TəSVİRİ Azərbaycan Könüllülük Xidməti haqqında



Yüklə 18,46 Kb.
tarix21.10.2017
ölçüsü18,46 Kb.
#7692


c:\users\dell\desktop\hqdefault.jpg c:\users\iuser\desktop\download.png c:\users\iuser\desktop\download.jpg


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən

Azərbaycan Könüllülük Xidməti çərçivəsində keçiriləcək

Mübadilə” Proqramının



TƏSVİRİ

Azərbaycan Könüllülük Xidməti haqqında:

“Azərbaycan Könüllülük Xidməti” Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) Azərbaycan modelidir və ARGTMŞ tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ildə yaradılıb.

Proqramın məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirməklə Azərbaycanda könüllülük fəlsəfəsinin inkişafına təkan vermək, qeyri-maddi motivasiya əsasında region gənclərinin könüllülük fəaliyyətinə cəlb edilməsi, regionlarda yerləşən Gənclər Evlərində Könüllülərin fəaliyyətlərinin genişləndirilməsidir.

2013-cü ildə Milli Şura Proqram çərçivəsində 10 gənclər təşkilatlanı Milli Akreditasiya Sertifikatı ilə təmin edib. Həyata keçirilən proqramın ilkin hissəsi Quba, Gəncə, Lənkəran, Mingəçevir və Balakən şəhərlərində yaşayan 18-29 yaşlı gəncləri əhatə edecekdirvə proqram nəticəsində könüllülərarası şəbəkə yaradılmışdır. 2014-cü ildə Balakən, Goranboy, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Zərdab, Sabirabad, Mingəçevir, Qusar, Quba, Lənkəran və Bakı şəhərindən Suraxanı, Sabunçu və Xəzər rayonlarında yerləşən Gənclər Evi və Mərkəzlərindən 15 qrup rəhbəri və 20 könüllü seçilərək Proqramda iştirak etmişdir. Bu gənclər arasında “Azərbaycan Könüllülük Xidməti” Proqramı tərəfindən 2014-cü il üzrə ilk dəfə olaraq “İlin Könüllüsü” nominasiyası üzrə mükafatlandırma mərasimi həyata keçirilib. Mükafatın sahibi proqramın Koordinasiya Şurasının qərarı əsasında seçilib.

Proqram çərçivəsində Azərbaycanın sözügedən ərazilərindən olan gənclər, ölkənin digər regionlarında yerləşən təşkilatlarda könüllü fəaliyyət göstərərək bilik və bacarıqlarını inkişaf etdirəcəkdir, geniş işgüzar şəbəkəyə sahib olmaq imkanı əldə edecekdirlər. Proqramda iştirak edən təşkilatlar müxtəlif regionlara könüllülərinin göndərilməsi və ya müxtəlif regionlardan könüllülərin cəlb olunması ilə təşkilatın insan kapitalı bazasını gücləndirmək, müxtəlif regionları təmsil edən təşkilatlarla əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi imkanlarından faylanacaqdır.

Mübadilənin məqsədi:.

“Azərbaycan Könüllülük Xidməti” çərçivəsində mübadilənin keçirilmə məqsədi gənclər arasında könüllülüyün təbliği, onların könüllülük fəaliyyətinə həvəsləndirilməsi və onlar arasında könüllülük fəlsəfəsinin inkişafına təkan verilməsidir.



Vəzifələr:

  • Azərbaycanın regionlarını əhatə etməklə regionlar arasında gənc könüllülərin mübadiləsini təşkil etmək;

  • Könüllülər, Gənclər Evləri, təşkilatlar, dövlət qurumları və digər qurumlar arasında körpü rolu oynayan mexanizm, metodologiya, platformanın inkişafı;

  • Gənclər evlərinin könüllülərlə əməkdaşlıq imkanlarını genişləndirmək;

  • Könüllülərin mübadilə çərçivəsində şəxsi və peşəkar inkişafının təmin edilməsi;

  • Gənclərin işsizlik probleminin aradan qaldırımılsına və karyera quruculuğuna dəstək verilməsidir.

Təşkilatçılar:

  • Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

  • Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası

Tərəfdaşlar (Müvafiq region üzrə)

  • İcra Halimiyyətləri

  • Gənclər Ev/ mərkəzi

Mübadilənin əhatə dairəsi:

Mübadilənin hədəf qrupuna 18-29 yaş aralığında olan fəal könüllü gənclər və Gənclər Təşkilatları Milli Şurasında təcrübə keçən gənc könüllülər daxildir.



Mübadilənin keçirilməsi nəzərdə tutulan regionlar:

  • Quba

  • Gəncə

  • Lənkaran

  • Mingəçevir

  • Balakən

Könüllünün öhdəliyi:

  • 1 ay müddətində başqa regionda yerləşən Gənclər Evində fəaliyyət göstərəcək.

  • Könüllü Mübadilə proqramı bitdikdən sonra öz regionunda fəaliyyətini davam etdirməlidir.

Mübadilə Proqramı çərçivəsində könüllülərin qazancları:

  • Könüllülük sahəsində təcrübə qazanmaq;

  • Bacarıqlarını inkişaf etdirmək;

  • Yeni insanlar, yeni dostlar qazanmaq;

  • Səmərəli vaxt keçirtmək;

  • Uğurlu karyera qurmaq imkanı;

  • Müxtəlif mühitdə çalışmaq imkanı;

  • Hər bir könüllüyə layihənin sonunda ARGTMŞ tərəfindən tövsiyə məktubu və sertifikat verilir.

Könüllünün Təminatı

“Azərbaycan Könüllülük Xidməti” çərçivəsində keçiriləcək Mübadilə Proqramında iştirakçılar edəcək könüllülər aşağıdakılar ilə təmin olunacaqdır:



  • Könüllülük müqaviləsi;

  • Könüllü sığortası;

  • İştirakçı paketi;

  • Yaşayış yeri və cib xərci;

Mübadilənin təşkili proseduru:

  • Mübadilə təşkili üçün hazırlıq mərhələsi;

  • Elanın verilməsi;

  • Ərizələrin toplanması;

  • Müsahibə ilə iştirakçıların seçilməsi;

  • Seçilən iştirakçılar ilə memorandumun bağlanması

  • Seçilən iştirakçılar arasında oriyentasiyaların təşkili;

  • Mübadilənin təşkili;

  • Mükafatlandırma Mərasiminin aparılması;


Yüklə 18,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin