129
artıq
yük kimi yox, əksinə təşkilatın tərkibində və
içində həlledici rola malik bir ünsür kimi yanaşırdı.
Öz yorğunluğunu unudurdu. Düşünürəm
ki,
mərhum Kazimi canını və sağlamlığını həmin işə
qurban verdi. Yəni bu qədər işin dalınca düşmək, bu
qədər çalışmaq və yorğunluq bilməmək. Buna görə
də “Royan” gözümdə çox böyük ehtirama malikdir,
əzizdir. Burada işləyən sizin kimi mömin kişi və
qadınlar mənim üçün əzizdir. İnanıram ki,
“Royan”ın iş görmək
və irəli getmək üçün çox
böyük imkanları var.
1
Cənab Doktor Qurani öz hesabatında kök
hüceyrələri sahəsində əldə etdikləri nailiyyətlər və
bu sahədəki inkişafdan məlumat verdi. İki il bundan
öncə burda bir seminar təşkil olunmuşdu. Dünya
alimləri buraya toplaşdılar. Onlar müsahibə zamanı
öz heyrət və təəccüblərini gizlətmədilər. Bunlar
doğrudan da iftixar olaraq gözümüzün önündə
olmalı hadisələrdəndir.
Bizim pak, mömin, bilikli,
bacarıqlı, doğrudan da inqilabçı müdir olan mərhum
doktor Kazimi Aştiyani kimi gənc şəxsiyyətlərimiz
var. İndi də ölkəmizdə belələri çoxdurlar və
müxtəlif sahələrdə işləyirlər. Yaxşı işlər də
görürlər.
2
1
Royan Tədqiqat Mərkəzində çıxışından, 2007.
2
Universitet müəllimləri və Elmi Şura üzvləri ilə görüşdə çıxışından,
2006.
130
Burada mənim belə dediyimi söylədilər: “Bu kök
hüceyrələri bir elmi hərəkat idi.” Doğrudan da,
belədir. Sizin araşdırdığınız
bu kök hüceyrələr
tədqiq üçün ucsuz-bucaqsız bir üfüqə malikdir. Nə
qədər tədqiq etsəniz, irəli getsəniz, önünüzdə başqa
bir qapı açılacaq. Görəcəksiniz ki, o mövzunu
tədqiq üçün seçə və yeni nailiyyətlərə imza ata
bilərsiniz. “Royan” da belədir. Sizin bu təşkilatınız
nə qədər işləsə,
irəli getsə də yenə inkişaf
qabiliyyətinə malikdir. Bu söz bu və ya digər
istənilən təşkilatda elmə inanan hər bir təhqiqatçı
üçün keçərlidir. Yəni onların istedadı tükənmir.
1
“Royan”da məharətli, bacarıqlı, alim və
təhqiqatçı qüvvələrin də tərbiyə olunmasını
yaxından izləyirəm.
2
1
Royan Tədqiqat Mərkəzində çıxışından, 2007.
2
Ölkə üzrə işquranlardan bir dəstə ilə görüşdə çıxışından, 2010.