TəŞKİlat və TƏŞKİlatçiliq


T əşkilata təzə ruh verin



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə10/60
tarix01.06.2022
ölçüsü0,97 Mb.
#116498
1   ...   6   7   8   9   10   11   12   13   ...   60
Təşkilat

T
əşkilata təzə ruh verin 
Başladığınız ilk iş təşkilatı möhkəm qoruyub 
saxlamaqdan ibarət olmalıdır. Təşkilatın dirəklərini 
laxlamadan qorumalısınız. Bundan ötrü ona daim 
təzə nəfəs və qan verməlisiniz. Çünki bağlı təşkilata 
təzə nəfəs, qan və açıq hava verilməsə, bir 
müddətdən sonra təbii olaraq zəifləyər və köhnələr. 
Siz təşkilata təzə qan köçürün. Əlbəttə, qan təmiz 
olsun, hepatitə, yaxud QİÇS-ə yoluxmuş qandan 
istifadə eməyin! Sizin süzgəciniz olsun. Yadınızda 
qalsın ki, hepatitə və ya QİÇS-ə yoluxmuş qan da 
var. O qan da təqdim olunur, bəzən sevinc də 
yarada bilir, amma insanı uzunmüddətli həlakedici 
və əlacsız xəstəliklərə də düçar edir. İkinci işiniz, 
yəni təzə və təmiz qan köçürmək üçün bəzi şəxsləri 
inkişaf etdirməyiniz lazımdır. Bu zaman üçüncü iş 
qarşıya çıxır və o, parlaq istedadları axtarmaqdan, 
düzgün və ədalətli seçimdən, onları təşkilata 
gətirməkdən ibarətdir. Bunda heç bir şübhəyə yol 
verməyin. 
1
Buşehr vilayətinin dövlət məmurları ilə görüşdə çıxışından, 1992. 


26 
İndi bütün ölkədə gözəl bir iş başlayıb. 
Məktəblilərin kiçik dərnəklərindən tutmuş tələbə 
birliklərinə və digər cəmiyyətlərə kimi minlərlə 
mərkəz yaranıb. Tehranda və başqa şəhərlərdə 
bunların sayı çoxdur. Bunların hamısı boyunlarında 
mübarizə vəzifəsini hiss edirlər. Bir neçə il öncə 
qaldırdığımız və bəzilərinin topa tutduğu mədəni- 
ideoloji ekspansiya məsələsini, xoşbəxtlikdən, qəbul 
etdilər və qaldırdılar. İndi tanınmayan və hesaba 
gəlməyən kiçik təşkilatlarda da vahid bir məqsəd 
var və o, mədəni-ideoloji hücuma qarşı mübarizə 
aparmaqdır. Uşaqlardan soruşursan ki, nə etmək 
istəyirsiniz? Bu kitabı, pyesi, kitabçanı, broşürü, 
şeiri nə üçün yazmısınız? Bu qurumu nə üçün 
yaratmısınız? Deyirlər ki, mədəni-ideoloji hücuma 
qarşı mübarizə aparmaq istəyirik. Bu, çox səmərəli 
işdir, bunu kiçik hesab etməyin. Siz onların içindən 
almaz və qızıl mədənlərini kəşf edəcəksiniz. 
“İnsanlar qızıl və gümüş mədənləri kimidir”. Gedin, 
onları tapın, seçin, təşkilatlandırın. Əlbəttə, 
təşkilatınızı müxtəlif şöbələrə ayıra, sonra onları 
rahat, qorxusuz şəkildə oraya daxil edə bilərsiniz. 
Yəni əvvəlcə bir qədər gizli karantində saxlaya, 
sonra əsl təşkilata buraxın. Bu işləri görmək 
lazımdır.
1
1
Qələm birliyinin üzvləri ilə görüşdə çıxışından, 2003. 


27 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin