazım olur. Bu, quyuya atılan daş məsəli kimidir. 
Doğrudan da problem yaradır. Gərək ölçülüb- 
biçilmiş fikir söylənsin. Biz müdirik, məmuruq 
deyə, mütəxəssis nəzəri olmayan, hərtərəfli 
araşdırılmamış bir fikri ortaya ata bilmərik.
3
1
Qələm sahibləri birliyinin üzvləri ilə görüşdə çıxışından, 2003. 
2
Aztəminatlılar və Əlillər Komitəsinin məsul şəxsləri ilə görüşdə 
çıxışından, 1989. 
3
Prezident və Dövlət Şurasının üzvləri ilə görüşdə çıxışından, 2013. 


43 
3. Mәnfi cәhәtlәri düzәltmәk 
Xalqı narahat edən problemlərdən biri də 
idarələrin durumudur. Bizə müraciət edənlər 
idarələrdə olan vəziyyətdən haqlı olaraq, şikayət 
edirlər. Mənim xalqın yaşayış şəraitindən çox yaxşı 
xəbərim var. Bütün ömrüm boyu o şəraitdə nəfəs 
almışam, indi də ondan uzad düşməmişəm. Siz 
yaxşısınız, amma bu, işçilərinizin də yaxşı olması 
anlamına gəlmir. Gərək işlərə dəqiq nəzarət 
edəsiniz. Xüsusilə, müraciət edənlərin və xalqın 
işlərində diqqətli olun. Harada xalqın bələdiyyədən, 
ticarətlə bağlı idarələrdən, yaxud başqa bir 
orqandan narazı olduğunu görsəniz, məsələnin 
sonuna qədər gedin və problemi aradan qaldırın. 
Məqsədiniz idarələrdə iş qaydasının düzgünlüyü 
olsun. İdarələrimiz indikindən daha nəzakətli və 
daha sürətli işləməlidirlər. İş sistemi İslam 
Respublikasına uyğun deyil, köhnə üsullar qalıb. 
Biz təkcə kadrları dəyişmişik. Bir maşının yaxşı 
çalışması üçün nə edirsiniz? Bir qədər yağ 
vurursunuz, bir az vintlərinə əl gəzdirirsiniz. Axır ki 
bir iş görmək lazımdır. Əsas odur ki, idarənin 
başında duran müdir iti baxışları ilə təşkilatın dərin 
qatlarını görsün, səhvlərin üzərindən asanlıqla 
keçməsin, əsl məqsədi xalqı razı salmaq olsun.
1
1
Qum şəhərində vəzifəli şəxslərlə ilə görüşdə çıxışından, 1992. 


44 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin