17
Əkinçilik, heyvandarlıq və bu kimi sahələrdə cihad
ruhu və mədəniyyəti inqilabın
əvvəlindən ortaya
çıxdı. Bəzi fikir sahibləri dünyada baş verən
inqilablar haqqında deyirlər ki,
inqilablar qələbə
çalandan sonra aktivliyini, hərəkət və inkişafını
əldən verir, ətalət və durğunluq dövrünə keçir. Bəzi
inqilablar belə ola bilər, mövzumuz onlar deyil.
Amma bizim inqilabımız
bütün bu fərziyyələri
ümumi qayda halından çıxardı
və onların
yanlışlığını sübut etdi. Çünki inqilabımızın özü
sürətli cihad hərəkəti və aktivliyi olan bəzi qurumlar
yaratdı... Bu ümumi fəallıq, qayğıkeşlik, xidmət
həvəsi, kütləvi yardımlaşmalar qəlbində cihad
bulağı qaynayan bir millətə məxsusdur.
Müqəddəs
müdafiə illərində yaranan Bəsic ruhiyyəsi,
Quruculuq
cihadı
təşkilatının
səngərsiz
səngərçilərinin ruhiyyəsi budur. Onlar şəhadət qüslü
alır və torpaq istehkamı qurmaq üçün buldozerlərin
sükanı arxasında otururdular. Biz bu ruhiyyəni
qorumalıyıq. Bu ruhiyyənin elmi
və təşkilati işlərlə
heç bir ziddiyyəti yoxdur. Hətta deyərdim ki, elmi
işləri eyni ruhiyyə ilə daha yaxşı görmək olar.
1
Qurumlardan biri Quruculuq cihadı idi, biri
Sepah, digəri Bəsic (xalq könüllüləri) idi. Təşkilat
nizam-intizamının
mövcudluğuna
baxmayaraq,
bunlar quru idari və durğun hala düşmədilər. Bu
1
Əkinçilərlə görüşdə çıxışından, 2004.
18
zaman hərəkət, inkişaf və sıçrayış möhtəşəm oldu.
Biz bunun təsirlərini gördük. Səkkizillik müdafiə
dövründə xalqın könüllülüyünü və fəallığını
gördünüz; iş, quruculuq və inkişaf sahəsində də
cihad ruhiyyəsini gördünüz.
1
Dostları ilə paylaş: