29.Xətti proqramlaşdırma məsələsinin qrafik üsulu ilə həllinə aid aşağıdakı mülahizələrdən hansının doğru olduğunu təyin edin:
A) Modelin həllər çoxluğunu qurmaq üçün düz xətlərin əmələ gətirdiyi çoxbucaqlını tapmaq lazımdır;
B) Modelin həllər çoxluğu ayrı-ayrı şərtlərin həllər oblastlarının kəsişməsindən alınır;
C) Modelin həllər çoxluğunu qurmaq üçün düz xətlərin əmələ gətirdiyi dördbucaqlını tapmaq lazımdır;
D) Modelin həllər çoxluğunu qurmaq üçün düz xətlərin əmələ gətirdiyi üçbucağı tapmaq lazımdır;
E) Modelin həllər çoxluğunu qurmaq üçün onun qoşmasını yazmaq lazımdır.
30.Xətti proqramlaşdırma məsələsinin qrafik üsulu ilə həllinə aid aşağıdakı mülahizələrdən doğru olanını seçin:
A) Modelin həllər çoxluğu həm məhdud, həm də qeyri-məhdud çoxluq ola bilər;
B) Modelin həllər çoxluğu həmişə qeyri-məhdud çoxluq olur;
C) Modelin həllər çoxluğu həmişə məhdud çoxluq olur;
D) Modelin həllər çoxluğu həm məhdud, həm də qeyri-məhdud çoxluq
ola bilər, lakin heç vaxt qabarıq olmur;
E) Modelin həllər çoxluğu həm məhdud, həm də qeyri-məhdud çoxluq
ola bilər, lakin həmişə qabarıq çoxluqdur.
31.Xətti proqramlaşdırma məsələsinin qrafik üsulu ilə həllinə aid aşağıdakı sualın doğru cavabını tapın.
- Əgər modelin həllər çoxbucaqlısı qeyri-məhdud oblastdırsa və Z=0 düz xətti daima bu oblastı kəsərək, heç bir nöqtədə ona dayaq olmursa, onda:
A)Məsələnin şərtləri ziddiyyətlidir və onun həlli yoxdur.
B) Modelin məqsəd funksiyası verilmiş oblastda yuxarıdan məhdud, aşağıdan isə qeyri-məhduddur;
C) Modelin məqsəd funksiyası verilmiş oblastda həm yuxarıdan, həm də aşağıdan qeyri-məhduddur;
D) Modelin məqsəd funksiyası verilmiş oblastda həm aşağıdan, həm də yuxarıdan məhduddur;
E) Modelin məqsəd funksiyası verilmiş oblastda aşağıdan məhdud, yuxarıdan isə qeyri-məhduddur;
Dostları ilə paylaş: |