Texnologiyalarin kommersiyalaşdirma metodikasi


Əqli mülkiyyətin marketinqi



Yüklə 255,56 Kb.
səhifə4/4
tarix22.10.2017
ölçüsü255,56 Kb.
#9346
1   2   3   4

Əqli mülkiyyətin marketinqi

Patent məlumat bazasında axtarış aşağıdakıların həyata keçməsinə şərait yaradır:



  • Sənayenin müəyyən sektorunda texnologiyanın inkişaf səviyyəsini müəyyən etmək;

  • Rəqabəti aşkar etmək – tədqiqat sahəsini və istiqamətini göstərə biləcək rəqiblərin patentləri haqqında məlumatı əldə etmək.

  • Lisenziyaların potensial alıcılarını müəyyən etmək – müəyyən texnologiyaların tətbiqi prosesində aktiv iştirak edən şirkətləri tapmaq.

Patent axtarışı nəticələrinin istifadəsi elmi-tədqiqat müəssisələri və universitetlərə kommersiyalaşdırma məqsədilə gələcək tədqiqat istiqamətlərini düzgün seçilməsində yardımçı ola bilər.

Patent haqqında məlumat adətən patent müraciəti anından etibarən 18 aydan sonra dərc edilir. Patent müraciətinin tərkib hissəsi kimi beynəlxalq təsnifatın müəyyən edilməsi nəzərdə tutulur. Bir çox təşkilat patent haqqında elektron məlumat bazası yaradır. Patent axtarışı 4 müxtəlif kateqoriya üzrə aparıla bilər:



  • Yeniliyin axtarışı.

  • Patentin gerçəkliyi.

  • Patent təmizliyi.

  • Texnologiyaların inkişaf səviyyəsi.

Yenilik kriteriyası üzrə axtarış ixtiranın yeni olmasını müəyyən edir. Əgər patent müraciətindən öncə ixtira artıq patentləşibsə və ya dünyanın hər hansı bir ölkəsində mətbuatda ixtira haqqında məlumat verilibsə, onda həmin ixtirada yenilik əlaməti itir. Axtarışın effek­tivliyinin artırılması üçün yalnız patent axtarışı ilə kifayətlənmək olmaz. Başqa axtarış növlərindən istifadə etmək lazımdır (açıq nəşrlər, internet və s.).

Patentin gerçəkliyi (orijinallığı) – əgər patent müraciəti zamanı analoji patent aşkar olunursa, bu da öz növbəsində ixtiranın yeniliyini pozur, müraciət edən analoji ixtiranın patentqabiliyyətsizliyini sübut etmək məcburiyyətindədir.

Patent təmizliyi – əgər patent müraciəti təmin olunsa, axtarış başqa patent hüquqlarının pozulmasını müəyyən etməlidir. Patentin pozulması ilə əlaqədar müraciətin olmasını müəyyənləşdirmək məqsədilə son 20 ilin axtarışını aparmaq lazımdır.

Texnologiyanın inkişaf səviyyəsi təsnifatın seçilmiş bölməsində pa­tentlərin xülasəsi verilir. Belə axtarış təsnifat kodları, şirkətlər üzrə aparıla bilər. Axtarışın nəticəsi texnologiyaların vəziyyəti haqqında ümumi məlumat verir.

Marketinq tədqiqatlarına aşağıdakılar aiddir:



  1. Müştərilər üçün maraq kəsb edən sahələrdə yeni elmi və texniki işlərin müəyyən edilməsi və monitorinqi.

  2. Ətraflı informasiya və patent axtarışlarının həyata keçirilməsi (əqli mülkiyyət sahəsində axtarışlar).

