Rütubətliyin havanın sıxlığına təsirini havanın temperaturu +20°C-dən yuxarı və nisbi rütubətlik 50%-dən artıq olduqda nəzərə almaq məqsədə uyğundur. +30°C temperaturda tərkibində olan su buxarına görə havanın sıxlığının azalması temperaturun 5°C artmasına, +40°C-də isə 9°C artmasına bərabərdir. Havanın sıxlığı, həmçinin temperatur və təzyiq zaman və məkan daxilində dəyişkən kəmiyyətlərdir. Ekvator ərazisində yayda troposferdə havanın sıxlığı Avropadakı qiymətindən azdır. Avropada Yer səthində havanın orta sıxlığı 1258 q/m3, 5 km hündürlükdə isə 735 q/m3-ə bərabər olur.