Testl ə r I Kadr axıcılığının qarşısının alınmasına yönәlmiş AnriFayolun idarәetmә prinsipi hansıdır?

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 1.65 Mb.
səhifə1/12
tarix17.07.2018
ölçüsü1.65 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12

Bütün düzgün cavablar A Variantı.

İSTEHSALIN İQTİSADİYYATI VƏ MENECMENT FƏNNİNDƏN İMTAHAN

T E S T L Ə R İ

1.Kadr axıcılığının qarşısının alınmasına yönәlmiş AnriFayolun

idarәetmә prinsipi hansıdır?

A) Heyәt üçün sabit iş yeri prinsipi

B) Әdalәtlilik prinsipi

C) Tәşәbbüskarlıq prinsipi

D) Qaydaqanun prinsipi

E) İstiqamәtin vahidliyi prinsipi



2.İşdә buraxılan nöqsanlara görә tәtbiq edilәn sanksiyalar AnriFayolun hansı prinsipindә nәzәrdә tutulmuşdur?

A) Nizam-intizam

B) Qaydaqanun

C) Mәrkәzlәşmә

D) İstiqamәtin vahidliyi

E) Skalyar zәncir



3.İşçilәrin vahid plan әsasında işlәmәsini nәzәrdә tutan AnriFayolun

idarәetmә prinsipi hansıdır?

A) İstiqamәtin vahidliyi prinsipi

B) Mәrkәşlәşmә prinsipi

C) Nizamintizam prinsipi

D) Әdalәtlilik prinsipi

E) Korporativ ruh



4.İdarәetmәnin ümumi prinsiplәrinә aid olmayan variantı göstәrin.

A) Mәrkızlәşmә ilә qeyrimәrkәzlәşmәarasında optimal әlaqәnin yaradılması prinsipi

B) Sistemlilik prinsipi

C) Çoxfunksionallıq prinsipi

D) Tәtbiqolunabilmә prinsipi

E) İnteqrasiya vә dәyәrlәrә istiqamәtlәnmә prinsipi



5.Kimi ilk praktiki menecer kimi qәbul etmişlәr?

A) Robert Oueni

B) Adam Smiti

C) AnriFayolu

D) David Rikardo

E) Jan Batıst–Sey



6.Situasiyalı yanaşmanın mahiyyәti nәdәn ibarәtdir?

A) Situasiyalı yanaşma nöqteyinәzәrindәn düzgün qәrar o qәrardı ki,konkret vaxtda konkret situasiyaya daha çox uyğun gәlir

B) Tәşkilatın fәaliyyәtinә kompleks yanaşılır

C) Tәşkilati mәqsәdlәrә çatmaq üçün güclü nәzarәt sistemi yaradılır

D) Tәşkilati mәqsәdlәrә çatmaq üçün güclü seqmentasiya aparılır

E) İdarәetmәyә birbiriilә qarşılıqlı әlaqәdә olan elementlәrin mәcmusu kimi baxılır



7.Verilmiş variantlardan biri münaqişәnin sәbәblәrindәn biri deyildir

A) ideya mәhdudluğu

B) rәhbәrin әdalәtsiz mövqeyi

C) resurs mәhdudluğu

D) tәşkilati quruluşun müasir tәlәblәrә uyğun gәlmәmәsi

E) işçilәrin peşәkarliqlarının müxtәlif olmaları vә bu baxımdan da onların müxtәlif hәcmdә işlә yüklәnmәsi



8.Sosialpsixoloji münaqişәlәr:

A) sosial gәrginlikdәn yaranır

B) iqtisadi çәtinliklәrdәn yaranır

C) siyasi dünyagörüşündәn yaranır

D) stresslәrdәn yaranır

E) maddi çәtinliklәrdәn yaranır



9. Adamlar qrupunun təşkilat hesab edilməsi üçün zəruri olan üç şərt hansılardır?

A) 1. Özünü qrupun tərkib hissəsi hesab edən adamların sayının ən azı iki nəfər olması. 2. Qrup üzvlərinin özləri üçün ümumi hesab etdiyi ən azı bir məqsədin olması. 3. Qrup üçün ümumi olan məqsədlərə nail olmaq üçün qrup üzvlərinin birgə işləməyə və öz fəaliyyətini tənzimləməyə razı olması;

