Yer səthi boyunca dəniz səviyyəsi üzrə təzyiqin paylanması hava xəritələrində aydın təsvir olunur. Bu xəritələrə meteoroloji stansiyalarda ölçülmüş və dəniz səviyyəinə gətirilmiş təzyiq lər qeyd olunur. Hava xəritələrində eyni təzyiqə malik nöqtələr əyri xətlə birləşdirilir və bu xətlər izobarlar adlanırlar. Hava xəritələrində izobarlar adətən 5 hPa-dan bir keçirilir (995,1000, 1005 və s.). Hava xəritələrində izobarlar vasitəsilə təsvir olunmuş təzyiq sahələri barik sahə və ya barik relyef adlanır. Barik sahənin formaları barik sistem adlanırlar. Siklon, antisiklon, təzyiq çökəkliyi, təzyiq yalı və təzyiq yəhəri barik sahənin (barik sistemin) əsas formalarıdır (şəkil 2).