TəŞKİlat və TƏŞKİlatçiliq


Tәşkilata davamlı nәzarәt, onu islah vә



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə20/60
tarix01.06.2022
ölçüsü0,97 Mb.
#116498
1   ...   16   17   18   19   20   21   22   23   ...   60
Təşkilat

7. Tәşkilata davamlı nәzarәt, onu islah vә 
inkişafa doğru aparmaq 
Təşkilatın həyatı yuxarıdan diqqətə bağlıdır. Yəni 
bir nəfər həmişə təşkilata nəzarət etməlidir. Bu 
nəzarət çıraq kimidir; bir yerə tutanda oranı 
işıqlandırar, döndərən kimi işıq da yox olar. 
Yuxarıda duran şəxsin nəzarəti qurumun 
yaşamasına səbəb olur. Burada dediyim “nəzarət”, 
zahiri nəzarət deyil. Məqsəd yuxarıda dayanıb 
nəzarət edən şəxsin kömək etməsidir.
2
Uzun illər ərzində qazandığım təcrübəyə əsasən, 
bu nəticəyə gəlmişəm ki, bir müdir öz mühitini 
sağlam saxlamaq istəyirsə, işə təsiri olan ən aşağı 
vəzifələrə qədər hamıya nəzarət etməlidir. 
Düşünmək olmaz ki, yaxşı bir nazir təyin etmişik, 
daha hər şey düzələcək. Yox! O nazir də yaxşı 
müavinlər, yaxşı müdirlər, müxtəlif idarələrə yaxşı 
rəhbərlər təyin etməlidir. Əlbəttə, iş nə qədər çətin 
olsa, meyarlar da bir o qədər ağırlaşır. Yüksək 
vəzifəli məmurlardan gözləntimiz daha böyükdür. 
1
Haşimi Rəfsəncaninin ikinci dəfə prezident seçilməsi münasibətilə 
çıxışından, 1993. 
2
Mədəniyyət və incəsənət xadimləri ilə görüşdə çıxışından, 1994. 


48 
Lakin əmanətdarlıq, işini bilməsi, sevməsi, təqva və 
mənəvi paklıq bütün məmurlara lazımdır.
1
Bir zamanlar kimsə yanlış iş görənə etiraz edəndə 
hökumət etirazçının başından vururdu. Biz 
görürdük; günahkarlar həvəsləndirilir, buna etiraz 
edənlər isə vurulurdular. Bu gün əksinədir. Demirik 
ki, bu gün cəmiyyətdə günah yoxdur. Var. 
Əmirəlmömininin (ə) hakimiyyəti dövründə də 
cəmiyyətdə günah vardı. Amma mühüm olan budur 
ki, dövlət, cəmiyyətə hakim qurumlar, ölkəni idarə 
edənlər 
islaha 
meylli, 
günah 
və 
fəsada 
müxalifdirlər.
2

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin