TəŞKİlat və TƏŞKİlatçiliq


Prioritetlәrin mövcud potensiallarla



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə25/60
tarix01.06.2022
ölçüsü0,97 Mb.
#116498
1   ...   21   22   23   24   25   26   27   28   ...   60
Təşkilat

11. Prioritetlәrin mövcud potensiallarla 
tәtbiqi 
Əmanətdarlığın nümunələrindən biri də büdcə 
məsələsində prioritetlər sırasına riayət etməkdir. Siz 
prioritetlərinizi mövcud imkanlarla tətbiq edin. 
İmkanlarımız 
məhduddur. 
Prioritetlərinizi 
imkanlarınızla uzlaşdırın... Qısası budur ki, büdcəyə 
çox əhəmiyyətli yanaşın.
1
Digər 
məsələ 
budur 
ki, 
fəaliyyətləriniz 
əhəmiyyətinə görə sıralansın. Biz ölkənin gücünü
kredit və büdcə imkanlarını, dövlətin müxtəlif 
sahələrə ayıracaq imkanlarını nəzərə almalıyıq. Tez 
bəhrə verən müxtəlif planları da 
gözdən 
qaçırmayaq. Bəzi planlar faydalı və lazımlı 
planlardır, amma onları icra etməyə imkan yoxdur. 
Bəzilərinə əlimiz çatır, yaxındadır. Bunların hamısı 
məsələnin əhəmiyyətini təyin edir.
2
12. İşlәri tamamlamadan reklam etmәkdәn 
çәkinmәk 
Bir məsələ də budur ki, çox reklam etməyin. 
Məsələni qabartmaq həmişə yaxşı olmur. Mən bir 
bina tikmək istəyən, amma hətta azacıq iş görməmiş 
reklam edib plakat asan adamlarla əvvəldən müxalif 
olmuşam. Mən deyirəm ki, işi tamamlayın, ondan 
sonra vursanız, eybi yoxdur. Siz işləyirsiniz, bu, çox 
1
Prezident və Dövlət Şurasının üzvləri ilə görüşdə çıxışından, 2001. 
2
Şimali Xorasan vilayətinin vəzifəli şəxsləri ilə görüşdə çıxışından, 
2012. 


61 
yaxşıdır, amma bununla belə, çox da reklamla 
məşğul olmayın.
1
13. İşdә uğursuzluğu axtarıb tapmaq 
Təsəvvür edin ki, bir internet saytı yaratdınız, 
amma müraciət edən yoxdur, yaxud azdır. Tez 
qayıdıb baxın ki, səbəbi nədir? Uğursuzluğunuzun 
səbəbini axtarıb tapın; eynilə müharibədə olduğu 
kimi. Əgər hücum etsək və uğur qazanmasaq, 
qayıdırıq, araşdırıb səbəbini tapırıq. O səbəbləri 
aradan 
qaldırmaq imkanlarımızı da nəzərə 
almalıyıq.
2

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin