TəŞKİlat və TƏŞKİlatçiliq


Təşkilat müdirinin özünə münasibətdə



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə38/60
tarix01.06.2022
ölçüsü0,97 Mb.
#116498
1   ...   34   35   36   37   38   39   40   41   ...   60
Təşkilat

Təşkilat müdirinin özünə münasibətdə 
vəzifələri 
1. 
Kifayәt 
qәdәr 
lәyaqәtli 
olduqda 
mәsuliyyәti qәbul etmәk 
İş və fəaliyyətə hazır olmalısınız. Tənbəllik, 
halsızlıq, səhlənkarlıq, işi öz axarına, qəza-qədərə 
tapşırmaq bir müdiri rəhbərlik səlahiyyətindən sala 
bilən ilk amillərdir. İşə ciddi yanaşmaq, öhdəsinə 
götürdüyü işə və qəbul etdiyi vəzifəyə münasibətdə 
məsuliyyət hiss etmək çox önəmlidir. Odur ki, bir 
nəfər doğrudan da hər hansısa bir idarədə işləmək 
üçün lazım olan kriterilərin onda olmadığını hiss 
etsə, o işi qəbul etməsi qanuna görə doğru deyil. 
Çünki bir məsuliyyəti qəbul etmək o işi yerinə 
yetirəcəyinə söz vermək deməkdir. Bu isə kifayət 
qədər bacarıq və ləyaqət olmadan mümkün deyil. 
2. Psixi, mәnәvi vә fiziki hazırlıq 
Əziz qardaşlar və əziz bacılar! Yükünüz ağır və 
işiniz çətindir. Əgər yaxşı işləsəniz, savabınız ikiqat 
olacaq. Amma, Allah etməmiş, pis işləsəniz, 
cəzanız da ikiqat olacaq. Bu yolu salamat başa 
vurmaq üçün özünüzü Allaha bağlamalısınız. Hər 
gün Quran oxumağı unutmayın. Hər gün mütləq 
bacardığınız qədər Quran oxuyun. Quranın 
tərcüməsini başa düşənlər təfəkkürlə tərcüməyə 
diqqət 
etsinlər, 
Quranın 
tərcüməsini 
başa 
düşməyənlər isə yaxşı tərcümə olunmuş bir Quran 
götürsünlər. Allaha həmd olsun ki, (yaxşı 


83 
tərcümələr) çoxdur. Əllərinin altına qoysunlar və 
onun tərcüməsinə baxsınlar. On dəqiqənizdən keçib, 
bir və ya iki səhifə oxuya bilərsiniz. Amma hər gün 
oxuyun. Bunu özünüz üçün bir qəti qanun olaraq 
qəbul edin. Nişanlayın və sabah ardını oxuyun. 
Namaza, namazda diqqətli olmağa, namazın 
zikrlərinə, müstəhəb namazlara bacardığınız qədər 
əhəmiyyət verin. Allah-Taala Öz Peyğəmbərinə (s) 
"
ﻢﻗ
ا
ﻞﯿﻠﻟ
ا

ﻼﯿﻠﻗ
*
ﮫﻔﺼﻧ
وأ
ا
ﺺﻘﻧ
ﮫﻨﻣ
ﻼﯿﻠﻗ
*
وأ
دز
buyurur:
“Gecəni
ﮫﯿﻠﻋ
و
ر
ﻞﺗ
ا
ﺮﻘﻟ
ناء
ﻼﯿﺗﺮﺗ
*
إ
ﻲﻘﻠﻨﺳ ﺎﻧ
ﻚﯿﻠﻋ
ﻼﯿﻘﺛ ﻻﻮﻗ
"
– az bir hissəsi istisna olmaqla – qalxıb namaz qıl! 
(Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az; 
Və ya bir qədər ondan çox! Həm də aramla Quran 
oxu! Həqiqətən, Biz sənə ağır bir kəlam (Quran) 
vəhy edəcəyik.”
1
Bu, Peyğəmbərə (s) aiddir. Mənim və sizin 
özümüz haqqında belə danışmağımız üçün xeyli 
"
إ
ﺎﻧ
ﻲﻘﻠﻨﺳ
ﻚﯿﻠﻋ
ﻻﻮﻗ
ﻼﯿﻘﺛ
"
Niyə?
lazımdır.
cəsarət
“Həqiqətən, Biz sənə ağır bir kəlam (Quran) vəhy 
edəcəyik.” Çünki sənə ağır bir söz ötürmək 
istəyirik. Sənə böyük bir söz demək istəyirik. 
Odur ki, özünü hazırlamalısan. 
Əgər sizi dinləyənlərə təsir göstərmək 
istəyirsinizsə, onlarla əxlaqla rəftar etməlisiniz. 
Göstərməlisiniz ki, əxlaqınız dəyişmişdir. Biz 
sübut etməliyik ki, İslam canımıza hopmuş, 
1
“Müzzəmmil”, 2-5. 


84 
ruhumuzun dərinliklərinə nüfuz etmişdir. Yoxsa 
yalnız İslam adı ilə, İslamın zahiri ilə, İslam 
Respublikası adı ilə və bu növ iddialarla meydana 
atılsaq, bunu bizdən öncə başqaları da etmişdir və 
bizdən sonra da edəcəklər. Bunun çox da dəyəri 
yoxdur. Bəzən hətta zərərlidir.
1
Mən dəfələrlə demişəm ki, harada iş başına 
etiqadlı, mömin, səmimi müdirlər gəlmişlərsə, 
ağılla, düşüncə ilə, imanla, İslam Respubliaksına 
və 
xalqa 
bağlılıqla 
işə 
başlamışlar 
və 
müvəffəqiyyət qazanmışıq.
2
Allaha təvəkkül edin. Allahdan kömək istəyin. 
Mənəviyyatla və Allahla əlaqənizi gündən-günə 
möhkəmlədin. İşin çoxluğu sizi zikrdən, mənəvi 
işləri yerinə yetirməkdən və onlara diqqətdən 
yayındırmasın. Yəni təhlükələrdən biri budur ki, 
başımız işə qarışsın və könül bağlarından xəbərsiz 
olaq. Bizim sevinc, enerji, şövq, fəaliyyət və 
nailiyyətlərimizi təmin edən ilahi köməkdir. 
Sözün əsl mənasında Allahdan ilahi kömək 
istəməli və tələb etməliyik. Allahın sizə verdiyi bu 
məsuliyyət və bu xidmət nemətinə görə şükür 
etməlisiniz. Həm bu ilahi neməti, həm də onun 
1
Həcc komitəsinin sədri Höccətülislam Məhəmmədi Reyşəhri və 
komitənin əməkdaşları ilə görüşdə çıxışından, 1998. 
2
Xalqın müxtəlif təbəqələrinin nümayəndələrilə görüşdə çıxışından, 
2001. 


85 
artmasını və davamlı olmasını Uca Allahdan 
istəmək lazımdır.
1

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin