İlahi yardıma güvənin
Cihad niyyətli idarəçiliyin mühüm amili özünə
güvənməkdən, öz gücünə inanmaqdan və ilahi
yardıma təvəkküldən ibarətdir...
Bütün işlərimizdə Allah-Taalaya təvəkkül edək
və Onun yardımına güvənək! Allahdan kömək
istəyəndə yollar üzünüzə açılar: “Kim Allahdan
qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta
edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim
Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər”.
2
Bu və digər ayələrdə söz gedən ruzi mənə və sizə
müxtəlif şəkillərdə çatır. Gah sizin zehninizə
qəfildən bir şey düşür, bir yol açılır. Bu, ilahi
ruzidir. Sıxıntılı anda qəlbinizdə böyük bir ümid
yaranır. Bu, sözügedən ilahi ruzidir.
3
Özünəinam elmdə, siyasətdə və ölkəni müdafiə
etməkdə əlimizi tutdu. Əgər səkkizillik müharibə
dövründə özünəinam olmasaydı, bu millətin
vəziyyəti çox pis olar və ölkə dağılardı. İyirmi beş
1
Əkinçilərlə görüşdə çıxışından, 2004.
2
“Talaq”, 2-3.
3
Məpna Sənaye Şirkətinin əməkdaşları ilə görüşdə çıxışından, 2014.
19
yaşlı bir cavanın özünə inamı və güvəni vardı. Bir
diviziyanı iyirmi beş yaşlı bir cavana tapşırırdılar, o
da düzüb-qurur, hazırlaşır, hərəkət edir, işə başlayır
və böyük işlər görürdü. Bu gün də bu özünəinam
var. Ali təhsil ocaqlarımız elmi işlər görür,
cavanlarımız elmi üstünlüklərə nail olurlar, müxtəlif
sahələrdə elmi inkişaflarımız dünyanı narahat edir.
Bu, inqilabın bəhrəsidir. İstəmirlər ki, İran xalqı
elmi baxımdan inkişaf etsin. Bunu açıq deyirlər.
Əgər bir ölkənin elmi və iqtisadi inkişafı olmasa,
güclülər həmişə onu əzərlər. İşğal altında olan
Yaponiya özünü ələ almağı bacardı və elmi
baxımdan inkişaf etdi. Qərblilər Şərqə və avropalı
irqlərdən olmayanlara əsla diqqət
ayırmaq
istəmirlər, lakin elmi inkişaflarına görə onu ciddi
qəbul etməyə məcburdurlar. ABŞ-ın bəzi siyasi,
yaxud siyasi-elmi mərkəzlərində deyirlər ki, biz bir
İslam Yaponiyasının yaranmasını istəmirik. İslam
Yaponiyası – yəni siz! Deyirlər ki, İran xalqının
elmi inkişafına mane olmalıyıq! Bunlar İran
xalqının hərəkətini, bu özünəinamı görürlər. Bu da
inqilabın və İslam Respublikasının nəticəsidir.
1
Bu gün dünyada nadir elmlərdən hesab olunan
atom sahəsində, kök hüceyrələrdə və digər bir çox
elmi sahələrdə irəliləyişlərimizi müşahidə edirsiniz,
düşmənlərimiz də bunu etiraf etməyə məcbur
1
Tehranda cümə namazı xütbəsindən, 2004.
20
olublar. Bu onu göstərir ki, özünəinam olan
mühitdə, millət öz gücünə inananda, azad şəkildə və
yad qüvvələrin diktəsi olmadan çalışanda bütün
zirvələri fəth etməyə qadirdir.
1
Dostları ilə paylaş: |