225. Yumşaq vә sәrt sözlәri hansı sırada hәqiqi mәnada işlәnmişdir?
A) yumşaq saç, sәrt qaya
B) yumşaq cәza, sәrt hәrәkәt
C) yumşaq rәftar, sәrt iqlim
D) yumşaq sәs, sәrt tәbiәt
E) yumşaq xasiyyәt, sәrt baxış
226. Qara sözü hansı variantda mәcazi mәnada işlәnmişdir?
A) qara gün
B) qara portfel
C) qara parça
D) qara pişik
E) qara torpaq
227. Hansı sözün müstәqil leksik mәnası yoxdur?
A) habelә
B) baş
C) təpə
D)Ərizə
E) ceyran
228. Sinonim vә antonimlәr üçün ortaq xüsusiyyәt hansıdır?
A) eyni nitq hissәsinә aid sözlәrdәn ibarәt olmaq
B) eyni mәnaları bildirmәk
C) bir-birinә yaxın mәnaları bildirmәk
D) bir biri ilә müәyyәn bağlılığı olan sözlәrdәn tәşkil olunmaq
E) bir-birinә әks mәnaları bildirmәk
229. Çoxmәnalı sözlәr nәdir?
A) Әsas mәna ilә bağlı әlavә mәna da bildirәn sözlәrdir.
B) Әks mәnalı sözlәrdir.
C) Yazılışı vә deyilişi eyni, lakin mәnaları müxtәlif olan sözlәrdir.
D) Müxtәlif mәnalı ayrıayrı sözlәrdir.
E) Eyni vә ya yaxın mәnalı sözlәrdir.
Dostları ilə paylaş: |