125
Əzizlərim, sizin silahınız sədaqətli iman, möhkəm
məntiq və polad iradədir.
Belə təsəvvür
olunmamalıdır ki, Könüllülər təşkilatı (Bəsic) hərbi
təşkilatdır. İndiki dövrdə “Bəsic” təşkilatı “bəsic”
təfəkkürünün inkişafı və yayılması mərkəzi
olmalıdır. “Bəsic” təfəkkürü dərin imandan, ixlaslı
səydən, düşməni tanımaqda bəsirətdən, dost
müqabilində fədakarlıq və bağışlama ruhundan,
dözümlülükdən, şücaətli və yorulmaq bilməyən
müqavimətdən təşkil olunmuşdur. Məhz bu
əzəmətli həqiqətə görə dahi İmamımız “Bəsic”in
üzvü olmaqla fəxr edirdi.
Bu gün ali məktəblərin inqilabın
düz yolunu
qorumaq
üçün
tələbə
könüllülərinə
hər
zamankından daha çox ehtiyacı var. Tələbə
Könüllüləri taşkilatının da özünütərbiyəyə, ayıq-
sayıqlığa və müqavimətə hər zamankından daha çox
ehtiyacı var.
1
“Bəsic” iki müstəvidə fəaliyyət göstərən bir
təşkilatdır. Onlardan biri tələbə mühitinə və ali
məktəblərə, digəri isə Sepaha bağlıdır.
Deməli, siz bir baxımdan ali məktəbə, tələbə
mühitinə, dərsə, elmə,
tədqiqata, digər tərəfdən isə
Sepaha
bağlısınız.
Bu,
fərqləndirici
bir
xüsusiyyətdir. İndi siz bu iki xüsusiyyətlə Sepaha
aid olursunuz, yoxsa tələbə təşkilatına? Bu mühüm
1
Beşinci Tələbə Bəsici qurultayına müraciətindən, 1998.
126
sualdır. Cavab budur ki, yox, siz hərbiçi deyilsiniz.
Siz
tələbəsiniz
və
bir
tələbə
təşkilatına
mənsubsunuz. Amma elə bir tələbə təşkilatısınız ki,
müqavimət simvolu olan əmin bir dayağa
söykənirsiniz. Əlbəttə, bu söykənəcək onun
fəaliyyətini məhdudlaşdırmır, əl-ayağını bağlamır.
Onun elmi işini məhdudlaşdırmır. Onu bir hərbiçiyə
çevirmir. Amma ona cihad təcrübəsini ötürür. Bu
təcrübədən yaranan təşkilat intizamını verir. Bu,
tələbə təşkilatının xeyrinədir. Xeyrindən istifadə
edirsiniz, amma hərbiçi də olmursunuz.
Əlbəttə,
qeyd edim ki, hərbiçi olmaq heç də
mənfi hal deyil. Hərbiçi olmaq iftixardır. Amma siz
tələbə mühitində bu iftixara malik deyilsiniz. Sizin
başqa iftixarınız var. Bu iftixar hərbi mühitə
məxsusdur. Əlbəttə, ola bilər ki, bir tələbə fəal
bəsic, yaxud xüsusi bəsic kimi təlimlərdə də iştirak
etsin, digər işlər də yerinə yetirsin və bir hərbiçiyə
aid olan iftixara da nail olsun. Bunun eybi yoxdur.
Amma Tələbə Könüllüləri Hərəkatının əsasını hərbi
dəyərlər təşkil etmir. O, digər tələbə təşkilatlarının
xüsusiyyətlərinə malik olan bir tələbə təşkilatıdır.
Odur ki, mənim tövsiyəm budur.
Tələbə olaraq
qalın və Sepahla əlaqəli olmanızla fəxr edin.
Hərbiçi deyilsiniz, amma hərbiçi olmaq bir
iftixardır. Həm də elə bir hərbiçi ki, “Sepah”
təşkilatının üzvüdür. Əgər hansınızsa hərbçi olsa, bu
onun üçün bir iftixardır. Olmaq istəməyənə isə
məcburiyyət yoxdur. Bu təşkilatın digər
127
təşkilatlardan fərqi nədir? Çünki digər təşkilatların
arasında da mömin, inqilabçı və səmimi qurumlar
var. Bu təşkilatın
digərlərindən fərqi budur ki,
“Bəsic” fərd və ya təşkilat olaraq hər zaman və hər
şəkildə inqilabın ehtiyaclarını təmin etməyə
hazırdır. Bu, “Bəsic”in mənasıdır. Bu məqsədlə
qurulmuşdur və siz də onun üzvü olmusunuz. Əgər
bir nəfər başqa bir təşkilatdadırsa və sizdə olan
həmin hissləri yaşayırsa, o da bəsicidir, yalnız rəsmi
olaraq sizin təşkilatınızın üzvü deyil. Bir fabrikdə
də kimsə belə hiss yaşayırsa, bəsicidir. Ruhanilər
arasında, hövzə mühitində də kimsə belə bir hiss
yaşayırsa, bəsicidir.
Bazar mühitində, idarə
mühitində, kənd mühitində kim belə hiss yaşayırsa,
bəsicidir. Elə bir hiss ki, ona nə zaman, hansı
sahədə ehtiyac olarsa, orada hazır olsun.
1
1
Universitet bəsici təşkilatının üzvləri ilə görüşdə çıxışından, 2007.