TəŞKİlat və TƏŞKİlatçiliq


İnqilab ruhunu təşkilatda qoruyun



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə8/60
tarix01.06.2022
ölçüsü0,97 Mb.
#116498
1   ...   4   5   6   7   8   9   10   11   ...   60
Təşkilat

İnqilab ruhunu təşkilatda qoruyun 
Hansı təşkilat özündə inqilab ruhunu qorumağı 
və inqilabi dəyərləri iliyinə işlətməyi bacarsa, öz 
vəzifələrinin və böyük işlərin öhdəsindən gəlməyə 
qadir olar. Bizim gənclərimiz, xüsusilə də tələbələr 
düşmənlə mübarizəyə və onun hücumları önündə 
duruş 
gətirməyə 
həvəsləndirmək 
vəzifəsini 
çiyinlərində daşıyırlar. Ali məktəblərin İslam 
təşkilatları özlərini bu qaynar mübarizənin ön 
sıralarında görməlidirlər. 
Əzizlər! İnqilab və İslam dəyərlərini zəiflətməklə 
düşmən cəbhəsinə yardım etməyin! Bu cür 
məsuliyyətsiz 
və 
imansız 
şəxslərin 
sizin 
təşkilatlarınızda, yəni ön sıralarda özlərinə yer 
açmalarına imkan verməyin. Bu ölkənin başucalığı 
və inkişafı yolunun nişanları olan İslam şüarlarını 
uca tutun və bütün vücudunuzla müdafiə edin. Dost 
libasına bürünən, özünü dost kimi təqdim edən 
yadların səhlənkarlığına göz yummayın.
2
1
Orta məktəb şagirdlərinin İslam Birlikləri İttifaqının üzvləri ilə 
görüşdə çıxışından, 2005. 
2
Ali Məktəblərin İslam Birlikləri rəhbərlərinin toplantısına 
müraciətindən, 1998. 


21 
İnqilabdan qaynaqlanan Quruculuq cihadı kimi 
qurumlar hansı xüsusiyyətə malikdir? Necə olur ki, 
bu təşkilatın daxilində islami dəyərlər qorunur, eyni 
zamanda çoxlu böyük xidmətlər həyata keçirilir, 
digər oxşar qurumlardan daha öndə olur?
1
M
əqsədi müəyyənləşdirin və kitab yazın 
Bir təşkilat yaransa, amma bəlli məqsədi olmasa, 
yaxud məqsədi olsa, amma o məqsədə doğru 
hərəkətdə proqramı olmasa və işsiz qalsa, öz-özünə 
dağılar. Dağılmasa da, cansız bir şəkildə qalar. 
İctimai qurumların xüsusiyyəti belədir. Məqsədi 
dəqiq bəlli edin, nə iş görmək istədiyinizi 
aydınlaşdırın. 
Məqsədi 
İmam 
Xomeyninin 
tövsiyələrindən götürün. İmam tövsiyələrində 
xüsusi təklif və proqram irəli sürmür, amma onlar 
əvvəldən 
axıra 
kimi 
istiqamətləndirmədən, 
yolgöstərən tablolardan ibarətdir və insanı yönəldir. 
Məqsədi bu səmərəli tövsiyələrdən götürülməli və 
təbəqələrə bölünməlidir.
2
Biz bu məqsədləri müəyyən edək və yazaq. Sonra 
var gücümüzlə, elmi işlərlə və kitab yazmaqla 
özümüzü sözün əsl mənasında o məqsədlərə 
yaxınlaşdıraq. Fərz edin, müəyyən hadisələr baş 
verdi və gələn beş il ərzində bu konfrans bitdi. 
1
Quruculuq Cihadı Təşkilatının rəhbərləri ilə görüşdə çıxışından, 
1998. 
2
Qum Elm Hövzəsinin tələbələri ilə görüşdə çıxışından, 1989. 


ilə görüşdə çıxışından, 1990. 
22 
Mümkündür. Deyək ki, növbəti beş ildə dövlət 
qərara gəldi ki, daha bu konfrans keçirilməsin. Bəzi 
təşkilatlar var ki, çıraqları sönən kimi bütünlüklə 
sönürlər. Bu cür olmayın. İş qurtarandan sonra, 
məsələn, beş ildən sonra bu dükanın qapısını 
bağlamaq istəsək, çoxlu məhsul, elmi işlər, elmi 
inkişaflar və qiymətli əsərlər təqdim edə bilək. 
Ayaq qoyduğumuz yerlər məlum olmalıdır. Kitab 
yazmalı olsaq, həyatın və dünyanın reallıqlarında 
təsir buraxa bilək... Belə olsa, faydalı olacaq.
1

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin