10. Prioritetlәri tәyin etmәk
Önəmli işlərinizi müəyyənləşdirin. Bunun mənası
o deyil ki, önəmli olmayan işlərlə məşğul olmayın.
Xeyr! Siz iqtisadi, mədəni və ya digər sahələrdə
prioritetləri təyin edin, bu və digər məsələlər
1
Universitet müəllimləri ilə görüşdə çıxışından, 2009.
2
“Xatəmul-əvsiya“ Mədəniyyət Mərkəzinin məsul şəxsləri ilə görüşdə
çıxışından, 2013.
58
arasında seçim məcburiyyətində qalsanız, onları önə
keçirin.
1
İndi kitabçada və yazılarda gördük ki, fəaliyyət
dairəniz olaraq, ölkənin daxilini, regionu, İslam
dünyasını və bütün dünyanı seçmisiniz. Bunun eybi
yoxdur, ancaq ölkənin daxili daha önəmlidir. Əgər
biz təhlükəyə məruz qalsaq, ən mühüm zərbə
ölkənin daxilindən olacaq. İslam Respublikasına
zərbə vuracaq amil düşüncə, şüur və istək
dəyişikliyidir. Əgər hansısa Avropa, yaxud Afrika
ölkəsində ictimai rəy bizi tanımasa, yaxud başa
düşməsə və haqqımızda yanlış mühakimə yürütsə,
düzdür, bunun da zərəri var, amma daxildən məruz
qalacağımız zərbə həddində deyil. Öz adamlarınız
sizi, fikrinizi, yolunuzu, inqilabi məqsədinizi
tanımasa, çox ziyanlı olar. Deməli, ilk növbədə
ölkənin daxilidir.
2
Parlamentin işində mühüm məsələlərdən biri
budur ki, siz Cavabdehlik ilində işə başlayırsınız.
Bu baxımdan, iki mövqeyə sahibsiniz: həm cavab
verməli, həm də cavab istəməlisiniz. Hökumətin
xalq qarşısında cavab verməsi yaxşıdır və mən də
adətən, hökumətdəki qardaşlara bunu tövsiyə
edirəm. Amma qanuni yolu budur ki, icraçı orqan
1
Prezident və Dövlət Şurasının üzvləri heyəti ilə görüşdə çıxışından,
2006.
2
“Atlas” xəbər agentliyinin əməkdaşları ilə görüşdə çıxışından, 2013.
59
parlamentə cavab versin. Siz cavab istəməli və öz
işiniz haqda da cavab verməlisiniz.
Prioritetlərinizi müəyyən edin. Siz hansı
bölgədən seçilmisiniz, şüarlar vermisiniz, çıxışlar
etmisiniz, vədlər vermisiniz - bunları bir yerə
toplayın. Baxın, görün hansılar daha önəmlidir. Bu
önəmli məsələlərin hansıları hökumətin təqdim
etdiyi
layihələrdə
araşdırılmalıdır,
hansıları
parlamentin öz planları əsasında təmin olunmalıdır,
hansıları üçün dövlət idarələrindən cavab və izah
alınmalıdır. Bunları aydınlaşdırın, əhəmiyyətinə,
hətta zamanına görə ayırın, sonra xalqa hesabat
verin. Deyin ki, bu qanunu qəbul etmək istəyirdik,
bu problemi həll etmək istəyirdik, bunun zamanı altı
ay idi, altı ayın axırında buraya çatdıq. Cənab
Həddad Adil deyir ki, gələn il yaxşı bir iş hesabatı
vermək istəyirik. Bundan ötrü prioritetlərinizi,
proqramınızı, vaxtınızı tənzim və təyin edin. Bütün
işləri bir gecəyə, bir yerdə görmək olmaz.
Prioritetlər var. Bunları tapmaq və məşğul olmaq
mühümdür. Bu baxımdan, siz həm xalqa cavab
verin, həm də nəzarətinizdə olan orqanlardan cavab
istəyin.
1
1
İslami Şura Məclisinin üzvləri ilə görüşdə çıxışından, 2004.
|