68. Hansı sıradakı sözlərə eyni hərf əlavə olunmalıdır?
A)) səda...ət, musi...i, səli...ə
B) nö...tə, qau...ı, mə...səd
C) rən..., zöv..., a...ır
D) qoru..., ta...ıl, iş...al
E) bu...da, ə...rəb, çu...undur
69. Səhv yazılmış sözü göstərin.
A) rəsmxətt
B) xətti
C) haqqın
D) sirlər
E) fəndən
70. Hansı sıra ancaq qapalı saitli sözlərdən ibarətdir?
A) işıq, uzun, ümid
B) ilan, ildırım, aşırım
C) ildar, ilğım, ilham
D) uzaq, yaxın, arı
E) ütülü, uşaq, açıq
71. İki müxtəlif səs eyni hərflə yazılıb.
A) kənd, kapitan
B) təlabat, təzə
C) müstəntiq, müsaidə
D) azadlıq, aşıq
E) təəssüf, təəccüb
72. Hansı sözün ikinci hecasında uzun sait yoxdur?
A)) Türkiyə
B) Mətanət
C) vəfalı
D) Əfsanə
E) həqiqət
73. Hansı variantda sözlər hecaya düzgün bölünməyib?
A) mü-əl-limlik
B) ki-tab
C) qə-lə-bə
D) fi-kir
E) ə-mək-daş
74. Hansı isim səhv yazılmışdır?
A) Özbəkstan
B) Qırğızıstan
C) Tatarıstan
D) Gürcüstan
E) Tacikistan
75. Ahəng qanununa tabe olmayan əsl Azərbaycan sözlərini müəyyənləşdirin.
A) ilxı, ildırım, ilan
B) ələk, kitab, dəftər
C) ədalət, ətalət, əsarət
D) müftə, mükafat, sakit
E) faciə, növbə, əlifba
Dostları ilə paylaş: |