Ümumi məlumat
|
Fənnin adı, kodu və kreditlərin sayı
|
HIST321, “Avropanın orta əsrlər tarixi (V-XVII əsrin ortaları)”, (3 kredit)
|
Departament
|
“Tarix və Arxeologiya” departamenti
|
Proqram (bakalavr, magistr)
|
Bakalavr
|
Tədris semestri
|
Payız 2013
|
Fənni tədris edən müəllim (lər)
|
Yeganə Gözəlova (PhD)
|
E-mail:
|
ygezalova@gmail.com
|
Telefon:
|
(012) 421-79-16 (departament)
|
Mühazirə otağı/Cədvəl
|
314 (O), VI gün – 12:00-13:20, 13:40-15:00
|
Məsləhət saatları
|
VI gün (razılaşdırılan vaxtda)
|
Prerekvizitlər
|
|
Tədris dili
|
Azərbaycan dili
|
Fənnin növü
(məcburi, seçmə)
|
Məcburi
|
Dərsliklər və əlavə ədəbiyyat
|
Əsas: * işarəsi ilə göstərilmiş kitablar cədvəldə verilmişdir
-
* Y.M.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012 (dərslik)
-
Orta əsrlər tarixi. I cild. Bakı, 1988 (dərslik)
-
История средних веков. Под редакцией Н.Ф.Колесницкого.
Москва, «Просвещение» 1986.
-
Y.H.Gözəlova. Orta əsrlər tarixi. Bakı, 2008 (dərs vəsaiti)
-
Y.H.Gözəlova. Beynəlxalq münasibətlər tarixi. Bakı, 2006 (dərs vəsaiti)
-
Y.M.Mahmudov. Orta əsrlər tarixi. Erkən feodalizm dövrü. Bakı, 1990 (dərslik)
-
Y.H.Gözəlova. Orta əsrlərdə Avrasiyanın ticarət əlaqələri. Bakı, 2011
-
Mühazirə mətnləri
Əlavə:
-
Y.M.Mahmudov. Azərbaycan diplomatiyası. Bakı, 2006
-
T.T.Mustafazadə. Ümumi tarix. I cild. Bakı, 2010
|
Kursun vebsaytı
|
|
Tədris metodları
|
Mühazirə
|
Tədris metodları
-
Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:
-
Mühazirələr
-
Mövzu ətrafında müzakirələr (məşğələ)
-
Xəritələrdən, kompüterdən, video və digər əyani vəsaitlərdən istifadə
-
Bəzi mövzularla bağlı dərslərə digər mütəxəssislərin dəvət edilməsi.
|
Qrup müzakirəsi
|
Praktiki tapşırıqlar
|
Praktiki məsələnin təhlili
|
Digər
|
Qiymətləndirmə
|
Komponentləri
|
Tarix/son müddət
|
Faiz (%)
|
Aralıq imtahanı
|
Sentyabr-oktyabr ayında keçirilən mövzular əsasında tələbələrin biliyini yoxlamaq üçün noyabr ayında imtahan keçirilir.
|
30 bal
|
Praktiki məsələ
|
|
|
Fəallıq
|
Dərslərdə, diskussiyalarda, prezintasiyalarda və elmi seminarlarda iştirak etmək
|
15 bal
|
Tapşırıq və testlər
|
|
|
Kurs işi (Layihə)
|
|
|
Prezentasiya/Qrup müzakirə
|
Prezentasiya mövzuları əlavə olunur.
|
20 bal
|
Final imtahanı
|
Noyabr-dekabr keçirilən mövzular əsasındayanvar ayında final imtahan verilir.
|
40 bal
|
Digər
|
|
|
Yekun
|
|
100 bal
|
Kursun təsviri
|
|
Kursun məqsədləri
|
“Avropanın orta əsrlər tarixi” Azərbaycan Respublikasının ali tarix təhsili sistemində tədris olunan zəruri fənnlərdəndir. Fənnin tədrisini zəruri edən əsas amillər – tarixi prosesin öyrənilməsinə yeni baxış, formasiyalar nəzəriyyəsinin birtərəfli olması ilə əlaqədar marksist metodologiyanın qüsurlarının üzə çıxarılması, tarixi inkişafın qanunauyğunluqlarını öyrənmək üçün sivilizasiyalar nəzəriyyəsinin üstün cəhətlərinin daha çox olması, müasir dünyanın problemləri içərisində qloballaşma şəraitində sivilizasiyaların ünsiyyəti və ya toqquşması məsələsinin aktuallaşması kimi amillərdir.
Avropanın tarixi, xüsusilə orta əsrlər tarixi müasir tarixşünaslıq üçün yenə də aktual qalmaqdadır. Bu da ilk növbədə, Avropada orta əsrlərdə baş vermiş hadisələrin özəlliyi, dünya tarixinə göstərmiş olduğu böyük təsirilə bağlıdır. Xalqların böyük köçü, Frank imperiyası, Bizans mədəniyyəti, Renessans, Böyük Coğrafi kəşflər, müstəmləkəçilik sisteminin yaranması, Reformasiya bu tip hadisələrdəndir ki, müasir Avropanın və avropalıların həyatına təsiri yenə də davam edir. “Avropanın orta əsrlər tarixi” fənni bu özəlliklərin üzə çıxarılması və tədrisi məqsədi daşıyır. Avropa tarixinin tədqiqi və tədrisi ali tarix təhsilinin zəruri tərkib hissəsidir.