  3. Bazarın və müştərinin rəqiblik vəziyyəti haqqında daimi yenilənən informasiyanın əldə edilməsi.

  4. Maraq dairəsində olan sahələrin əsas nəşrlərinin monitorinqi.

  5. Potensial müştərilərin axtarışı və aşkar edilməsi.


  1. Əqli mülkiyyətin kommersiyalaşdırma üsulları

Əqli mülkiyyət obyektlərin istifadəsində iki əsas məqsəd mövcuddur:



  • İstehsal edilmiş məhsulun satışı (ixracı).

  • Texnologiyanın satışı (ixracı).

Əqli mülkiyyət obyektlərinin kommersiyalaşdırma formaları aşağıdakılardan ibarətdir:

  • İşləmə ---- istehsal ---- bazar.

  • İşləmə ---- əqli mülkiyyət obyektlərinə hüquqların ötürülməsi.

  • İşləmə ---- birgə müəssisənin yaradılması.

Lisenziya sazişi – kommersiya məqsədləri ilə:

  • Konstruktiv işləmələr

  • Texnoloji işləmələr

  • Üsullar

  • Modellər

  • Proqram təminatları

– istifadəyə imkan verən sənəddir.

Lisenziya üç cür olur:



  • Tam lisenziya

  • İstisna lisenziyası

  • Sadə lisenziya

Tam lisenziya – lisenziar müəyyən müddət ərzində öz əqli mül-kiyyət obyektinə olan hüqquqlarını itirir, lisenziat isə əqli mülkiyyət obyektini inhisar şəklində istifadə edə bilər.

İstisna lisenziyası – lisenziar qismən ƏM obyektinə olan öz hüquq-larını itirir, lisenziat isə bu hüquqlardan yalnız müəyyən ərazidə və müəy-yən müddət ərzində istifadə edə bilər.

Sadə lisenziya – lisenziar ƏM obyektinə olan hüquqlarını itirmir, lisenziyanı üçüncü şəxslərə verə bilər, lisenziat isə bu hüquqlardan müəyyən şərtlərlə və müəyyən müddət ərzində istifadə edə bilər.

Lisenziya üzrə ödənişlər:

  • Dövri ödənişlər (royalti) – lisenziya razılaşmasında müəyyən olunduğu müddət ərzində faiz ödənişləri deməkdir.

  • Bir dəfəlik ödəniş (pauşal ödəniş) – bir dəfə həyata keçirilən ödəniş.

  • Kombinasiya olunmuş ödənişlər – royalti və pauşal ödənişlər kombinasiya edilir.

Know - how ötürülməsi

Know - how ötürülməsi – patentsiz lisenziyanın verilməsidir.

Know - how ötürülməsinin əsas fərqli cəhətləri aşağıdakılardan ibarətdir:

  • Know-how sazişin bağlanılmasına qədər onun məzmununun açıqlaması riski;

  • Son sazişin bağlanmasından sonra üçüncü şəxslərə məlumatın ötürülməsi riski;

  • Know-how ötürülməsindən sonra ona hüququn geri qaytarılmasının mümkün olmaması;

  • Know-how məxfiliyin qeyri-müəyyən müddət ərzində qalmasıdır.

Məxfiliyin qorunması sazişi ideyanın, informasiyanın, verilənlərin, konsepsiyaların qorunması üçün bağlanılır. Bu sazişin iki forması mövcuddur:

  • Kommersiya sirri;

  • Sirrin qorunması barədə sazişin bağlanması – Non-Disclosure Agreement. Saziş aşağıdakı şərtlərlə bağlanır:

  • Etibar edilmiş tərəfə sir o vaxt açılır ki, həmin tərəf sirri üçüncü şəxsə ötürməmək öhdəliyini öz üzərinə götürür;

  • Razılaşdırılmamış təqdirdə sirrin üçüncü şəxsə ötürüməsini dayandırmaq üçün maliyyə imkanına malik olduqda.

