TəŞKİlat və TƏŞKİlatçiliq


) T əşkilatçılıqla görülən işin



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə3/60
tarix01.06.2022
ölçüsü0,97 Mb.
#116498
1   2   3   4   5   6   7   8   9   ...   60
Təşkilat

2) T
əşkilatçılıqla görülən işin 
faydaları 
Öhd
əçi
1
 düşüncə sahiblərini və sənət 
adamlarını bir yerə toplayın 
Öhdəçi düşüncə sahiblərini və sənət adamlarını 
bir yerə toplamaq, təsbeh dənələri kimi bir yerə 
yığmaq ən böyük ilahi nemətlərdən biridir.
2
Təşkilat 
şəklində görülən işin xüsusiyyəti belədir ki, fərd 
özünü kollektivdə əridir, yox edir. Özünü bu növ 
əritmək eynilə düzgün şəkildə yenidən tapmaq 
deməkdir. Belə olduqda insandan heç nə əskilmir, 
üstəlik, daha da təkmilləşir. Mən içinə bir qənd 
atılmış bir stəkan suyu misal çəkirəm. O qənd 
konkret bir şeydir, bəlli miqdarda şirinliyi var, suya 
atanda isə bütün zərrəcikləri həll olur, yoxa çıxır. 
Qənd iynə ucu qədər də azalmır, sadəcə, bəzi 
əlamətlərini itirir. Təşkilat da belə bir şeydir; fərd 
cəmdə əriyir. 
Əsl təşkilat belə olur. Əslində, bu, asan işdir, 
insan belə bir varlıqdır. Amma Rza xanın və 
Məhəmmədrzanın əlliillik repressiya dövrü, hətta bu 
1
Allah, din, xalq, vətən qarşısında üzərinə düşən öhdəlikləri yerinə 
yetirməyə çalışan məsuliyyətli və mömin insanlar nəzərdə tutulur. 
(red.) 
2
Qələm birliyinin üzvləri ilə görüşdə çıxışından, 2003. 


1
2016. 
10 
dövrün hamısında yaşamasaq da, öz mədəni təsirini 
bizə irs buraxıb. Biz son 50, daha doğrusu, 2500 il 
ərzində İranda uzunmüddətli totalitar rejimin təsiri 
nəticəsində bir növ fərdiliyə məhkum olmuşuq. 
Şərqlilər ümumiyyətlə, fərdiyyətçidirlər. Şərqin 
tarixi, incəsənəti, musiqisi, idmanı qədimdən 
fərdiyyətçidir. Kollektiv musiqi o tərəfdən gəlib, 
buranın deyil. Kollektiv idman o tərəfindir. Bizdə 
idman 
güləşdir, ancaq orda, misal 
üçün, 
voleyboldur, futboldur. Qədim incəsənət növləri, 
kollektiv ifa olunan orkestr və xor nəğmələri Şərqdə 
yoxdur; olsa da, çox azdır. Hər halda, şərqlilərin 
tarixində bir növ fərdiyyətçilik var. İslam bunun 
əksini tapşırıb. İslamda hər şey cəm halındadır, 
hətta ibadət də. Bildiyiniz kimi, ibadət insanın ən 
şəxsi işidir. İnsanın Allahla əlaqəsinin adi dünyəvi 
işlərlə, əməkdaşlıqla heç bir əlaqəsi yoxdur, Allahla 
insan arasında olan mənəvi əlaqədir. Əlbəttə, dua və 
zikr kimi ibadətləri deyirik, ibadətin ümumi 
mənasını nəzərdə tutmuruq; yəni camaatın adətən, 
zehnində olan adi ibadət. Bu, insanla Allah arasında 
olan əlaqədir. İslam bu ibadətin də kollektiv şəkildə 
icra edilməsini istəyir. Camaat namazı, həcc və sair 
- hamısı qrup şəklindədir. Hər halda, biz İslamın bu 
ictimailik ruhundan uzaq qalmışıq.
1


1
2016. 
11 
Vahid bir təşkilatın ilkin mənası budur ki, 
insanlar birləşərək əməkdaşlıqla, yardımlaşma ilə, 
bir yerdə addım atmaqla vahid bir istiqamətə doğru 
gedirlər, vahid bir şeyə nail olmaq istəyirlər. 
Deməli, təşkilat əxlaqı İslam əxlaqıdır. Təşkilat 
əxlaqı, nizam-intizamlı İslam əxlaqı deməkdir
başqa sözlə desək, iki qardaşın, iki həmfikirin bir- 
biri ilə qarşılıqlı əməkdaşlığıdır.
1

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin