3
Giriş
İnsan elə varlıqdır ki,
bütün maddi-mənəvi
ehtiyaclarını təkbaşına ödəmək iqtidarında deyil və
ictimai yaşayış tərzini seçmək məcburiyyətindədir.
İnsan özünü toplumun bir hissəsi hesab etdikdə
onun fərdləri ilə əməkdaşlıq edib maddi və mənəvi
nemətlərdən yararlanır. Çünki Allahın
qüdrət əli
ilahi cəbhədə eyni yolu seçən fərdlərdən ibarət
toplumladır.
Lazımi işlərin idarəsi üçün təşkilat yaratmaq və
fərdləri təşkilatlandırmaq zəruridir. Təəssüflər olsun
ki, biz hələ də bu işin metodlarına yaxşı
yiyələnməmişik. Əgər bu işdə uğur qazanmaq və
səmərələrindən
bəhrələnmək istəyiriksə, əvvəlcə
təşkilat işinin zəruriliyini başa düşməli, sonra bunun
şərtləri çərçivəsində hərəkət etməliyik.
Bizi
təşkilatlanmadan uzaq salan mənfi
cəhətlərimizdən biri təkbaşına işə meyilliliyimiz və
kollektiv iş bacarığımızın zəifliyidir.
Səmərəli təşkilatın yaradılması
üçün bəzi
meyarlara diqqət yetirmək lazımdır. Fədakarlıq
ruhiyyəsinə malik olmaq, güclü proqram hazırlamaq
və kadr potensialına diqqət yetirmək səmərəli
təşkilatın vacib şərtləridir. Belə bir qurumda hər
fərd öz vəzifəsini yerinə yetirməkdən əlavə, çox
ciddi şəkildə və ixlasla təşkiatın güclənməsi üçün də
əlindən gələni əsirgəməməlidir. Burada təşkilatı
4
idarə edən şəxs özünəməxsus rol ifa etməlidir. O, öz
mənəviyyatını və idarəçilik bacarığını
inkişaf
etdirməkdən əlavə, təşkilat üzvlərinə də xüsusi
diqqət ayırmalı və təşkilatın inkişafını təmin
etməlidir.
İslam İnqilabının Böyük Rəhbəri
həzrət
Ayətullah Xamenei inqilabdan əvvəl inqilabçı və
mübariz qüvvələri təşkilatlandırmaqda aktiv olmuş,
inqilabın qələbəsindən
sonra da bu yönümdə
üzərinə ağır məsuliyyətlər götürmüşdür. O, İnqilab
Şurasının üzvü, müqəddəs müdafiə illərində könüllü
xalq
qüvvələrinin təşkilatçısı, İslami
Şura
Məclisinin üzvü, Mədəni İnqilab Ali Şurasının
rəhbəri, prezident, bir çox ictimai və dövlət
qurumlarının rəhbəri, İslam təşkilatlarının, müxtəlif
inqilabçı idarə və orqanların
nəzarətçisi kimi
vəzifələri ilə təşkilatçılıq baxımından çox böyük
təcrübə xəzinəsinə çevrilmişdir. Bu sahədə ona
müraciət etmək İslamın təşkilata və təşkilatçılıq
işinə baxışını anlamaq üçün uğurlu yollardan
biridir.
Qarşınızdakı kitab
Böyük Rəhbərin təşkilat və
təşkilatçılıq haqda fikirlərinin toplusudur. Kitab
səkkiz fəsildən ibarətdir. Birinci fəsildə təşkilat
yaratmağın və kollektiv işlərin zəruriliyindən
danışılır. İkinci fəsildə həzrət Ayətullah Xameneinin
baxışında təşkilat işinin faydalarından söz açılır.
Üçüncü
fəsildə
uğurlu
inqilabçı
təşkilatın
göstəriciləri və ona lazım olan şəraitlər açıqlanır.
Dördüncü fəsildə
5
təşkilat işlərinə zərbə vuran amillərdən söz gedir.
Beşinci fəsildə təşkilatda rəhbərin əhəmiyyəti, onun
özü, təşkilatı, təşkilatın üzvləri və xalq qarşısında
vəzifələri haqqında danışılır. Altıncı fəsildə təşkilat
üzvlərinin vəzifələri sadalanır.
Yeddinci fəsildə
uğurlu təşkilata nümunələr göstərilir, onların
uğuruna səbəb olan amillər açıqlanır. Sonuncu
fəsildə İslam İnqilabının Böyük Rəhbəri “mədəni-
ideoloji cəbhə” anlayışına aydınlıq gətirir, belə bir
cəbhənin təşkil olunmasının zərurətini vurğulayır.
Ümid
edirik ki, bu dəyərli mənbəyə müraciət
etmək İslam qurumlarını daha da inkişaf etdirəcək,
inşallah.