85. Aşağıdakı Təriflərdən hansı doğrudur?
A) Çoxluq üzərində götürülmüş ixtiyarı iki nöqtəni birləşdirən düz xətt parçası tamamilə həmin çoxluq üzərindədirsə, onda belə çoxluq qabarıq çoxluqdur
B) Çoxluq üzərində götürülmüş ixtiyari iki nöqtəni birləşdirən əyri xəttlər tamamilə həmin çoxluq üzərindədirsə,onda belə çoxluq qabarıq çoxluqdur
C) Çoxluq üzərində götürülmüş ixtiyarı iki nöqtəni birləşdirən düz xətt parçası tamamilə həmin çoxluq üzərindədirsə onda belə çoxluq qabarıq çoxluq deyildir
D) Çoxluq üzərində götürülmüş istənilən iki nöqtənin qabarıq xətti kombinasiyası tamamilə həmin çoxluğa daxil deyilsə, onda belə çoxluq qabarıq çoxluqdur
E) İki və daha artıq qabarıq çoxluğun kəsişməsi həmişə
qabarıq çoxluq verir
86. Xətti tənliklər sistemində asılı dəyişənlərdən birini sərbəst dəyişənlərin biri ilə əvəz etməyə xidmət edən Adi Jordan Əvəzetmələrinin bir addımı neçə mərhələdən ibarətdir?
A) beş
B) dört
C) iki
D) üç
E) bir
87. Xətti tənliklər sistemində asılı dəyişənlərdən birini sərbəst dəyişənlərin biri ilə əvəz etməyə xidmət edən Adi Jordan Əvəzetmələrinin bir addımı beş mərhələdən ibarətdir bu mərhələlər aşağıdakılardan hansılardır?
1) əsas element vahidlə əvəz edilir;
2) əsas sətirin qalan elementləri öz işarələrini dəyişir;
3) əsas sütunun qalan elementləri olduğu kimi qalır;
4)əsas sətirə və əsas sütuna daxil olmayan elementlərin yeni qiymətləri çarpaz vurma qaydası ilə tapılır, yəni: bij = aij . ars – ais . arj ( i ≠ r, j ≠ s ), burada ars -əsas elementdir.
5) yeni cədvəlin bütün elementləri əsas elementə bölünür.
6) sonra sətir və sütünun yeri dəyişir.
A) 1,2,3,4,5
B) hamısı
C) heç biri
D) 1,3,4,5,6
E) 1,2,3,4,6
Dostları ilə paylaş: |