B) 1. Rəhbərliyin olması. 2. Qrup üzvlərinin sayının on nəfərdən çox olması. 3. Ən azı üç məqsədin olması;

C) 1. Qrup üzvlərinin sayının ən azı iki nəfər olması. 2. Qrup üzvlərinin rəhbərliyin əmr və göstərişlərini danışıqsız yerinə yetirməsi. 3. Məqsədlərə nailolmaq üçün qrup üzvlərinin öz fəaliyyətini şüurlusürətdə tənzimləməsi;

D) 1. Özünü qrupun tərkib hissələri hesab edən adamların sayının azı 25 nəfər olması. 2. Qrup üzvlərinin özləri üçün ümumi hesab etdikləri ən azı beş məqsədin olması. 3. Məqsədlərə nail olmaq üçün qrup üzvlərinin birgə fəaliyyət göstərməyə razı olması;

E) 1. Qrup üzvlərinin sayının 2–dən çox olması. 2. Ən azı 7 məqsədin olması; 3. Qrup üzvlərinin birgə işləməsi.



10. Hansı təşkilatlar formal təşkilat adlanır?

A) Yaradılması barədə hər hansı bir hüquqi akt mövcuddur; fəaliyyət göstərdiyi ölkədə dövlət qeydiyyatına alınmışdır; dəqiq adı, ünvanı məlumdur.

B) Üzvlərin sayı 100 nəfərdən çoxdur: möhürü vardır; bizneslə məşğul olur.

C) 100 mln. manat kapitalı vardır; möhürü vardır; emblemi vardır;

D) Ünvanı məlumdur; rəhbəri məlumdur; bizneslə məşğul olur;

E) Mürəkkəb texnologiya istifadə edir; məhsulları rəqabət qabiliyyətlidir; 10mln.manat pulu vardır;



11. Mürəkkəb təşkilatların əsas xarakteristikaları hansılardır?

A) Ehtiyatların mövcudluğu, xarici mühitdən asılılıq, üfüqi və şaquli əmək bölgüsü, bölmələrin yaradılması, idarəetmənin zəruriliyi;

B) Xarici mühitdən asılılıq, məhsul istehsal, mənfəət əldə etmək, vəzifələrinolması, rəhbərin olması;

C) Ehtiyatların mövcudluğu, insanların mövcudluğu, materialların mövcudluğu, kapitalın mövcudluğu, vəzifələrin mövcudluğu;

D) Ehtiyatların mövcudluğu, kapitalın mövcudluğu, məhsulun mövcudluğu, insanların mövcudluğu, vəzifələrin mövcudluğu;

E) Ehtiyatların mövcudluğu, şaquli əmək bölgüsü, üfüqi əmək bölgüsü, texnologiyanın mövcudluğu.



12. Biznes təşkilatlarında hansı idarəetmə səviyyələri mövcuddur?

A) 1. Ali idarəetmə səviyyəsi. 2. Orta idarəetmə səviyyəsi. 3. Aşağı idarəetmə səviyyəsi;

B) 1. Texniki səviyyə. 2. Nəzarət səviyyəsi. 3. İqtisadi səviyyə;

C) 1. Siyasi səviyyə. 2. İqtisadi səviyyə. 3. Nəzəri səviyyə;

D) 1. Ali səviyyə. 2. Texniki səviyyə. 3. Aşağı səviyyə;

E) 1. Orta idarəetmə səviyyəsi. 2. Ali idarəetmə səviyyəsi. 3. Siyasi idarəetmə səviyyəsi.



13. Biznes təşkilatlarında Ali idarəetmə səviyyəsi rəhbərlərinin işinin məzmunu nədən ibarətdir?

A) Bütövlükdə təşkilatın və onun ayrı–ayrı iri bölmələrinin miqyasında qərar qəbul etmək səlahiyyətinə malikdir və onların fəaliyyət nəticələrinə görə məsuliyyət daşıyır;

B) İşçilərin işə çıxmasına ciddi nəzarət edir və onların mükafatlandırılmasına diqqət ayırır;

C) Gündəlik istehsalat təpşırıqlarının yerinə yetirilməsinə nəzarət edir;

D) Müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət edir;

E) Əmək haqqı fondunun xərclənməsinə nəzarət edir.



14. Biznes təşkilatlarının müvəffəqiyyətinin tərkib elementləri hansılardır?

A) Mövcud olmaq, nəticəlilik, səmərəlilik, məhsuldarlıq, qərarların praktikada reallaşması.

B) Mövcud olmaq, çoxlu məhsul satmaq, çoxlu mənfəət əldə etmək, keyfiyyətli məhsullar yaratmaq, yeni texnologiya tətbiq etmək;

C) Mövcud olmaq, yeni məhsul istehsal etmək, məhsulların keyfiyyətini yüksəltmək, məhsulun maya dəyərini aşağı salmaq, hər şeyə qənaət etmək;

D) Məhsulun maya dəyərini aşağı salmaq, kütləvi istehsala üstünlük vermək, istehsalın həcmini artırmaq, kreditə məhsul satmaq, kredit almaq;

E) Mövcud olmaq, rəqabət mübarizəsinə girişmək, aşağı xərclər strategiyasıseçmək, xarici mühitə fikir vermək, əmək haqqı fonduna qənaət etmək;



15. Təşkilatın ümumi xarakteristikalarına aid deyil?

A) Təşkilatın strategiyası;

B) Ehtiyatların mövcudluğu;

C) Xarici mühitdən asılılıq;

D) Üfüqi əmək bölgüsü;

E) İdarəetmənin zəruriliyi.



16. Sahibkarlıq fəaliyyəti nədir?

A) Nəticəsi iqtisadi fayda, şəxsi məmnuniyyət, yaxud sosial fayda olan, riskə əsaslanan təşəbbüskarlıq fəaliyyətidir;

B) Nəticəsi böyük məbləğdə kapitala çevrilən qərardır;

C) Pul qazanmaq üçün həyata keçirilən fəaliyyətdir;

D) Nəticəsi cəmiyyətin inkişafına səbəb olan fəaliyyətdir;

E) İqtisadi fəaliyyətdir.



17. Fəaliyyətin mahiyyəti baxımından menecment nədir?

A) Qrupun məqsədinin müəyyən edilməsi və həmin qrup üzvlərinin biliyini, peşə vərdişlərini, qabiliyyətini və davranış manerasını istifadə etməklə müəyyən edilmiş məqsədlərə nail olunmasını təmin edən peşə növüdür;

B) Qrup üzvlərinin davranışını, proseduralar və normalarla təmin edən, hakimiyyət formalarının istifadəsinə əsaslanan fəaliyyətdir;

C) Qrup düşüncəsinə əsaslanan və münaqişəli situasiyalarda qeyri–formal kommunikasiyanı inkişaf etdirən fəaliyyətdir;

D) Nəticəsi iqtisadi yaxud sosial fayda olan, təşəbbüsə əsaslanan fəaliyyətdir;

E) Təşkilati mədəniyyəti istifadə etməklə qrupun fəaliyyətini tənzimləyən fəaliyyətdir.



18. Konkret yanaşmaya görə menecment nədir?

A) Təşkilatın fəaliyyətinin istənilən istiqaməti üzrə və bütövlükdə təşkilat üzrə real strateji və taktiki məqsədlərin müəyyən edilməsini və təşkilatın resurslarından səmərəli istifadə etməklə bu məqsədlərə nail olunmasını təmin edən, peşəkarcasına həyata keçirilən müstəqil fəaliyyət növüdür;

B) Təşkilatın məqsədlərini və missiyasını müəyyən edən, idarəetmə səviyyələrinintəsnifatını verən müstəqil fəaliyyətdir

C) Təşkilatın daxilində xaricində baş verən hadisələri nəzərə almaqla fəaliyyətdə ciddi təshihatların aparılmasını təmin edən, müstəqil peşə növüdür;

D) Təşkilatın idarə olunmasıdır;

E) Menecment səmərəli kommunikasiyanın tətbiqini nəzərdə tutan və təşkilatın məqsədlərinə nail olmaq üçün strateji və cari planların reallaşdırılmasını təmin edən, riskə əsaslanan, təşəbbüskarlıq fəaliyyətidir.



19. Müasir menecmentin vəzifələrinə aid deyil?

A) Təşkilatın vergi mükəlləfiyyətlərinə və vergi rejiminə riayət etməsinə nəzarət edilməsi;

B) Təşkilatın fəaliyyətinin iqtisadi səmərəliliyinin yüksəldilməsi

C) Təşkilatın missiyasının və konkret məqsədlərinin müəyyən edilməsi;

D) Əməyin məhsuldarlığının təmin edilməsi və işçinin nailiyyətə istiqamət-ləndirilməsi;

E) Təşkilatın cəmiyyətə təsirinin və sosial məsuliyyətinin idarə edilməsi.



20. Düzgün olmayan variantı göstərin:

A) Milli Məclisin sədri menecer adlandırılır;

B) Proqram – məqsədli qrupun yaxud layihə qrupunun rəhbəri menecer adlandırılır;

C) Tabeçilikdə olana nəzərən rəhbər menecer adlandırılır;

D) Bütövlükdə firmanın rəhbəri və onun ayrı–ayrı bölmələrinin rəhbərləri meneceradlandırılır;

E) İşləri müasir üsullara uyğun təşkil edən istənilən idarəetmə səviyyəsi inzibatçısı menecer adlandırılır.



21. Menecerlərdən tələb edilmir:

A) Firmanın prezidentinin səhhətinə ciddi diqqət ayırmaq və təklif vermək qabiliyyəti;

B) Rəqib firmaların fəaliyyətini təhlil etmək bacarığı;

C) Bütövlükdə firmanın idarə edilməsi sahəsində ümumi biliklərin olması;

D) İcraçıları qərar qəbuletmə prosesinə cəlb edərək kompetensiyalı qərarlar qəbul etmək qabiliyyəti;

E) Təsərrüfat konyukturasının inkişaf meyllərini və tələbin dəyişmə meyllərini əvvəlcədən görə bilmək qabilliyyəti.



22. İnsanları idarəetmək sahəsində menecerə edilən ən mühüm tələb hansıdır?

A) Firma ilə işçiləri bir–birinə bağlayan şərtləri bilmək; hər iki tərəfin maraqlarını ədalətli qaydada müdafiə etmək;

B) İçilərin əmək məhsuldarlığını yüksəltmək və istehsal güclərini artırmaq;

C) İşçilərin sağlamlığının qayğısına qalmaq və ailəsinin xöşbəxt olmasını təmin etmək;

D) Tabeçiliyində olan işçilərin siyasi və iqtisadi biliyini artırmaq;

E) İşçiləri mükafatlandırmaq.



23. Düzgün olmayan variantı göstərin. Rəhbərin karyerasında müvəffəqiy-yətsizliyin beş səbəbi aşağıdakılardır:

A) İşçiləri inandırmağa çalışmaq;

B) Özünü kollektivdən izolyasiya etmək;

C) Daha yüksək əmək haqqı almaq tələbini ön plana qoymaq;

D) Öz fikirlərini və hissələrini başqalarından gizlətmək;

E) Öz vəzifəsinin simvollarına olduqca çox diqqət ayırmaq.



24. Təşkilatların menecerlərsiz səmərəli fəaliyyət göstərə bilməməsinin səbəbi deyil:

A) Menecerlər müxtəlif elmi konfranslarda iştirak edir və öz məqalələrini nəşr etdirirlər;

B) Menecerlər təşkilatın öz missiyasını yerinə yetirməsini təmin edirlər;

C) Menecerlər dəyişən xarici mühit şəraitində təşkilatın davranış strategiyasını işləyib hazırlayırlar;

D) Menecerlər təntənəli tədbirlərdə təşkilatı təmsil edirlər;

E) Menecerlər təşkilatın, bu təşkilata nəzarət edən insanların və təşkilatların maraqlarına xidmət etməsini təmin edirlər.



25. Sahibkar qabiliyyətli insanlar kimlərə deyirlər?

A) Təşəbbüskar və yeniliklə bağlı risk etməyi xoşlayanlara;

B) Firmada strateqiyanı işləyib hazırlayana;

C) Yüksək idarəetmə qabiliyyətinə malik olanlara;

D) Sutkada 15 saat işləyənlərə;

E) Biznes sahəsində məşğul olanlara.



26. İdarəetmə təfəkkürü sahəsində formalaşan məktəbləri yaranma xronologiyasına görə düzün:

A) 1. Elmi idarəetmə məktəbi. 2. Klassik yaxud inzibati idarəetmə məktəbi. 3. İnsan münasibətləri məktəbi. 4. Davranış elmləri məktəbi. 5. İdarəetmə elmi məktəbi;

B) 1. İnsan münasibətləri məktəbi. 2. İdarəetmə elmi məktəbi. 3. Elmi idarəetmə məktəbi. 4. Klassik yaxud inzibati idarəetmə məktəbi. 5. Davranış elmləri məktəbi;

C) 1. Klassik yaxud inzibati idarəetmə məktəbi. 2. İnsan münasibətləri məktəbi. 3. İdarəetmə elmi məktəbi. 4. Elmi idarəetmə məktəbi. 5. Davranış elmləri məktəbi;

D) 1. Klassik yaxud inzibati idarəetmə məktəbi. 2. Davranış elmləri məktəbi. 3. İnsan münasibətləri məktəbi. 4. Elmi idarəetmə məktəbi. 5. İdarəetmə elmi məktəbi;

E) 1. Elmi idarəetmə məktəbi. 2. İnsan münasibətləri məktəbi. 3. Davranış elmləri məktəbi. 4. İdarəetmə elmi məktəbi. 5. Klassik yaxud inzibati idarəetmə məktəbi.



27. Menecmentə birinci rəsmi maraq sədası nə vaxt və hansı hadisə ilə qeyd edilmişdir:

A) 1911–ci ildə; F.Teylor özünün “Elmi idarəetmənin prinsipləri” kitabını nəşr etdirmişdir;

B) 1928–ci ildə; ABŞ iqtisadiyyatında sənaye məhsuluna tələb və təklif bərabərləşmişdir;

C) XVIII əsrin sonunda. İngiltərədə sənayə inqilabi – manifakturadan fabrik istehsalına keçilməsi baş vermişdir;

D) XIX əsrin ikinci yarısında, Almaniyada sənaye inqilabı baş vermişdir.

E) XIX əsrin 40 –cı illərində, İtaliyada sənaye inqilabı baş vermişdir.



28. Düzgün olmayan variantı göstərin. Hazırda idarəetmə nəzəriyyəsi və praktikasının inkişafına ciddi töhfə vermiş aşağıdakı mühüm yanaşmalar məlumdur.

A) İdarəetmə məktəblərinin fərqləndirilməsi mövqeyindən yanaşma;

B) İdarəetməyə proses kimi yanaşma;

C) İdarəetməyə model kimi yanaşma;

D) İdarəetməyə sistem kimi yanaşma;

E) İdarəetməyə situasiya kimi yanaşma.



29. Menecmentin elm kimi öyrənilməsinin əsası kimlər tərəfindən qoyulmuşdur?

A) Fabrik və firma rəhbərləri

B) Qədim yunan filosofları

C) Qədim Misirlər

D) İqtisadçı analitiklər

E) nəzəriyyəçilər



30. Kim ilk dəfə olaraq menecmenti müstəqil elmi bilik və peşəkar ixtisaslaşma kimi təqdim etmişdir?

A) Q.Taun

B) A.Fayol

C) F.Teylor

D) H.Emerson

E) Follet



31. Elmi İdarəetmə məktəbinin irəli sürdüyü hansıdır?

A) İşin planlaşdırılması və düşünülməsinin onun yerinə yetirilməsindən ayrılması;

B) Məmnuniyyət və məhsuldarlıq səviyyəsini yüksəltmək üçün insanlararası münasibətlərin idarə edilməsi üsullarından istifadə edilməsi;

C) Bütövlükdə təşkilat miqyasında idarəetməyə sistemli yanaşma;

D) İdarəetmə funksiyalarının təsvir edilməsi;

E) Modellərin işlənib hazırlanması və idarəetmədə istifadə edilməsi.



32. Klassik yaxud inzibati idarəetmə məktəbinə məxsus olan nəticəni müəyyən edin:

A) İdarəetmə prinsiplərinin inkişaf etdirilməsi;

B) Modellərin işlənib hazırlanması və idarə etmədə istifadə edilməsi;

C) İnsan davranışı barədə elmlərin idarəetmədə istifadə edilməsi;

D) Məhsuldarlığı yüksəltmək üçün modeli stimullaşdırmadan düzgün və sistematik istifadə olunması;

E) İşçini, işi səmərəli yerinə yetirmək üçün tələb olunan bütün resurslarla təmin etmək.



33. «Optimal təşkilat» ideyasının müəllifi aşağıdakılardan hansıdır?

A) Q.Xopf

B) C.Muni

C) A.Maslou

D) K.Reyli

E)Anri-Fayol



34. İnsan münasibətləri və davranış elmləri məktəbinə məxsus olan nəticəni göstərin:

A) Məmnuniyyət və məhsuldarlıq səviyyəsini yüksəltmək üçün insanlararası münasibətlərin idarə edilməsi üsullarından istifadə edilməsi;

B) Mürəkkəb situasiyalarda qərar qəbul etməli olan rəhbərlərə kömək etmək üçün kəmiyyət üsullarının inkişaf etdirilməsi;

C) İdarəetmə funksiyalarının təsvir edilməsi;

D) Vəzifəni yerinə yetirmək üçün daha münasib işçinin seçilməsi və onun öyrədil-məsinin təmin edilməsi;

E) İdarəetmə prinsiplərinin inkişaf etdirilməsi



35. Qədim yunan filosofu Sokrat tərəfindən menecmentin inkişafına verilən

əsas töhfə nə olmuşdur?

A) Menecmentin universallığı prinsipinin formalaşdırılması

B) İş spesifikasından istifadə

C) Rəhbərə tələblə çıxış etmək

D) Səlahiyyətlərin ötürülməsi

E)əməyin elmi normalaşdırılması metodologiyasının işlənib hazırlanması



36. Kəmiyyət üsulları məktəbinin idarəetməyə verdiyi töhfə hansıdır?

A) Modellərin işlənib hazərlanması və istifadə edilməsinin köməyilə mürəkkəb idarəetmə problemlərinin daha dərindən dərk edilməsinin təmin edilməsi;

B) İnsan davranışı barədə elmlərin idarəetmədə istifadə edilməsi və təşkilatın elə tərzdə formalaşdırılması ki, hər bir işçi öz potensialına uyğun tam istifadə olunsun;

C) İşin yerinə yetirilməsinin daha yaxşı üsulunu müəyyən etmək üçün elmi üsuldan istifadə edilməsi;

D) İşin planlaşdırılması və düşünülməsinin onun yerinə yetirilməsindən ayrılması;

E) Bütövlükdə təşkilat miqyasında idarəetməyə sistemli yanaşma.