Əqli mülkiyyətin kommersiyalaşdırma üsulları aşağıdakılardan ibarətdir:

İnjinirinq – texniki sahəyə aid və layihənin gerçəkləşdirilməsi üçün lazım olan layihə və praktiki işlərin toplusu. Məsələn:

  • Obyektlərin layihələndirilməsi, işlərin görülməsi və nəzarəti ilə bağlı məşvərət xidmətləri;

  • Sifarişçiyə texnologiyanın təqdim edilməsi ilə bağlı texnoloji xidmətlər;

  • Texnoloji avadanlığın təchizi və quraşdırılması, texnoloji xəttlərin inşaası ilə bağlı tikinti xidmətləri.

Sənaye əməkdaşlığı - intensiv texnologiya mübadiləsi təmin edən texnologiyaların kommersiyalaşdırma formasıdır. Sənaye əməkdaşlığı formasında texnologiyaların kommersiyalaşdırması istehsal əməkdaşlığı haqqında saziş bağlanılır. Bu saziş çərçivəsində bir başa və ya qarşılıqlı məhsul/xidmətin alqı-satqısı həyata keçirilir və eyni zamanda tərəflər arasında əlavə gəlir əldə etmək məqsədilə uzunmüddətli qarşılıqlı maraqlar yaranır. Əməkdaşlıq sazişi aşağıdakı səbəblərdən bağlanır:

  • texniki biliklərin alınması və bölüşməsi;

  • əmək resurslarının istifadəsi və istehsalı üçün daha yaxşı şəraitin axtarışı;

  • yeni satış bazarların axtarışı;

  • istehsal xərclərin azaldılması və s.

Müştərək müəssisələr çərçivəsində texnologiyaların ötürülməsi Müxtəlif ölkələrin nümayəndələri öz biliklərini, təcrübələrini yeni məhsulun istehsalında və riskləri bölüşdürməklə birləşdirirlər.

Texniki yardım – iki üsulla rəsmiləşdirilən texniki xidmətlər:

  • Texniki yardım sazişin əsas mahiyyətidir.

  • Texniki yardım texnologiyanın və avadanlığın ötürülməsi sazişinin bir bəndi kimi əlavə olunur.

Françayzinq – texnologiyaların ötürülməsinin mobil və çevik üsuludur. Françayzinq, kommersiya münasibətlərinin növü - bazar subyektləri arasında münasibətlər növü, bir tərəf (françayzer) digər tərəfə (françayzi) müəyyən haqqa (royalti) öz biznez modeli əsasında özünəməxsus biznes növü ilə məşğul olmağa icazə verir. Françayzinq – müəyyən ödəniş əsasında əmtəə nişanından istifadə edilməsinin rəsmi icazədir.

Bu prosesdə müxtəlif iştirakçılar üçün françayzinqinin üstünlüyü aşağıdakılardan ibarətdir:



  • françayzer üçün (təqdim edən tərəf)

  • sürətli tətbiq;

  • yeni bazara giriş;

  • az sərmaye ilə fəaliyyət.

  • françayzi üçün (alan tərəf)

  • sahibkar üçün yeni fəaliyyət;

  • franşizer tərəfindən dəstəyin alınması ilə, onun təcrübəsinə arxalanmaqla az riskli yeni fəaliyyətə başlanılması.

Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini birləş-dirən münasibətlər kompleksidir. Lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Lizinq - sənaye avadanlıqları-nın, maşınların, yeni texnologiyaların, istehsal təyinatlı bina və tikililərin istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır. Hal-hazırda lizinq ixtiyari istehsalın inkişafı üçün kapital qoyuluşlarının edilməsində əsas maliyyə mənbəyidir. Lizinqin bir sıra üstün cəhətləri vardır, onlara aşağıdakıları nümunə göstərmək olar:

  • Lizinq üzrə maliyyələşdirmə bank kreditlərindən daha uzunmüddətlidir. Belə ki, Azərbaycan banklarında 18 aydan artıq olan müddət üçün kredit verilmir, lakin lizinq üzrə kreditlərin verilməsində ən azı üç illik müddət nəzərdə tutulur;

  • Maliyyə lizinqi, sürətli amortizasiya hesabına, kredit alana onun öz vergi borcları yükünü yüngülləşdirməyə imkan verir;

  • Lizinq üzrə öhdəliklər maliyyə-kredit təşkilatlarından yeni kreditlərin alınmasının qarşısını almır və s.


