Təstiq edirəm azərbaycan tariXİ (mühəndislik fakultəsi)



Yüklə 81,45 Kb.
tarix25.10.2017
ölçüsü81,45 Kb.
#12468
növüMühazirə

Təstiq edirəm___________________

AZƏRBAYCAN TARİXİ (mühəndislik fakultəsi)

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

AZH150, Azərbaycan tarixi, (3 kredit)

Departament

Tarix və Arxeologiya” departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Payız 2013

Fənni tədris edən müəllim (lər)

Xaqan Balayev (PhD)

E-mail:

xaqan28@yahoo.com

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

A qrupu – 304 (O), I gün – 16:40-18:00, 18:10-19:30

B qrupu – 304 (O), II gün – 16:40-18:00, 18:10-19:30

Məsləhət saatları

Tələbələrlə razılaşdırılan vaxtlarda

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

* Şəklində işarələnmiş kitablar cədvəldə göstərilmişdir

Əsas dərsliklər:

1. Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər). Red. Prof. Süleyman Əliyarlı. Bakı, 1996 və başqa nəşrlər.

2. Azərbaycan tarixi, I cild (Ən qədim zamanlardan XX əsrədək). Z. Bünyadovun və Y. Yusifovun redaktəsilə. Bakı, 1994 və başqa nəşrlər.

3. * İsmayıl Məmmədov. Azərbaycan tarixi. Bakı, 2005

4. Süleyman Məmmədov. Azərbaycan tarixi. Bakı, 2007.

5. XX əsr Azərbaycan tarixi, II cild, Red. Y.B. Yusifov və T.T. Vəliyev. Bakı, 2004.

6. “Azərbaycan tarixi üzrə qaynaqlar”, Süleyman Əliyarlı, Fərman Mahmudovun redak. ilə, Bakı 1989.
Əlavə dərsliklər, vəsaitlər və elmi monoqrafiyalar:

7. Azərbaycan tarixi. Red. İqrar Əliyev. Bakı, 1993.

8. Tofiq Nəcəfli, Bilal Dədəyev. Azərbaycan tarixi (drəs vəsaiti). Bakı, 2013

9. Qafqazda Sovet totalitarizmi (1920-30-cu illərdə). Elmi Konfrans. Xəzər Universitəsi, 1998.

10. M.Ə.Rəsulzadə və ictimai-siyasi ideallar. Bakı, Xəzər Universitəsi, 2005.

11. Tadeuş Svyatoçovski. Rusiya və Azərbaycan . Bakı, Xəzər Universitəsi, 2000.



12. *Oqtay Əsədov. Heydər Əliyev. Bakı, 2008.

13. *R.Kamalov, Əli Əsgərov. Dövlət və şəxsiyyət, Bakı, 2004.

14. *N. Cəfərov, D. Osmanlı. Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə, Bakı 2004.



Kursun vebsaytı




Tədris metodları

Mühazirə

Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:

  1. mühazirələr

  2. mövzu ətrafında müzakirələr

  3. xəritələr, bilgisayar, video və digər əyani vəsaitlərdən istifadə

  4. bəzi mövzularda alim və mütəxəssislərin dərslərə dəvət edilməsi




Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

Sentyabr və oktyabr aylarında keçirilən dərslər əsasında noyabr ayında imtahan verilir.

40 bal

Praktiki məsələ







Fəallıq

Aralıq imtahan qabağı sınaq işi 5bal,

Final imtahan qabağı sınaq işi 5 bal, Dərslərdə və diskussiyalarda fəal iştirak, intizamlı davamiyyət 5 bal



15 bal

Tapşırıq və testlər






Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə







Final imtahanı

Noyabr və dekabr aylarında keçirilən mövzular əsasında yanvar ayında final imtahan verilir.

45 bal

Digər







Yekun





100 bal

Kursun təsviri




Kursun məqsədləri

Azərbaycan tarixi kursu qədim zamanlardan son günlərədək vətən tarixini əhatə edir. Son illər konseptual dəyişmələr baş verdiyindən, bir sıra məsələlərə baxış əvvəlkindən kəskin şəkildə fərqlənir. Bəzi tarixi hadisələr yeni faktlarla zənginləşib, müəyyən dövrlərdəki boşluqlar doldurulmaqdadır. Tədris proqramının tərtibi zamanı bütün bu amillər nəzərə alınmış, tarixin qaranlıq səhifələrinə diqqət artırılmışdır. İş planı Azərbaycan tarixi barədə bitkin və dolğun təsəvvürün formalaşmasına imkan verir.

Tədrisin (öyrənmənin) nəticələri

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:

  • Azərbaycan tarixi haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq

  • Azərbaycanın qədim dünya sivilizasiyasının ocaqlarından biri və Şərq dünyasının ayrılmaz hissəsi olmağı haqda məlumatları daha da genişlənəcək

  • Azərbaycan etnosunun təkraredilməz və avtoxton olduğuna dair geniş təsəvvür yaranacaq

  • Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir


Qazanılmış təcrübə

  • tarixi hadisələrin analizi

  • tarixi hadisələrə tənqidi və obyektiv yanaşma

  • Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması və Azərbaycanın müasir dövrdə dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi




Qaydalar (Tədris siyasəti və davranış)

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən (xəsətəlik, ailə vəziyyəti və s.) dərslərin buraxılması haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. %20-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.



Yoxlama işi

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanda təkrarlanmırlar.

Fənni bitirmək qaydası

Univesitetin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 % və daha yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürmələr qadağandır. Bu qaydaya əməl etməyən tələbənin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.



Tələbənin davranış qaydaları

Dərs zamanı dərs prossesini pozmaq və ya qeyri-etik hərəkətlər etmək qadağandır. Həmçinin tələbələrin icazəsiz müzakirələri və mobil telefondan istifadəsi qadağandır.





Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



A qrupu – 16.09.2013

B qrupu – 17.09.2013


Giriş. Tələbələri Azərbaycan tarixi fənninin iş proqramı və onların qarşısında duran vəzifələr ilə tanış etmək. Azərbaycan tarixi nədən bəhs edir; onun analizi, öyrənilməsi, başlıca dövrləri, tarixi qaynaqlar.

Azərbaycanda ibtidai-icma dövrü. Azərbaycanın etnosiyasi xəritəsi. Azərbaycan ərazisində erkən cəmiyyət, ilk dövlətlərin, qurumların yaranması (Aratta, Lullubi, Kuti). Manna dövləti.



[3, F.1-2, s.4-15, 17-21, 23-29]



A qrupu – 23.09.2013

B qrupu – 24.09.2013


Atropatena və Alban dövlətləri ( siyasi tarix, təsərrüfat, mədəniyyət). Azərbaycan erkən orta çağda, yeni ictimai münasibətlər. Alban dövləti III-VII əsrlərdə. Sasani işğalı və hökmranlığı. Siyasi tarix. Mədəniyyət.

[3, F 4-5, s.40-49, 50-64, 67-68 ]



A qrupu – 30.09.2013

B qrupu – 01.10.2013


Azərbaycanda xilafət ağalığı və ona qarşı mübarizə. Xürrəmilər hərəkatı.

Etnogenez problemi. Azərbaycan xalqının formalaşması. IX-cu yüzilliy­­in ikinci yarısı – XI yüzilliyin birinci yarısında Azərbaycan f­eodal dövlətləri. Şirvanşahlar dövləti. Saci və Salari dövlətləri,Rəvvadi və Şaddadi dövlətləri.



[3, F.6-7, s. 69-81, 88-95, 98-105]



A qrupu – 07.10.2013

B qrupu – 08.10.2013


Azərbaycan Səlcuq imperatorluğunun tərkibində. Şirvanşahlar dövləti Kəsranilər sülaləsi dövründə. Eldənizlər dövləti. X-XII yüzilliklərdə Azərbaycan mədəniyyəti.

Azərbaycan Monqol ağalığı dövründə.



[3, F.8, s.106-110, 112-127, 130-132]

[3, F.9, s. 133-145]





A qrupu – 14.10.2013

B qrupu – 15.10.2013


Azərbaycan XIV yüzilliyinin sonu- XV-ci yüzillikdə. Ölkənin ictimai siyasi həyatı. Şirvanşahlar dövləti. Toxtamış və Teymurun Azərbaycana yürüşləri. Hurufilik.

Qaraqoyunlu dövləti. Ağqoyunlu dövləti. Sosial- iqtisadi vəziyyət, xarici siyasət.



[3, F.9, s.146-152]
[3, F.11, s.166-201]



A qrupu – 21.10.2013

B qrupu – 22.10.2013


Azərbaycan XVI yüzillikdə. Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin yaranması. Daxili və xarici siyasət. Azərbaycan XVI yüzilliyin sonu - XVII yüzilliyin əvvələrində. Şah Abbas hakimiyyəti. Mədəniyyət.

Azərbaycan Səfəvi dövlətinin zəifləməsi və Azərbaycanın beynəlxalq rəqabət meydanına çevrilməsi (XVII yüzilliyin sonu - XVIII yüzilliyin 20-30-cu illəri).



[3, F.12, s.208-231, F13, s.243-245, F.14-15, s. 247-253, 258-263]



A qrupu – 28.10.2013

B qrupu – 29.10.2013


Azərbaycanda dövlət müstəqilliyi uğrunda mübarizə. Azərbaycan xanlıqlarının yaranması, idarəçilik sistemi, təsərrüfat həyatı, xarici siyasəti.

[3, F.15, s. 263-272, F.16, s.276-298, s. ]






Qeyd: Oktyabr ayında dərslərin biri “Azərbaycan Milli Tarixi Muzeyi”ndə keçiriləcək











Aralıq imtahanı







A qrupu – 04.11.2013

B qrupu – 05.11.2013


Azərbaycan beynəlxalq münasibətlərdə (XVIII əsrin sonu - XIX əsrin əvvəli). Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi. Gülüstan və Türkmənçay müqavilələri.
XIX-cu yüzilliyin birinci yarısında Şimali Azərbaycanda ictimai - siyasi həyat. İqtisadi durum. M­üstəmləkə zülmünə qarşı üsyanlar. Cənubi Azərbaycan.

Şimali Azərbaycan XIX-cu yüzilliyini ikinci yarısında. Kapitalist münasibətlərin yaranması və inkişafı. Bakının dünya neft mərkəzi kimi yüksəlişi.



[3, F.16, s.299-303]
[3, F.17, s.310-317]
[3, F.18, s.317-325]



A qrupu – 11.11.2013

B qrupu – 12.11.2013


Şima­li Azərbaycan XX əs­rin əvvəllə­rində. Demokratik və milli hərəkatın başlanması. Güney Azərbaycan­da demokratik hərəkat.

Azərba­ycan Birin­ci d­ünya müh­aribəsi ill­ərində. Azər­baycan Ru­s inqilabı ill­ərində (fevral – okt­yabr 1917-ci il).

Azərbayc­an Demokratik Respublikası. Azərbaycanın istiqlaliyyət uğrunda mübarizəsi. ADR-in daxili siyasəti. Azərbaycanın beynəlxalq vəziyyəti. Aprel işğalı. ADR-in süqutu.


[3, F.19, s.326-332, 334-335, F.20, 336-342,

F.21, 343-353]






A qrupu – 18.11.2013

B qrupu – 19.11.2013


Azərbaycan SSR. Azərbaycan 1920-1930-cu illərdə. Azərbaycan SSR-in ZSFSR və SSRİ-yə daxil edilməsi. Sovet hakimiyyətinin qurulması. Sosialist təsərrüfatçılığın yaranması. Mədəni inqilab. İctimai və siyasi vəziyyət. Azərbaycanda Sovet totalitarizmi. 30-cu illərin repressiyaları.