37 .Kompensasiyaya davranışın öyrənilməsi və davranışın modifıkasiya

edilməsi nöqteyi-nəzərindən baxsaq onda həyata keçirilən davranışın

möhkəmləndirilməsinə və ya ondan imtina edilməsinə gətirib çıxaran

kompesasiyamn tipləri fərqləndirilir.Səhv variantı göstərin.

A) Neytral kompensasiya.

B) Müsbət kompensasiya.

C) Arzu edilməyən davranışın həvəsləndirilməməsi

D) Mənfi kompensasiya.

E) Tənbeh (cəza)



38. Aşağıdakılardan hansı xüsusiyyət qədim idarəetməyə aid deyil:

A) İdarəetmə işlərinin dəqiq müəyyənləşdirilməsi və digər işlərdən ayrılması;

B) Təşkilatda rəhbər vəzifələrin irsi hüquqa görə yaxud güc tətbiq etməklə tutulması;

C) Ali səviyyə rəhbərlərinin azsaylı olması;

D) Böyük təşkilatların azsaylı olması;

E) Təşkilat üçün mühüm qərarlar qəbul etmək qabiliyyətinə malik olan adamların sayının az olması.



39. Hansı xüsusiyyət müasir idarəetməyə aid deyil?

A) İdarəetmə işinin digər fəaliyyət növlərindən ayrılaraq ayrıca mövcud olmaması;

B) Çoxsaylı ali səviyyə rəhbərlərinin və çoxsaylı orta səviyyə rəhbərlərinin olması;

C) Kollektiv işə əsaslanmaq;

D) Təşkilatda rəhbər vəzifələrin qanunçuluğu gözləməklə kompotentlilik hüququna görə tutulması;

E) Təşkilat üçün mühüm qərarlar qəbul etmək qabiliyyətinə malik olan adamların çox olması.



40. Qavrama (dərk etmə) çox vaxt yanlış ola bilər. İnsanların reallığı

qavranmasında çətinliklər,maneələr yaradan və səhv nəticələrə, gətirib

çıxaran səbəblərə aşağıdakılardan hansı aid deyildir.

A) İlk təəssürat üzrə həqiqətin qavramaması.

B) Qiymətləndirmənin keçirilməsi və ya ümumiləşdirilmə.

C) Proeksiya.

D) Stereotiplər.

E) Hamısı



41. Menecmentə proses kimi yanaşma ideyası ilk dəfə hansı məktəb tərəfindən irəli sürülmüşdür?

A) İnzibati idarəetmə məktəbi tərəfindən;

B) İnsan münasibətləri məktəbi tərəfindən;

C) Kəmiyyət üsulları məktəbi tərəfindən;

D) Elmi idarəetmə məktəbi tərəfindən;

E) Davranış elmləri məktəbi tərəfindən.



42. İdarəetməni (menecmenti) proses hesab edən konsepsiyanın ilk müəllifi hesab edilən Anri Fayol menecmentdə neçə funksiyanın olduğunu iddia edirdi?

A) Beş funksiya;

B) Dörd funksiya;

C) Üç funksiya;

D) Yeddi funksiya;

E) İki funksiya.



43. Aşağıdakı əsərlərdən hansında menecmentin tarixi inkişaf mərhələləri öz

əksini tapmışdır?

A) Kiçik Kold St. Corc- «İdarəçilik fikrinin tarixi»

B) O.Şeldon - «İdarəetmə fəlsəfəsi»

C) A.Fayol - «Ümumi sənaye idarəetməsi»

D) F.Teylor - «Elmi menecmentin prinsipləri»

E) Q.Emerson- ”Əmək məhsuldarlığının 12 prinsipi”



44. Maykl Meskon menecmentdə neçə funksiya olduğunu iddia edir?

A) Dörd funksiya;

B) Beş funksiya;

C) Üç funksiya;

D) Yeddi funksiya;

E) İki funksiya.