Tədris olunan kursun başlcıa məqsədi - tələbələrdə Avropanın orta əsrlər tarixi haqqında elmi bilikləri formalaşdırmaqdır.
|
Tədrisin (öyrənmənin) nəticələri
|
Fənnin tədrisinin nəticəsi:
Fənnin ümumi tədrisi prosesində tələbələrdə:
-
Avropa sivilizasiyasının digər sivilizasiyalardan fərqli və oxşar cəhətləri araşdırılacaq;
-
Avropa cəmiyyətinin Şərq sivilizasiylarından üstün olmadığı, əksinə onun bu sivilizasiyalardan bir çox şeyləri əks etdiyi xüsusi vurğulanacaq;
-
Avropanın erkən, inkişaf etmiş və son orta əsrlər tarixi üzrə siyasi və iqtisadi inkişaf xüsusiyyətləri öyrəniləcək;
-
Avropa mədəniyyətinin özəllikləri müəyyən olunacaq;
-
Avropa tarixinin ən önəmli hadisələri haqqında tam təsəvvür formalaşacaqdır.
|
Qaydalar (Tədris siyasəti və davranış)
|
QAYDALAR
Davamiyyət
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.
Dərsə gecikmələr və ya digər dərs pozuntuları
Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.
Yoxlama işi
Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.
İmtahanlar
Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
Fənni bitirmək qaydası
Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.
Tələbənin davranış qaydaları
Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.
|
Cədvəl (dəyişdirilə bilər)
|
Həftə
|
Tarix
(planlaşdırılmış)
|
Fənnin mövzuları
|
Dərslik/Tapşırıqlar
|
-
|
21.09.2013
|
Mövzu 1. Orta əsrlər tarixi anlayışı
Mövzu 2. Avropa antikliklə orta əsrlərin hüdudunda
|
Kitab 1, səh. 3-19,
20-57
Mühazirə mətnləri
|
-
|
28.09.2013
|
Mövzu 3. Davamı
Mövzu 4. Frank dövləti
|
Kitab 1, səh. 57-83
Mühazirə mövzuları
|
-
|
05.10.2013
|
Mövzu 5. Davamı
Mövzu 6. Bizans sivilizasiyası
|
Mühazirə mətnləri
Kitab 1, səh. 158-185
|
-
|
12.10.2013
|
Mövzu 7. Orta əsr Avropa şəhərləri
Mövzu 8. Davamı
|
Mühazirə mətnləri
|
-
|
19.10.2013
|
Mövzu 9. Xaç yürüşləri
Mövzu 10. Avropa IX-XI əsrlərdə
|
Mühazirə mətnləri
Kitab 1, səh. 84-137
|
-
|
26.10.2013
|
Mövzu 11. Fransa XI-XV əsrlərdə
Mövzu 12. Davamı
|
Mühazirə mətnləri
|
-
|
02.11.2013
|
Mövzu 13. İngiltərə XI-XV əsrlərdə
Mövzu 14. Müsəlman İspaniyası
|
Mühazirə mətnləri
|
-
|
09.11.2013
|
Mövzu 15. XI-XV əsrlər Avropa mədəniyyəti
Aralıq imtahanı (1-15-ci mövzular)
|
Mühazirə mətnləri
|
-
|
16.11.2013
|
Mövzu 17. Son orta əsrlər anlayışı
Mövzu 18. Böyük Coğrafi kəşflər
|
Mühazirə mətnləri
|
-
|
23.11.2013
|
Mövzu 19. Davamı
Mövzu 20. Almaniyada Reformasiya
|
Mühazirə mətnləri
|
-
|
30.11.2013
|
Mövzu 21. İspaniyanın yüksəlişi
Mövzu 22. Niderland XVI-XVII əsrin birinci yarısında
|
Mühazirə mətnləri
|
-
|
07.12.2013
|
Mövzu 23. Davamı
Mövzu 24. İngiltərə XVI-XVII əsrin birinci yarısında
|
Mühazirə mətnləri
|
-
|
14.12.2013
|
Mövzu 25. Fransa XVI-XVII əsrin birinci yarısında
Mövzu 26. Davamı
|
Mühazirə mətnləri
|
-
|
21.12.2013
|
Mövzu 27. Beynəlxalq münasibətlərdə Osmanlı məsələsi
Mövzu 28. Davamı
|
Mühazirə mətnləri
|
-
|
28.12.2013
|
Mövzu 29. 30-illik müharibə
Mövzu 30. Səfəvilər və Avropa
|
Mühazirə mətnləri
|
-
|
|
Mövzu 31. XVI-XVII əsrin birinci yarısında Avropa mədəniyyəti
Mövzu 32. XVI-XVII əsrin birinci yarısında Avropa mədəniyyəti
|
Mühazirə mətnləri
|
-
|
|
FİNAL imtahan
|
|