Azərbaycan SSR İkinci Dünya müharibəsi illərində.

Güney Azərbaycan İkinci Dünya müharibəsi illərində.

Milli azadlıq hərəkatı - 21 Azər.



[3, F.22, s. 354-374, F.23,375-377, 379-383, 383-386]



A qrupu – 25.11.2013

B qrupu – 26.11.2013


Azərbaycan SSR müharibədən sonrakı illərdə (1946-1980-ci illərin ortaları). Sosial-iqtisadi vəziyyət. Totalitar rejimin möhkəmlənməsi. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası. M.C.Bağırov hakimiyyətinin devrilməsi.

İ.Mustafayev. V.Axundov. Azərbaycan SSR rəhbərliyində dəyişikliklər. H.Əliyev. Respublika “yenidənqurma” yolunda.

Azərbaycan SSR 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində. Sosial-siyasi həyatın canlanması. Milli demokratik hərəkat. “Dağlıq Qarabağ problemi”nin ortaya atılması. Yeni siyasi partiyalar, ictimai təşkilatlar. AXC-nin yaranması və onun rolunun artması.



[3, F.24, s. 387-391, 393-396]
[3, F.25, s. 397-402]



A qrupu – 02.12.2013

B qrupu – 03.12.2013


Azərbaycanıların Ermənistandan deportasiyası. Daxili vəziyyətin kəskinləşməsi. 1990-cı il 20 Yanvar faciəsi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi. Müstəqil Azərbaycan Respublikasının inkişaf problemləri. Daxili və xarici vəziyyət.

Ayaz Mütəllibovun siyasi xəttinin i­flası. Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ m­üharibəsinin başlanması, Xocalı soyqırımı. Respublikada ictimai - siyasi böhran, torpaqların işğalı. Hərbi uğursuzluqlar.


[3, F.25, s.397-402]
[3, F.25, s.402-406]



A qrupu – 09.12.2013

B qrupu – 10.12.2013


Xalq hərəkatının yüksəlişi. Elçibəy - AXC iqtidarı. Siyasi və iqtisadi is­lahat təşə­bbüsləri. Gə­ncə qiyamı (1993, 4 iyun). AXC iqtidarının de­vrilməsi.

P­rezide­nt səlahiyyət­lərinin Heyd­ər Əliye­və ve­rilməsi; 1993-cü il prezident seçkiləri. Heydər Əliyevin yeni siyasi kursu. Siyasi sabitliyə d­­oğru. Azərbaycan - Ermənistan münasibətləri. Atəşkəs. Neft siyasəti. Ə­srin müqaviləsi. Heydər Əliyevin 5 illik prezidentlik fəaliyyətinin ye­kunları.



[3, F.25, s.402-406]
[3, F.25, s.407-414]



A qrupu – 16.12.2013

B qrupu – 17.12.2013


Y­eni prezident seçkiləri (1998-ci il). Heydər Əliyevin əvvəlki kursunun d­avam etdirilməsi. Beynəlxalq münasibətlərin genişlənməsi. Daxili və xa­rici siyasət. Azərbaycan dövlətçiliyi. Azərbaycan Respublikasının

ne­ft strategiyası.

İlham Əliyevin prezident seçilməsi ( 2003-cü il, 15 oktyabr ). 2008-ci il dövlət idarəçiliyinin təkmilləşdirilməsi. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi.


[4, fəsil 25,

s. 407-414];


[5, fəsil 17-18,

s. 488-546; 11; 12];


[13]




A qrupu – 23.12.2013

B qrupu – 24.12.2013


Azərbaycan XXI yüzi­lliyə do­ğru. İlham Əl­iyevin daxili və xarici siyasətin­in uğ­urları. Da­ğlıq Qarabağ uğrun­da aparılan diplomatik mübar­i­z­ə.

[13]








Final imtahan




Yüklə 81,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin