19
yaşlı bir cavanın özünə inamı və güvəni vardı. Bir
diviziyanı iyirmi beş yaşlı bir cavana tapşırırdılar, o
da düzüb-qurur, hazırlaşır, hərəkət edir, işə başlayır
və böyük işlər görürdü.
Bu gün də bu özünəinam
var. Ali təhsil ocaqlarımız elmi işlər görür,
cavanlarımız elmi üstünlüklərə nail olurlar, müxtəlif
sahələrdə elmi inkişaflarımız dünyanı narahat edir.
Bu, inqilabın bəhrəsidir. İstəmirlər ki, İran xalqı
elmi baxımdan inkişaf etsin. Bunu açıq deyirlər.
Əgər bir ölkənin elmi və iqtisadi inkişafı olmasa,
güclülər həmişə onu əzərlər. İşğal altında olan
Yaponiya özünü ələ almağı bacardı və elmi
baxımdan inkişaf etdi. Qərblilər Şərqə və avropalı
irqlərdən
olmayanlara əsla diqqət
ayırmaq
istəmirlər, lakin elmi inkişaflarına görə onu ciddi
qəbul etməyə məcburdurlar. ABŞ-ın bəzi siyasi,
yaxud siyasi-elmi mərkəzlərində
deyirlər ki, biz bir
İslam Yaponiyasının yaranmasını istəmirik. İslam
Yaponiyası – yəni siz! Deyirlər ki, İran xalqının
elmi inkişafına mane olmalıyıq! Bunlar İran
xalqının hərəkətini, bu özünəinamı görürlər. Bu da
inqilabın və İslam Respublikasının nəticəsidir.
1
Bu gün dünyada nadir
elmlərdən hesab olunan
atom sahəsində, kök hüceyrələrdə və digər bir çox
elmi sahələrdə irəliləyişlərimizi müşahidə edirsiniz,
düşmənlərimiz də bunu etiraf etməyə məcbur
1
Tehranda cümə namazı xütbəsindən, 2004.
20
olublar.
Bu onu göstərir ki, özünəinam olan
mühitdə, millət öz gücünə inananda, azad şəkildə və
yad qüvvələrin diktəsi olmadan çalışanda bütün
zirvələri fəth etməyə qadirdir.
1
Dostları ilə paylaş: