9. İqtisadi-riyazi modellərin determinik və stoxastik modellərə ayrılışı
hansı təsnifat əlamətinə uyğun gəlir?
A) Qeyri-müəyyənlik faktorunun nəzərə alınmasına görə;
B) Riyazi apparatın xarakterinə görə;
C) Zaman faktorunu nəzərə almasına görə;
D) Obyektlərin aqreqasiyasına görə;
E) Ümumi məqsədli təyinatına görə.
10. Aşağıdakı modellərdən hansıları iqtisadi-riyazi modellərin konkret təyinatına görə təsnifat qrupuna aid edilə bilər:
Balans modelləri;
Optimallaşdırma modelləri;
İmitasiya modelləri;
Dinamik modellər;
A) 1,2 və 3;
B) 1 və 2;
C) 1 və 4;
D) 2,3 və 4;
E) 3 və 4.
11. Hansı təsnifat əlamətinə görə modellər makro, lokal və mikro modellərə ayrılır?
A) Ölçülərinə görə;
B) Zaman faktoruna görə;
C) Parametrlərin sayına görə;
D) Təyinatına görə;
E) Adekvatlıq dərəcəsinə görə.
12. Aşağıdakılardan hansıları iqtisadi-riyazi modellərin qurulması prinsipləri hesab edilə bilər:
A) Modelin öyrənilən sistemə kafi adekvatlığı və riyazi aparatın kifayət
qədər sadəliyi;
B) Parametrlərin sayının çox olması və xətti olması;
C) Parametrlərin sayının az olması və xətti olması;
D) Parametrlərin ekzogen xarakterdə olması və xətti olması;
E) Parametrlərin endogen xarakterdə olması və xətti olması.
Dostları ilə paylaş: |