283. Modelin optimallıq kriteriyası dedikdə:
A) Endogen parametrlərin riyazi ifadəsi başa düşülür;
B) Ekzogen parametrlərin riyazi ifadəsi başa düşülür;
C) Qarşıya qoyulmuş məqsədin riyazi ifadəsi başa düşülür;
D) Modelin həll alqoritminin riyazi ifadəsi başa düşülür;
E) Modelin qurulması mərhələlərinin riyazi ifadəsi başa düşülür.
284. Çoxkriteriyalı model nədir?
A) Müxtəlif məhdudiyyət şərtlərinə görə eyni bir məqsəd funksiyasının
ekstremumunun tapılması;
B) Eyni bir məhdudiyyət şərtlərinə görə müxtəlif məqsəd funksiyalarının
ekstremumlarının tapılması;
C) Müxtəlif modellərin eyni bir həll metodu üzrə həll olunması;
D) Eyni bir modelin müxtəlif metodlarla həll olunması;
E) Modelin məqsəd funksiyası ilə məhdudiyyət şərtlərinin eyni riyazi
xarakter daşımaması.
Dostları ilə paylaş: |