  1. Əqli mülkiyyət obyektinin qiyməti necə hesablanmalı?


Əqli mülkiyyət obyektlərin qiymətləndirilməsinin üç yanaşma vardır:

  • Xərclərin hesablanması– qiymətləndirmə gününə olan bazar qiymətləri ilə analoji texnologiyanın yaradılmasına xərclənən vəsait hesabına məhsulun bir vahidinin qiymətləndirilməsi.

  • Müqayisəli (bazar) hesablama – analoji texnologiyanın bazar qiymətlərilə müqayisədə əqli mülkiyyət obyektinin bir vahidinin qiymətləndirilməsi.

  • Gəlirin hesablanmasımüəyyən bir investor üçün, müəyyən investisiya məqsədlərinə əsasən texnologiyadan gözlənilən gəlirin hesabına məhsulun bir vahidinin qiymətləndirilməsi. Burada bir neçə metodika mövcuddur:

  • Royaltinin hesablanması metodikası;

  • Royalti dərəcəsinin istisna metodikası;

  • Diskont edilmiş nağd vəsaitin (DCF) metodikası;

  • Bilavasitə kapitallaşma metodikası;

  • “25% qaydasına” əsaslanan metodika;

  • Ekspert metodikaları;

  • Artıq gəlir metodikası.

Yuxarıda göstərilən yanaşmaların əqli mülkiyyət obyektlərinin qiymətləndirilməsi üçün üç əsas metodika tətbiq olunur:

  • İnhisar qiymət qoyma;

  • Xərclər metodikası;

  • Qarışıq metodika.

İnhisar qiymət qoyma – Elmi-tədqiqat biliyinin sahibi, bu bilikləri hüquqi cəhətdən qoruyan şəxs bazarda inhisarçı kimi çıxış edərək öz məhsulunu istədiyi qiymətə sata bilər. Lakin reallıqda müxtəlif bazar amilləri qiymətə öz təsirini göstərəcəkdir.

Xərclər metodikası – elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə və patent hüquqlarının alınmasına xərclənən vəsaitdən qiymət müəyyən edilir.

Qarışıq metodika – yuxarıda qeyd edilən iki strategiyanı birləşdirən metodika.

Əqli mülkiyyət obyektinin qiymətləndirilməsinə daha çox təsir göstərən amillər:



  • Elmi-tədqiqat obyektinin işlənilməsinin mərhələsi;

  • Onun hüquqi qorunması;

  • Onun texniki və kommersiya dəyəri;

  • Ötürülən hüquqların həcmi;

  • Ödəniş şərtləri;

  • Know-how mövcudluğu;

  • Bazarda texnologiyaya olan tələbat və onun müddəti;

  • Bazarda analoji obyektlərin mövcudluğu;

  • Üçüncü şəxslərin hüquqlarını pozmamaq şərtilə texnologiyanın bazarda istifadəsi mümkünlüyü;

  • Texniki yardımın göstərilməsi;

  • Obyektə istisna hüquqların sahibinin xərclər həcmi (o cümlədən patentin alınması, məhkəmələrdə patent hüququnun qorunması xərcləri);

  • Marketinq, risklərin sığortalanması xərcləri;

  • Lisenziya sazişlərindən gözlənilən ödənişlərin həcmi;

  • Obyektin qiymətləndirilməsi gününə patent sənədinin qalmış müddəti;

  • Əqli mülkiyyət obyektinin mənəvi köhnəlməsi faktoru;

  • Müxtəlif vergi və rüsumların həcmi.


Misal. Əqli mülkiyyət obyekt dəyərinin DCF metodla müəyyən edilməsi.

  1. Müqavilə üzrə əqli mülkiyyətin istifadəsi müddəti 5 il təyin edilmişdir.

  2. Bazarı təhlil edərkən əqli mülkiyyət obyektinin istifadəsindən əldə olunan illik gəlir 100 000 AZN ehtimal olunur.

  3. Aparılmış bazar tədqiqatları onu göstərdi ki, yaxın 5 il ərzində satış payı dəyişməz qalacaq.

  4. Əqli mülkiyyət obyektinin hüquqi istifadə müddəti – 10 il təşkil edir.

  5. Diskont dərəcəsi – 12%.

Əqli mülkiyyət obyekt dəyərinin hesablanması aşağıdakı düsturla aparılır:

675000 AZN,

burada:


CFt – əqli mülkiyyət obyektinin istifadəsindən t ilində əldə olunan pul həcmi;

Mn n ildən sonra əqli mülkiyyət obyektinin dəyəri;

i – diskont dərəcəsi.
Beləliklə müqavilə üzrə əqli mülkiyyət obyektinin dəyəri 675000 AZN təşkil edəcək.

  1. İstifadə olunmuş ədəbiyyat





  1. Assessing Your Venture. Financing Innovation – A Guide. Linking.

  2. Innovation, Finance and Technology. Preparing a Technology.

  3. Business Plan. LIFT, 11 rue de Bitbourg. L01273, LUXEMBOURG.

  4. Dr. Eugene Sweeney. International IP Exploitation Masterclass St. Petersburg, 27th-30th March 2006.

  5. Руководство по услугам Инновационной Релей Сети. Анг. A Users’s Guide to the Services of the Innovation Relay Centre Network.

  6. Как провести экспертизу проекта коммерциализации технологий. А. Квашнин. Проект EuropeAid «Наука и коммерциализация технологий». 2006.

  7. Как управлять портфелем технологий и интеллек-туальной собственностью. А. Квашнин. Проект EuropeAid «Наука и коммерциализация технологий». 2006.

  8. Бернская конвенция в редакции 1971 года.

  9. Всемирная конвенция об авторском праве в редакции 1971 года.

  10. Конвенция об охране интересов производителей фонограмм от незаконного воспроизводства их фонограмм в редакции 1971 года.

  11. Соглашение о сотрудничестве в области охраны авторского права и смежных прав от 24 сентября 1993 года.

  12. Конвенция по охране промышленной собственности (Париж, 20 марта 1883 г.) (по состоянию на 14 июля 1967 г.).

  13. Всемирная конвенция об авторском праве от 6 сентября 1952 г. (пересмотрена в Париже 24 июля 1971 г.).

  14. Всемирная конвенция об авторском праве (подписанная в Женеве 6 сентября 1952 г.).

  15. Cтрасбургское соглашение о международной патентной классификации от 24 марта 1971 г.

  16. Локарнское соглашение, устанавливающее международную классификацию промышленных образцов, от 8 октября 1968 г.

  17. Ниццкое Соглашение о Международной классификации товаров и услуг для регистрации знаков от 15 июня 1957 г., пересмотренное в Стокгольме 14 июля 1967 г. и в Женеве 13 мая 1977 г.

  18. Мадридское Соглашение о международной регистрации знаков от 14 апреля 1891 г. (пересмотрено в Брюсселе 14 декабря 1900 г., в Вашингтоне 2 июня 1911 г., в Гааге 6 ноября 1925 г., в Лондоне 2 июня 1934 г., в Ницце 15 июня 1957 г. и в Стокгольме 14 июля 1967 г.




UNEC Texnologiya Transfer Mərkəzi

Ünvan: Bakı ş., İstiqlaliyyət, 6

Tel: +(99412) 492-84-38



Yüklə 255,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin