T
əşkilat tələbələri burulğandan qurtara
bil
ər
Tələbə qurumları tələbələrə kollektiv iş imkanı
yaradır. Mən kollektiv işlərə güvənir və müxtəlif
ictimai-siyasi bacarıqlara yiyələnmək üçün bunu
tələbələrə vacib bilirəm. Bildiyiniz kimi, tələbə
mühitində, elmi dairələrdə, ali məktəblərdə olan
əziz cavanlar, qardaş və bacılar müxtəlif məkirli
planların hədəfindədirlər. Ən azı, bizim ölkəmizdə
belədir. İmperialist qüvvələrin ölkəmizdə seçdiyi
hədəflərdən biri də tələbələrdir. Səbəbi də
məlumdur. Ölkəmizdə gənc çoxdur, tələbələrin faizi
çox yüksəkdir və tələbə həm elmi, həm də siyasi
baxımdan həlledici rola malikdir. Bu ölkəyə və
xalqa qarşı məkirli planlar hazırlayanlar tələbə
gənclər üzərində sərmayə qoymağa məcburdurlar;
cinsi məsələlərdən tutmuş siyasi hiylələrə, zahirdə
12
mənəvi görünən saxta irfan bazarlarına qədər.
Bunların müxtəlif növləri var. Təşkilatlar isə
tələbəni qorumaq vəzifəsini icra edə, müxtəlif
burulğan və bataqlıqlardan qurtara bilərlər. Təşkilat
və qurumların bir işi budur.
1
Başqalarının təcrübə və təfəkküründən
istifad
ə
Başqalarının təcrübə, elm və ixtisaslarından
istifadə olunmalıdır. Biz öyrənmək yolunu
üzümüzə bağlamırıq. Dünyanın şərq və qərbində -
hər yerdə elm və təcrübə var. Biz bu təcrübələri
öyrənmək üçün oralara gedərik. Bu, İslamın
tapşırığıdır, dinimizdə bununla bağlı heç bir
problem yoxdur. Ancaq yük sizin çiyninizə düşür.
Mən bunu demək istəyirəm.
2
Ruhanilər bir yerə toplaşmalı, həmfikir olmalı,
bir-birlərinin səhvlərini aradan qaldırmalı, işlərini
təkmilləşdirməlidirlər. Biz elə bir zümrəyik ki,
işlərimiz cəmiyyətlə bağlıdır. Bizim hamımız
kifayət qədər qabiliyyətli və potensiallı olmaya
bilərik, ancaq bir-birimizin təcrübə və fikirlərindən
1
Elm və Sənaye universitetinin müəllim və tələbələri ilə görüşdə
çıxışından, 2008.
2
Nazirlər, vəzifəli şəxslər, Quruculuq Cihadı Təşkilatının üzvləri,
şəhid ailələri, əşairlər, Gilan və Zəncan vilayətlərinin zəlzələdən zərər
çəkmiş əhalisi ilə görüşdə çıxışından, 1991.
13
istifadə edək. Bu, çox yaxşı işdir və ruhani
qurumlarında həyata keçməlidir.
1
1
Kermanın imam cüməsi, alim və ruhaniləri ilə görüşdə çıxışından,
1991.
|