45. Menecmentə hansı yanaşma təşkilatın xarici mühitdən asılı olduğunu sübut etdi?

A) Sistem kimi yanaşma;

B) Proses kimi yanaşma;

C) Situasiya mövqeyindən yanaşma;

D) İdarəetmə məktəblərinin fərqləndirilməsi mövqeyindən yanaşma;

E) Model kimi yanaşma.



46. Menecmentin yaranmasının ilkin tarixi şərti nə olmuşdur?

A) sənayenin miqyasının genişləndirilməsi, əmək məhsuldarlığının

artırılması

B) İnsanların maddi rifahının yüksək səviyyədə təmin edilməsinə nail

olmaq

C) menecment ixtisasının cəmiyyət arasında nüfuz qazanması



D) əhalinin həyat səviyyəsini yaxşılaşdirmaq istəyi

E) insanların alıcıliq qabiliyyətinin yüksəlməsi



47. Menecmentə hansı yanaşma təşkilatı açıq sistem hesab edir?

A) Sistem kimi yanaşma;

B) Proses kimi yanaşma;

C) Situasiya mövqeyindən yanaşma;

D) İdarəetmə məktəblərinin fərqləndirilməsi mövqeyindən yanaşma;

E) Model kimi yanaşma.



48. Sistem kimi yanaşmaya görə təşkilatın daxili mühitini hansı əsas elementlər təşkil edir?

A) Məqsədlər, quruluş, texnologiya, vəzifələr, insanlar;

B) Məqsədlər, texnologiya, vəzifələr, kapital, materiallar;

C) Materiallar, texnologiya, informasiya, insanlar;

D) Quruluş, ünsiyyət, kapital, məqsədlər, vəzifələr;

E) Strategiya, taktika, prosedura, qayda, norma.



49. Menecmentə situasiya mövqeyindən yanaşmanın irəli sürdüyü əsas konsep-siyahansıdır?

A) Təşkilatın məqsədlərinə daha səmərəli nail olmaq üçün konkret üsul və konsepsiyaları müəyyən konkret situasiya ilə uzlaşdırmaq lazımdır;

B) Menecmentə müxtəlif funksiyalardan ibarət olan bir proses kimi baxmaq lazımdır;

C) Menecment planlaşdırma, təşkiletmə, motivasiya və nəzarətdən ibarətdir;

D) Təşkilat bir neçə qarşılıqlı əlaqəli alt sistemlərdən ibarət olan və çoxsaylı əlaqələrlə xarici mühitə bağlanmış mürəkkəb açıq sistemdir;

E) Bütün təşkilatlar öz məqsədlərinə çatmaq üçün quruluş yaratmalıdırlar.



50. Situasiya mövqeyindən yanaşmanı ilk dəfə kim irəli sürmüşdür?

A) Meri Parker Follet;

B) Anri Fayol;

C) Fredrik Teylor;

D) Duqlas Mak Qreqor;

E) Lindal Urvik.



51. O.Şeldonun fıkrincə idarəetmə üç hissədən ibarətdir. Səhv ariantı

göstərin.

A) işçilər

B) menecment

C) təşkiletmə

D) müdiriyyət

E) Administrator



52. Təşkilatın daxili mühitinin əsas amillərinə aid deyildir:

A ) Hakimiyyət;

B) Vəzifələr;

C) İnsanlar;

D) Quruluş;

E) Texnologiya;



53. Təşkilatın məqsədi nəyi ifadə edir?

A) Məqsədlər – adamlar qrupunun birgə işləyərək çatmaq istədiyi son vəziyyət yaxud arzu etdikləri faktiki nəticədir;

B) Məqsədlər - əməyin ödənilməsinin formasıdır;

C) Məqsədlər – təşkilatın mənfəət əldə etmək üçün arzu etdiyi əlverişli situasiyadır;

D) Məqsədlər – təşkilatın missiyasını və strategiyasını dəqiqləşdirmək üçün arzu edilən və zəruri olan informasiyadır;

E) Məqsədli – adamların fərdi qaydada əldə edə bilmədiklərini, qrup şəklində əldə etməyə imkan verən vasitədir.




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə