21. Aşağıdakı tərifi tamamlayın.
Tərif: x1, x2,…xn məchullarının mənfi olmayan, məhdudiyyət şərini ödyəyən və model məqsəd funksiyasına ən böyük və ya ən kiçik qiymət verən qiymətlərinə xətti optimallaşdırma modelinin …………………. deyilir.
A) Optimal həlli;
B) Həlli;
C) Dayaq həlli;
D) Lokal həlli;
E) Qlobal həlli.
22. Aşağıdakı tərifi tamamlayın.
Tərif: x1, x2,…,xn məchullarının mənfi olmayan, məhdudiyyət şərtlərini ödəyən ixtiyari qiymətlərinə xətti optimallaşdırma modelinin …………………. deyilir.
A) Optimal həlli;
B) Mümkün həlli;
C) Dayaq həlli;
D) Lokal həll;
E) Qlobal həlli.
23. «Xətti proqramlaşdırma əsas məsələsinin həlli yoxdur» dedikdə
nə başa düşülür:
A)Məsələnin məhdudiyyət şərtləri sistemi ziddiyyətlidir;
B) Məsələnin həll üsulu yoxdur;
C) Məsələnin qoşması mövcud deyil;
D) Məsələnin dayaq həlli var, optimal həlli isə yoxdur;
E) Məsələnin dəyişənlərinin sayı məhdudiyyət şərtlərinin sayından
çoxdur.
Dostları ilə paylaş: |